Məhkəmə qərarları › İş №3(057)-558/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-558/2025

22.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-558/2025 22.05.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şakir oğlunun iştirakları ilə xx.xx.1991-ci il tarixdə Salyan rayonu, Arbatan kəndində anadan olmuş,Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Salyan rayonu, Arbatan kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Salyan rayon PŞ-nin DYPB yol patrul xidməti inspektoru polis serjantı X5 tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün xx.xx.2025-ci il tarixdə Salyan Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, 21 dekabr 2024-cü il tarixdə, saat 20:00 radələrində Salyan rayonu, Arbatan kəndində qeydiyyatda olan və yaşayan Şəxs idarə etdiyi “Opel Astıra minik” markalı, **-TD-*** dövlət nömrə nişanlı avtomobil ilə Salyan şəhəri ərazisindən keçən Ələt-Astara yolunun 58-ci klometrliyində Astara istiqamətində hərəkətdə olan zaman qarşı tərəfdə X1 idarə etdiyi “BMW 316 minik” markalı, **-XD-*** dövlət nömrə nişanlı avtomobil ilə dönmə əməliyyatı edən zaman hər iki avtomobil toqquşmuşdur. Nəticədə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X2 qapalı kəllə beyin travması, kəllə beyin silkələnməsi ilə nəticələnən sağlamlığa yüngül zərər vurmaya dair xəsarətlər almışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 334.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs bildirmişdir ki, 21 dekabr 2024-cü il tarixdə, saat 20:00 radələrində törətdiyi qəzaya görə peşmandır. Özünü barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla təqsirli bilir. Verilən suallara cavab olaraq bildirmişdir ki, törətdiyi əmələ görə peşmandır. Salyan RPŞ-nin 23 aprel 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarın surətini almamşdır. Həmin qərarı alsa idi belə həmin qərardan şikayət verməyəcəkdir. Məhkəmənin digər qərarı ilə bir ay inzibati həbsdə olduğunu, himayəsində iki azyaşlı uşaqlarının olmasını, ailəsinin ona ehtiyacının olmasını və özünün ailənin yeganə qazanc gətirəni olmasını nəzərə alaraq, barəsində həbslə əlaqədar olmayan tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş Salyan RPŞ-nin nümayəndəsi və zərər çəkmiş şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə işə onların iştirakları olmadan baxılması barədə vəsatət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş AR DİN-nin BMCMİ-inin İİ-nin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi, R.Məmmədovun cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, X2 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır. Hüquq mühavizə orqanından verilmiş şifahi məlumata əsasən həmin şəxsin barəsində müvafiq məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, İXM-in 133.2.4-cü maddəsinə əsasən Salyan RPŞ-nin nümayəndəsinin və zərər çəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixdə tərtib olunmuş İXP seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs “Opel Astıra minik” markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobillə İXM-in 334.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətmişdir. Məhkəmə-Tibbi Ekspertiza və X4 X8 xx.xx.2024-cü il tarixli, 602 nömrəli ekspert rəyindən görünür ki, 1973-cü il təvəllüdlü X1 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-qapalı kəllə beyin travması, kəllə beyin silkələnməsi küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddətdə yəni xx.xx.2024-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulması səbəb olan yüngül zərər vurmaya aiddir. Salyan RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X3 23 aprel 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarın surətindən görünür ki, Şəxs əməlində İXM-in 334.3-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə) maddəsinin tərkibi olduğundan inzibati məsuliyyətə cəlb olunması və barəsində inzibati tənbeh tədbiri görülməsi üçün material üzrə qəbul edilmiş qərar Salyan RPŞ-nin DYPB-nə göndərilmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-in 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs İXM-in 334.3-cü maddəsi ilə təqsiri olması sübuta yetirildiyindən təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 23 aprel 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, 21 dekabr 2024-cü il tarixdə, saat 20:00 radələrində Salyan rayonu, Arbatan kəndində qeydiyyatda olan və yaşayan Şəxs idarə etdiyi “Opel Astıra minik” markalı, **-TD-*** dövlət nömrə nişanlı avtomobil ilə Salyan şəhəri ərazisindən keçən Ələt-Astara yolunun 58-ci klometrliyində Astara istiqamətində hərəkətdə olan zaman qarşı tərəfdə X1 idarə etdiyi “BMW 316 minik” markalı, **-XD-*** dövlət nömrə nişanlı avtomobil ilə dönmə əməliyyatı edən zaman hər iki avtomobil toqquşmuşdur. Nəticədə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X2 qapalı kəllə beyin travması, kəllə beyin silkələnməsi ilə nəticələnən sağlamlığa yüngül zərər vurmaya dair xəsarətlər almışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs İXM-in 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı - zərər çəkmiş şəxsə Elçin Məmmədova maddi zərər vurulması - törətməsi tam sübuta yetirilir. İXM-in 334.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 334.3-cü maddəsinə əsasən bu məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə qeyd etməyi vacib hesab edir ki, İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur İXM-in 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını və himayəsində azyaşlı uşaqların olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edir, məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab edir və İXM-in 334.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs İXM-in 334.3-cü maddəsi ilə təqsirli bilinməli və 800 (səkkiz yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və İXM-in 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar