Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-570/2024 10.06.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1967-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz,Salyan şəhəri, Q.Səmədov küçəsi, ev 27-də qeydiyyatda olmaqla, Salyan şəhəri, M.Dadaşov küçəsi, ev 55-də yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə barəsində Salyan RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Salyan RPŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN № 1988219/660 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs mütamadi olaraq DİN-nin “102” Xidməti-Zəng Mərkəzi sisteminə əsassız müraciətlər edərək, bilərəkdən və qəsdən polisin iş fəaliyyətini pozaraq xırda xuliqanlıq əməlini törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, 2021-ci ilin aprel ayının 20-də onu Salyan rayon icra hakimiyyətinə dəvət etmişlər. Həmin vaxt orada olan Salyan RPŞ-nin rəsi Salyan rayon icra hakiminin yanında problemini həll edəcəyinə söz vermişdir. Lakin köməklik edilməmişdir. O da bu səbəbdən dəfələrlə DİN-nin “102” Xidməti-Zəng Mərkəzi sisteminə eyni məzmunlu müraciətlər etmişdir. Hal hazırda polisin iş fəaliyyətini pozduğu üçün peşman olduğunu, məsuliyyəti dərk etdiyini və bir daha belə hallara yol verməyəcəyinə söz verdiyini bildirmişdir. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi özünün etirafı və işdə olan sənədlərlə tam təsdiq olunur. İş materialında olan Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(057)- 1114/2023 saylı və Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(057)-1185/2023 saylı qərarlarından görünür ki, Şəxs eyni xarakterli əməlləri törətdiyi üçün hər bir qərarla ayrı – ayrılıqda inzibati qaydada həbs olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs səmimi peşimançılıq hissi keçirməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Habelə Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alımalıdır. Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə əsasən işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, Şəxs inzibati xətanı törətməsi faktının təsdiq olunması qənaətinə gəlməklə, inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsi, özünün etirafı, törətdiyi əməlindən səmimi peşimançılıq hissi keçirməsi məsuliyyətinin ağırlaşdırıcı halların olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nın 510-cu maddəsi ilə təqsirli bilinsin, barəsində on iki gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 10 iyun 2024-cü il tarixdən, saat 16:20-dən hesablansın. Qərarın Surati təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №3(057)-570/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-570/2024
10.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver