Məhkəmə qərarları › İş №3(057)-571/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-571/2025

13.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-571/2025 13.06.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi Barəsində inzibati xəta haqında iş üzrə qərar qəbul edilmiş şəxs X2 iştiraı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 nömrəli Regional və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair X2 verdiyi şikayətə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı X9 Təbii Sərvətlər İdarəsi tərəfindən inzibati xəta haqqında iş üzrə xx.xx.2025-ci il tarixli, MN № ******* nömrəli qərarı ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 272-1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirili bilinərək 1000 manat məbləğində inzibati cərimə olunmuşdur. X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı X9 Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə xx.xx.2025-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətlə 23 may 2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Ekologiya və Təbi Sərvətlər Nazirliyi 1 saylı Regional və Təbii Sərvətlər İdarəsi tərəfindən barəmdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 1000 manat məbləğində cərimə edilmiş. Onun tərəfindən ümumiyyətlə heç bir inzibati xəta hadisəsi törədilməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-cü maddəsinin tələbləri pozulmamışdır.Onun ov etməyim barədə heç bir subut olmadan inzibati məsuliyyətə cəlb edilmiş. Lakin buna baxmayaraq barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmiş və qanunsuz inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Heç bir təqsiri olmadığı halda inzibati məsuliyyətə cəlb edilməyi barədə qərar qəbul edilməsi qanunsuzdur.Onun 13 may 2025-ci il tarixində barəsində çıxarılmış 10 fevral 2025-ci il tarixli inzibati tənbeh haqqında qərardan şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizə ilə 1 saylı X9 Təbii Sərvətlər İdarəsinə müraciət etmiş. 1 saylı X9 Təbii Sərvətlər İdarəsi tərəfindən 14 may 2025-ci il tarixdə qərardad qəbul olunaraq Salyan rayonu, Qızılağac kənd sakini X3 barəsində qəbul edilmiş 04 mart 2025-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət etmək üçün buraxılmış müddətin bərpası barədə vəsatəti bərpa edilmişdir.Barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X5 şikayətdə göstərilən halları təsdiq etmiş və izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbi Sərvətlər Nazirliyi 1 saylı Regional və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 1000 manat məbləğində cərimə edilmişdir. Onun tərəfindən ümumiyyətlə heç bir inzibati xəta hadisəsi törədilməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-cü maddəsinin tələbləri pozulmamışdır. Onun ov etməyi barədə heç bir subut olmadan inzibati məsuliyyətə cəlb edilmiş, barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmiş və qanunsuz inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Heç bir təqsiri olmadığı halda inzibati məsuliyyətə cəlb edilməyi barədə qərar qəbul edilməsi qanunsuzdur. Həmin qərarın qəbul olunmasında ümumiyyətlə məlumatı olmamışdır. Buna görə də, o, 13 may 2025-ci il tarixində barəsində çıxarılmış 10 fevral 2025-ci il tarixli inzibati tənbeh haqqında qərardan şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizə ilə 1 saylı X9 Təbii Sərvətlər İdarəsinə müraciət etmiş, 1 saylı X9 Təbii Sərvətlər İdarəsi tərəfindən 13 may 2025-ci il tarixdə qərardad qəbul olunaraq barəsində qəbul edilmiş qərardan şikayət etmək üçün buraxılmış müddətin bərpası barədə vəsatəti bərpa edilmişdir. Odur ki, şikayətinin təmin edilməsini və Azərbaycan Respublikası Ekologiya və Təbi Sərvətlər Nazirliyi 1 saylı Regional və Təbii Sərvətlər İdarəsinin 04 mart 2025-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı X9 Təbii Sərvətlər İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada təkrar xəbərdar edilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, şikayətə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı X9 Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçi X3 izahatını dinləyib, şikayəti, təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, X5 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbi Sərvətlər Nazirliyi 1 saylı Regional və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin 04 mart 2025-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Ekologiya və Təbi Sərvətlər Nazirliyi 1 saylı Regional və Təbii Sərvətlər İdarəsinin 0001 nömrəli 14 may 2025-ci il tarixli qərardadından görünür ki, Salyan rayonu Sarvan kən sakini X3 barəsində qəbul edilmiş 04 mart 2025-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət etmək üçün buraxılmış müddətin bərpası barədə vəsatəti bərpa edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbi Sərvətlər Nazirliyi 1 saylı Regional və Təbii Sərvətlər İdarəsinin 04 mart 2025-ci il tarixli, MN ******* saylı qərarından görünür ki, X1 Milli Park xx.xx.2025-ci il tarixdə “Qırmızıkənd” ovçuluq təsərrüfatında qanunsuz ov edərkən saxlanılmışdır. AR İXM-nin 272-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 1000 manat cərimə tətbiq edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, inzibati xəta haqqında işin baxılmasında X3 iştirakı təmin edilməmiş, ona inzibati tənbeh qərarı qanunvericilikdə nəzərdə tutulan qaydada vaxtında çatdırılmamış və bu səbəbdən şikayət vermə müddətinin buraxılması üzrlü səbəblə bağlı olmuşdur. Həmçinin iş üzrə inzibati xəta tərkibi sübut olunmamış, həmin inzibati xətanın həqiqətən də Əlisəfa Yolçiyev tərəfindən törədilməsi müəyyən olunmamış, həmin faktı təsdiq edən hər hansı sübut əldə olunmamış, bu barədə onun izahatı alınmamış, hadisəyə münasibəti öyrənilməmişdir. Həmçinin məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, İXM-in 272-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair işlər üzrə qərar qəbul etmək səlahiyyəti məhkəməyə aid olduğu halda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı X9 Təbii Sərvətlər İdarəsi inzibati tənbeh vermə haqqında MN № 04 mart 2025-ci il tarixli ******* saylı qərar qəbul etmişdir. Halbuki, İXM-in 43.1-ci maddəsinin tələbinə əsasən, rayon (şəhər) məhkəmələri İXMin 272-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalar haqqında işə baxır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 106-cı maddəsinə əsasən, hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıbtoplanılmamasını (106.0.5) həll etməlidir. 109.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.1-135.1.4-cü maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsi”nə dair 11 noyabr 2021-ci il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsində göstərilən “inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar” müddəasının həmin Məcəllənin 53-cü maddəsində müəyyən edilmiş halları ehtiva edib-etməməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsində nəzərdə tutulmuş qeyd edilən müddəanın həmin Məcəllənin 53-cü maddəsində müəyyən edilmiş inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların bir qismini ehtiva etməsi mümkündür. Bu səbəbdən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxmağa hazırlıq mərhələsində İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsi ilə müəyyən edilmiş icraatı rədd edən hallardan mahiyyəti üzrə işə baxılmanı və sübutların qiymətləndirilməsini tələb etməyən hallar müəyyən olunarsa, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməlidir. Beləliklə, iş materiallarını tam şəkildə araşdıraraq hesab edirəm ki, Azərbaycan Respublikası Ekologiya və Təbi Sərvətlər Nazirliyi 1 saylı Regional və Təbii Sərvətlər İdarəsinin X2 barəsində xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarı qəbul edilərkən Əlisəfa Yolçiyevin həmin inzibati xətanı törətməsini təsdiq edən mötəbər sübutların olmadığı, aşkar edilmiş inzibati xəta faktının məhz Əlisəfa Yolçiyeva aid olması barədə əsaslı şübhələrin olması, X2 xx.xx.2025-ci il tarixdə “Qırmızıkənd” ovçuluq təsərrüfatında qanunsuz ov etməsi faktının heç bir sübutla təsdiq olunmadığı nəzərə alınmamışdır. Bununla da, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyildir, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Bundan başqa, işin faktiki halları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı X9 Təbii Sərvətlər İdarəsi tərəfindən inzibati xəta haqqında iş üzrə 04 mart 2025-ci il tarixli ******* nömrəli qərarı X3 iştirakı olmadan qəbul edilmişdir. Belə ki, şikayətə əlavə edilmiş 1 saylı X9 Təbii Sərvətlər İdarəsinin 04 mart 2025-ci il tarixli, № 0001 nömrəli qərardadının surətindən görünür ki, X5 barəsində çıxarılmış 04 mart 2025-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə 13 may 2025-ci il tarixdə 1 saylı X9 Təbii Sərvətlər İdarəsinə ərizə ilə müraciət etmişdir. O, ərizəsini inzibati xəta haqqında işə baxılmasında iştirak etməməsini bildirişin ona vaxtında çatdırılmaması ilə əsaslandırmışdır. Orqan ərizəni əsaslı hesab edərək buraxılmış prosessual müddəti bərpa etmişdir. Bu səbəbdən də, həmin qərar ləğv edilməli, həmçinin Əlisəfa Yolçiyev barəsində Azərbaycan Respublikasının İXM-nin 272-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 53, 114-115, 117, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X5 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 nömrəli X9 Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar