Məhkəmə qərarları › İş №3(057)-572/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-572/2025

25.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-572/2025 25.05.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 24 may 2025-ci il tarixli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün inzibati xəta törədən şəxslə birlikdə 25 may 2025-ci il tarixdə məhkəməyə gətirilmişdir. İnzibati xəta haqqında MN seriyalı № 2196541/245 nömrəli, 24 may 2025-ci il tarixli protokolda göstərilir ki, vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə Salyan şəhəri, Ə.Quliyev küçəsində ucadan nalayiq söyüşlər söymüşdür. İnzibati xəta haqqında MN seriyalı № 2196542/246 saylı, 24 may 2025-ci il tarixli protokolda göstərilir ki, vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə Salyan şəhəri, Ə.Quliyev küçəsində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Qeyd olunan faktlarla əlaqədar Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X2 tərəfindən Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə 24 may 2025-ci il tarixli, MN № 2196541/245 və MN № 2196542/246 saylı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X2 bildirmişdir ki, Cahid Quliyevin raportu əsasında Şəxs barəsində protokol tərtib etmişdir. Cahid Quliyev raport verərək bildirmişdir ki, 23 may 2025-ci il tarixdə saat 23:35 radələrində Salyan şəhəri, Ə.Quliyev küçəsində yerləşən xeyir şər evində dəvətli kimi iştirak etmişdir. Həmin vaxt Elvin və barələrində inzibati xəta haqqında protokol tərtib edilmiş digər şəxslər ucadan səs küy salaraq polisin qanuni tələbinə tabe olmadığı üçün o, Salyan RPŞ-nin Növbətçi Hissəsinə zəng edərək, faktla bağlı məlumat vermiş və kömək çağırmışdır. Daxil olmuş məlumat əsasında əməliyyat müvəkilləri Cəmil Cəfərov, Şahverdi Cəfərov və Vasif Sadıqovla birlikdə hadisə yerinə yaxınlaşan zaman üç nəfər şəxsin Faiq Əzizovla mübahisə etmələrinin şahidi olmuşlar. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Salyan şəhərində yerləşən Mərkəzi Avtovağzalın yaxınlığında mobil telefon və aksesuarlarının satışı ilə məşğul olur. Dostunun dəvəti əsasında Salyan şəhəri, Ə.Quliyev küçəsində yerləşən xeyir şər evində keçirilən toy axşamı məclisində iştirak etmişdir. Həmin məclisdə spirtli içki qəbul etdiyi üçün sərxoş olmuşdur. Bu zaman tanışları ilə öz aralarında zarafatlaşmışlar. Bu zaman ucadan nalayiq ifadələr işlətmişlər. Sərxoş olduğu üçün etdiyi hərəkətləri xatırlamır. Polis əməkdaşı Faiq Əzizovdan üzr istəyir. Əməlindən peşmandır. İki azyaşlı uşağı var. Ailənin yeganə qazanc gətirənidir. Ona görə də, məhkəmədən barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Faiq Əzizov mülki geyimdə olduğu üçün onun polis əməkdaşı olduğunu bilməmişdir. Məhkəmə iclasında şahid qismində izahatı alınmış Salyan RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X4 bildirmişdir ki, 23 may 2025-ci il tarixdə Salyan şəhəri, Ə.Quliyev küçəsində yerləşən xeyir şər evində qonaq qismində iştirak etmişdir. Bu zaman 3 nəfər şəxsin bir-biri ilə nalayiq ifadələrlə mübahisə etmələrini gördüyü üçün onlara yaxınlaşaraq özünü təqdim edərək, nizam intizama dəvət etsə də, onlar yenə də, öz hərəkətlərinə davam etmişlər. Bu səbəbdən kömək məqsədi ilə Salyan RPŞ-nin Növbətçi Hissəsinə zəng edərək, hadisə barədə məlumat vermişdir. Həmin vaxt Şəxs onu telefon vasitəsi ilə köməyə polis çağırdığını eşitdiyi üçün oradan uzaqlaşmışdır. Digər barəsində inzibati protokol tərtib edilmiş 2 nəfər şəxs isə polis avtomobilə yerləşdirilərək, Salyan RPŞ-nə gətirilmişlər. Məhkəmə iclasında şahid qismində izahatı alınmış Salyan RPŞ-nin CAB-nin bölmə rəisi, polis mayoru X3 bildirmişdir ki, onlara verilən məlumat əsasında əməkdaşları ilə birlikdə Salyan şəhəri, Ə.Quliyev küçəsində yerləşən xeyir şər evinə getmişlər. Həmin vaxt orada polis əməkdaşı Faiq Əzizov və çox saylı insan olmuşdur. Onlar ora getdikdən sonra Elvin oranı tərk etmişdir. Digər iki nəfər şəxs Əkbər və Muradı nizam intizama dəvət etmişlər. Daha sonra onları polis avtomobilinə əyləşdirərək polis şöbəsinə aparmışlar. Sonradan Elvinin də yerini müəyyən edib polis şöbəsinə gətirmişlər. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə baxışı zamanı araşdırılan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2025-ci il tarixdə, saat 23:35 radələrində Salyan şəhəri, Ə.Quliyev küçəsində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması və bununla da İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmadığından İXM-in 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs polis əməkdaşının hansı qanuni tələblərinə tabe olmaması məhkəmə iclası zamanı müəyyən edilməmiş, bu halı təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmadıqda yaranır. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmaması sübuta yetirilməmişdir. Belə ki, polis əməkdaşları onu polis bölməsinə dəvət etdikdə heç bir tabesizlik göstərməyib bölməyə getmişdir. Buna görə də onun əməli polisin qanuni tələblərinə qəsdən tabe olmamaq kimi qiymətləndirilə bilməz. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 5-ci maddəsinin 2-ci bəndinə əsasən tutulmuş hər bir kəsə ona aydın olan dildə onun tutulmasının səbəbləri və ona qarşı irəli sürülən istənilən ittiham barədə dərhal məlumat verilir. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” AZA seriyalı № 020087 saylı, 24 may 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 01:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama haqqında AZA seriyalı № 008251 saylı, xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və onun üstündə olan əşyaları yoxlama zamanı üzərindən heç bir qiymətli əşya aşkar olunmamışdır. İş materiallarında olan Şəxs izahatından görünür ki, ünvan 1 ünvanında yaşayır. xx.xx.2025-ci il tarixdə Salyan şəhəri, Ə.Quliyev küçəsində toyu olacaq dostunun ciyər axşamı məclisindən çıxdıqdan sonra, dostlarını Əkbər və Murad ilə birlikdə həmən küçədə yerləşən xeyir şər evinin qarşısında söhbət edən zaman aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı o həm içkili, həmdə əsəbi olduğu üçün ucadan ünvansız nalayiq söyüşlər söymüşdür. Bu zaman orada mülki geyimdə bir nəfər şəxs onlara yaxınlaşıb, özünü təqdim edib, polis əməkdaşı olduğunu bildirmişdir. Onları nizam intizama, sakitçiliyə riayət etmələrini söyləmişdir. Lakin o, onun bu sözlərinə əhəmiyyət verməmişdir. Yenidən öz hərəkətlərinə davam etmişdir. Buna görə həmin polis əməkdaşı telefonla zəng edərək, oraya kömək gəlməsini bildirmişdir. Bir neçə dəqiqə sonra ora mülki geyimdə bir neçə nəfər polis əməkdaşı gəlmişdir. Onlarda onu nizam intizama dəvət etmişdir. Lakin o, onların qanuni tələbinə tabe olmamış, öz hərəkətlərinə davam edərək, orada uzaqlaşmışdır. Sonradan polis əməkdaşları, onu, Salyan RPŞ-nə gətirmişlər. Onuda qeyd edir ki, etdiyi əmələ görə çox peşmandır. Gələcəkdə belə hallara yol verməyəcəyinə söz verir. Beləliklə, hesab edir ki, Şəxs həmin hərəkəti ilə İXM-in 510-cu maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət vəənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə baxışı zamanı araşdırılan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2025-ci il tarixdə saat 23:35 radələrində Salyan şəhəri, Ə.Quliyev küçəsində polis əməkdaşlarının yanında ucadan nalayiq ifadələr işlətməsi və bununla da İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs xx.xx.2025-ci il tarixdə Salyan şəhəri, Ə.Quliyev küçəsində ucadan nalayiq ifadələr işlətmişdir. İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə MN № 2196542/246 saylı, 24 may 2025-ci il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati işin icraatına xitam verilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi və iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati həbs növündə, aşağı həddə tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə hesab edir ki, həbsedilməsinin əvvəli Şəxs inzibati qaydada tutulduğu vaxtdan, yəni 24 may 2025-ci il tarixdən saat 01:00-dan hesablanmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə MN № 2196542/246 nömrəli, 24 may 2025-ci il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati işin icraatına xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 07 (yeddi) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs həbsedilməsinin əvvəli 24 may 2025-ci il tarixdən saat 01:00-dan hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Salyan Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi və ya inzibati həbsdə saxlandığı yer vasitəsilə və bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar