Məhkəmə qərarları › İş №3(057)-573/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-573/2024

14.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-573/2024 14.06.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Salyan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Şirvan şəhəri, 20 Yanvar küçəsi, ev 4A, mənzil 34 qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olan xx.xx.2024-cü il tarixli, MN 1988233/684 saylı və xx.xx.2024-cü il tarixli, MN 1988234/683 saylı inzibati xəta haqqında protokollara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan Rayon Polis Şöbəsinin İTB tərəfindən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2024-cü il tarixli, MN 1988233/684 saylı və Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2024-cü il tarixli, MN 1988234/683 saylı inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:50 radələrində Salyan şəhəri, X.R.Ulutürk küçəsində ucadan ünvansız nalayiq ifadələr işlədərək xırda xuliqanlıq inzibati xətasını törətmişdir. Bundan başqa, o, xx.xx.2024-cü il tarixdə saat 19:50-də Salyan şəhəri, X.R.Ulutürk küçəsində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Salyan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı X2 tərtib olunmuş inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Salyan RPŞ-nin DYPB-nin YPX-nin inspektoru X3, Salyan RPŞ-nin DYPB-nin inspektoru polis baş leytenantı Orxan Həsənovla birlikdə Salyan şəhəri, X.R.Ulutürk küçəsində xidmətdə olarkən həmin küçədə yolun əks istiqamətində qara rəngli Opel markalı üzərində dövlət qeydiyyat nişanı olmayan avtomobili götürüb ora yaxınlaşmışlar. Ətrafdakı insanlardan maşının sahibinin kim olduğunu öyrənmək istəyən zaman bir nəfər şəxsin üzərlərinə gəlib ucadan ünvansız söyüşlər söyərək ətrafdakı insanları nəzər diqqətini öz üzərinə çəkərək ona yaxınlaşıb maşının sahibi olduğunu bildirmiş, onlarla aqresiv danışmağa başlamışdır. Özlərini təqdim etdiqdən sonra həmin şəxsi nizam-intizama dəvət etmişlər, sakitçiliyə riayət etməsini bildirib maşına aid sənədlərini onlara təqdim etməsini bildirmişlər. Lakin həmin şəxs onların söylədiklərinə məhəl qoymayaraq öz qanunsuz hərəkətlərinə davam edib polisin qanuni tələblərinə tabe olmayaraq orada onlarla mübahisə etməyə başlamışdır. Bu zaman onlar radio stansiya vasitəsi ilə Salyan RPŞ-nin PPXB-nin əməkdaşlarını köməyə çağırmış qısa müddət ərzində ora polis serjantları İlkin İsgəndərov və Raqif Əsgərov ora gəldikdən sonra onlar yenidən həmin şəxsi nizam-intizama dəvət edib xuliqanlıq hərəkətlərinə son qoymağını bildirsələrdə, o onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən onlar həmin şəxs barəsində qanuni tədbir görülməsindən ötrü Salyan RPŞ-yə gətirib Növbətçi Hissəyə təhvil vermiş. Növbətçi hissədə məlum oldu ki, həmin şəxs ünvan 1-də yaşayan Şəxsdudr. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, idarə etdiyi nəqliyyat vasitəsi “OPEL” markalı (10-OV-19) **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. Həmin nəqliyyat vasitəsinin cəriməsi olduğu üçün maşının üzərində olan hər iki nömrə nişanını maşın radara düşməsin və cərimə gəlməsi üçün özü çıxartmışdır. Uzun müddət nəqliyyat vasitəsini nömrəsiz idarə etmiş. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Salyan şəhəri, X.R.Ulutürk küçəsində yerləşən yeməkxanaya həmin maşınla gələrək yolun əks istiqamətində maşını saxlayıb, kafeyə getmişdir. Təxminən 2 saata yaxın oturub və 1 bakal pivə içmişdir ki, bu zaman polis əməkdaşları Raqif Əsgərov ona yaxınlaşaraq bildirmişdir ki, dövlət yol polisi əməkdaşları mikrofonla idarə etdiyi nəqliyyat vasitəsini yanlarına çağırırlar. Bu zaman o yaxınlaşmış yol patrul avtomobilinin Salyan RPŞ-nin xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Nofəl Kərimovla sözlə təmasda olmuş, ona nəyə görə maşını nömrəsiz sürməsini bildirdirkdə cərimənin yüksəldiyi üçün belə sürdüyünü bildirmişdir. Polis əməkdaşları onu Salyan rayon Polis şöbəsinə dəvət etsələrdə, o, şöbəyə gəlməkdən imtina etmiş, polis əməkdaşları onu nizam-intizama dəvət etmiş, lakin o içkili olduğü üçün davranışlarına nəzarət edə bilmədiyi üçün ucadan ünvansız nalayiq söyüşlər söyərək, polisin qanuni tələblərinə qəsdən tabe olmamış, bu səbəbdən polis əməkdaşları onu Salyan Rayon şöbəsinə gətirmişlər. Əməlindən peşmandır, gələcəkdə bu kimi hallara bir daha yol verməyəcəkdir. Odur ki, bunu nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün və şahidlərin izahatları ilə yanaşı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; xx.xx.2024-cü il tarixli, MN 1988233/684 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:50 radələrində Salyan şəhəri, X.R.Ulutürk küçəsində ucadan ünvansız nalayiq ifadələr işlədərək xırda xuliqanlıq inzibati xətasını törətmişdir. xx.xx.2024-cü il tarixli, MN 1988234/683 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:50-də Salyan şəhəri, X.R.Ulutürk küçəsində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. xx.xx.2024-cü il tarixli AZA 020067 nömrəli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 20:10-da inzibati qaydada tutulmuşdur. xx.xx.2024-cü il tarixli, MN № ******* saylı qərardaddan görünür ki, Azərbaycan Respublikasının İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh növü məhkəmə səlahiyyətinə aid olduğu üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həqiqətən də, xx.xx.2024-cü il tarixdə, saat təxminən 19:50 radələrində polis əməkdaşlarının tələblərinə qəsdən tabe olmayaraq küçədə ucadan söyüşlər söyərək ictimai qaydanı pozmuş, oraya gələn post patrul xidmətinin əməkdaşları onu intizama dəvət etsələr də, həmin şəxs ictimai qaydanı pozmaqda və polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərməkdə davam etmişdir. Bu səbəbdən də, həmin şəxs Salyan RPŞ-nə aparılaraq şəxsiyyəti müəyyən edilmiş və barəsində hazırkı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bununla da, Şəxs yuxarıda sadalanan hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir, o, həmin maddələrlə təqsirli bilinməli, aşağıdakı əsaslara görə onun barəsində həmin xətalardan daha ciddi xətaya görə, yəni İXM-nin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.3-cü maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məhkəmə onun əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzər alır, ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Belə ki, onun barəsində cərimə növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab edirəm. Hesab edirəm ki, tətbiq olunacaq cərimə növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, İXM-nin 535.1ci maddəsi ilə 200 (iki yüz) manat miqdarda cərimə edilsin. Qərarın surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar