Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-574/2024 20.06.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi Nümayəndə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə 26 avqust 2003-cü ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Salyan rayonu, Qızılağac kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1, 535.1, və 511.1.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Salyan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunmuş 15 iyun 2024-cü il tarixli, MN № 1988245/689 saylı inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, o, xx.xx.2024-cü il tarixdə Ələt-Astara-İran sərhəddi yolunun 70-ci km-də qəsdən polisin qanuni tələbinə tabe olmamşdır. DİN Baş Dövlət Yol Polisi İdarəsinin DYPXA-nın 10-cu tağımının baş yol patrul xidməti inspektoru polis baş leytenantı X9 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə tərtib olunmuş 15 iyun 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, o, xx.xx.2024-cü il tarixdə Ələt-Astara-İran sərhəddi yolunun 29-cu km-də Vaz 21063 minik markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmişdir. DİN Baş Dövlət Yol Polisi İdarəsinin DYPXA-nın 10-cu tağımının baş yol patrul xidməti inspektoru polis baş leytenantı X9 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə tərtib olunmuş 15 iyun 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, o, xx.xx.2024-cü il tarixdə Ələt-Astara-İran sərhəddi yolunun 29-cu klometrində Vaz 21063 minik markalı, **- MT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşaiət olunan qərəzli hərəkətləri ilə avtoxuliqanlıq etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Vaz 21063 markalı, 99-MY 053 dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edir.Təqribən 3 ay əvvəl Bakı şəhərində avtomaşını idarə edən zaman avtoqəza törətmişdir. Nəticədə digər avtomaşına maddi ziyan dəymişdir. Həmin avtomaşının sürücüsi onun idarı etdiyi avtomaşının texniki pasportunu alaraq getmişdir. Sonra onu Salyan RPŞ-nin DYPB-nə çağırmışlar. Hadisə ilə bağlı 60 manat cəriməni ödəmişdir. xx.xx.2024-cü il tarixdə, saat 22:40 radələrində “Yolüstü” restoranından 2 nəfər sərnişinlə hərəkətdə olan zaman “Hacıoğlu” restoranına çatmamış yol polisi ona saxla işarəsi vermiş, lakin avtomaşını saxlamadan hərəkət etmişdir.Ona görə yol polisi əməkdaşları onun arxasınca gəlmişlər. Salyan şəhərində “Akuşa” çayının üstünü polislər bağladıqları üçün maşını torpaq yoldan sürüb onları keçərək Neftçala rayonu istiqamətində gedmişdir.Yolda maşınında olan qazi X2 polis işçiləri ilə danışaraq arxasınca gəlməməyi, əks halda özünü maşından atacağını demişdir.Lakin polislər əl çəkməmiş, nəticədə X2 özünü torpaq yolda özünü maşından atmışdır. Daha sonra polislər onu Neftçala kəndinin ərazisində saxlayaraq Nefçala RPŞ-yə aparmışlar. Həkim müayinəsi zamanı onun spirtli içki içməsi məlum olmuşdur. xx.xx.2024-cü il tarixdə axşam saatlarında “Yolüstü” restoranından yarm bakal pivə içmişdir.Törətdiyi əmələ görə peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi Nümayəndə bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 22:30 radələrində 709 nömrəli yol patrol maşınında Ələt-Astara-İran sərhəddi yolunun 70-ci km-də BDYPİ-nin YPXA-nın əməkdaşları ilə birlikdə xidmətdə olan zaman Vaz 21063 markalı, 99- MY 053 dövlət qeydiyyat nişanlı avtomobilin yol hərəkəti qaydasınə pozaraq ötmə etdiyini görmüşlər. BDYPİ MİS-nə əsasən hənin nəqliyyat vasitəsinin Salyan rayon sakini Şəxs idarə etdiyini, nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq hadisə yerindən yayınması ilə bağlı axtarışda olduğu və ödənilməmiş cərimə borcu olduğu məlum olmuşdur. Dərhal həmin avtomobilin saxlanması üçün yaxın ərazidə xidmət aparan BDYPİ-nin YPXA 10-cu tağımının 920 nömrəli yol patrul maşınına işarə vermişlər, lakin Vaz 21063 markalı, 99-MY 053 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü polisin “dur” göstərişlərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Sonra həqliyyat vasitəsi Salyan şəhəri istiqamətində hərəkətdə olmuşdur. Məlumat əasasınd Salyan RPŞ-nin DYPB-nin əməkdaşları “Akuşa” çayının üzərindən keçən körpüdə süni tıxac yaratsalar da nəqliyyat vasitəsi həmin yerdən də yayınaraq qaçmağa davam etmişdir. Vaz 21063 markalı, 99-MY 053 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Neftçala rayonu istiqamətində hərəkətdə olmuş yol patrul maşınları ilə onun arxasınca təqibdə olmuşlar. Həmin nəqliyyat vasitəsi Neftçala rayon polis şöbəsinin əməkdağlarının köməkliyi ilə Neftçala rayonun Qaracalılar kəndinin ərazisində saxlanılmışdır. İlk olaraq həmin şəxsi və həmin avtomaşında sərnişin kimi əyləşmiş digər iki şəxsidə Neftçala RPŞ-yə aparmışlar. Göstərilənlərə əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 511.1.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsini, İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə olan protokolun aidiyyəti üzrə tədbir görülməsi üçün polisə qaytarılmasını xahiş etmişdir. Məhkəmədə şahid qismində izahat verən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin bilavasitə tabeliyində olan YPXA-nın inzibati təlim üzrə qrupun baş inspektoru, X6 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 23 radələrində 709 nömrəli yol patrol maşınında Ələt-Astara-İran sərhəddi yolunun Salyan rayonu ərazisindən keçən hissəsində BDYPİ-nin YPXA-nın əməkdaşları ilə birlikdə xidmətdə olan zaman Vaz 21063 markalı, 99-MY 053 dövlət qeydiyyat nişanlı avtomobilin yol hərəkəti qaydasını pozaraq işıqlarını söndürməklə ötmə etdiyini görmüşlər. BDYPİ MİS-nə əsasən hənin nəqliyyat vasitəsinin Salyan rayon sakini Şəxs idarə etdiyini, nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq hadisə yerindən yayınması ilə bağlı axtarışda olduğu və ödənilməmiş cərimə borcu olduğu məlum olmuşdur. Dərhal həmin avtomobilin saxlanması üçün yaxın ərazidə xidmət aparan BDYPİ-nin YPXA 10-cu tağımının 920 nömrəli yol patrul maşınına işarə vermişlər, lakin Vaz 21063 markalı, 99-MY 053 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü polisin saxla göstərişlərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Nəqliyyat vasitəsinin Salyan rayon sakinini idarə etdiyi məlum olduğu üçün, həmin nəqliyyat vasitəsinin Salyan şəhəri istiqamətində idarə edə biləcəyini hesab edərək, kömək üçün Salyan RPŞ-nin DYPB-nin rəisinə zəng etmişlər. Salyan RPŞ-nin DYPB-nin əməkdaşları da “Akuşa” çayının üzərindən keçən körpüdə süni tıxac yaratsalar da nəqliyyat vasitəsi həmin yerdən də, yayınaraq qaçmağa davam etmişdir. Vaz 21063 markalı, 99-MY 053 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Neftçala rayonu istiqamətində hərəkətdə olmuş yol patrul maşınları ilə onun arxasınca təqibdə olmuşlar. Həmin nəqliyyat vasitəsi Neftçala rayon polis şöbəsinin əməkdağlarının köməkliyi ilə həmin rayonun Qaracalılar kəndinin ərazisində saxlanılmışdır. Avtomaşın təqibdə olan zaman həmin avtomaşında sərnişin kimi əyləşən bir nəfər özünü qazi kimi təqdim edib özünü maşından atacağını bildirmişdir. Təqib zamanı həmin şəxs torpaq yolda aşağı sürətdə özünü maşından atmış lakin xəsarət almamışdır. İlkin olaraq həmin şəxsi və həmin avtomaşında sərnişin kimi əyləşmiş digər şəxsi də Neftçala RPŞ-yə aparmışlar. Sürücünü həkim müayinəsindən keçirmişlər və sərxoğluğun müayinəsi zamanı sürücü Şəxs sərxoş olduğu məlum olmuşdur. Göstərilənlərə əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci, 535.1 və 511.1.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində izahat verən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin YPXA-nın 10-cu tağımının YPXBİ, polis baş leytenantı X1 Elvin Rahim oğlunun dediklərini bir daha təsdiqləmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və şahidləri dinləyib, inzibati xəta haqqında protokollara, işdə olan digər sübutlara məcmu şəklində qiymət verərək hesab edir ki, Şəxs inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1, 535.1, və 511.1.3-cü maddələri ilə məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə xx.xx.2024-cü il tarixli, 99 saylı aktın sürətindən görünür ki, sürücü Şəxs avtomobili alkoqollu vasitənin qəbulu nəticəsində yaranmış sərxoşluq vəziyyətində idarə etmişdir. İş materiallarında olan BD 056422 sürücülük vəsiqəsindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs “B1,B, C1,C” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ vardır. Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə əsasən inzibati xətanın xarakterini, Şəxs təqsirinin dərəcəsini, özünün etirafını, törətdiyi əməldən peşimançılıq hissi keçirməsi, məsuliyyətini yüngülləşdirən hallar kimi və məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq, məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 333.1, 535.1, və 511.1.3-cü maddələrində nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsində qeyd olunmuşdur ki, bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 34.2. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 34.4. Şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115-ci, 128-130cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1, 535.1, və 511.1.3-cü maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası İXM-nın 34-cü maddəsinə əsasən ona nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla on beş gün müddətinə həbs inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 20 iyun 2024-cü il tarixdən, saat 09:15-dən hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №3(057)-574/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-574/2024
20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver