Məhkəmə qərarları › İş №3(057)-576/2023

Salyan Rayon Məhkəməsi Qərardad — İş №3(057)-576/2023

24.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 3(057)-576/2023 24.06.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ağarza Hacırza oğlu Səmədovun sədrliyi ilə Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Yol Patrul Xidməti Alayından daxil olmuş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokola əlavə olunmuş sənədlərə xx.xx.2023-cü ildə Salyan şəhərində açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Yol Patrul Xidməti Alayından daxil olmuş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 29 noyabr 2022-ci il tarixdə saat 13:40 radələrində Ələt-Astara-İran sərhədi avtomobil yolunun Salyan rayonu ərazisindən keçən 18,5-ci kilometrində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Materiallar məhkəmədə öyrənlərkən müəyyən olunmuşdur ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadında qyed olunan məsələlər həll olunmamış və qeyd olunan çatışmamazlıqlar icra olunmadan protokolun 3-cü sətrində “xx.xx.2023” tarixi qələmlə “xx.xx.2023” tarixinə düzəliş edilməklə materiallar məhkəməyə qaytarılmışdır. Odur ki, təqdim edilmiş materiallar natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsində qeyd olunmuşdur ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Qeyd olunan natamamlıqları məhkəmə baxışında aradan qaldırmaq mümkün olmadığından protokol və protokola əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106,109-cu maddələrini rəhbər tutaraq,məhkəmə Qəraraaldı: Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Yol Patrul Xidməti Alayından daxil olmuş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və əlavə olunmuş sənədlər Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Yol Patrul Xidməti Alayına geri qaytarılsın. Hakim Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar