Məhkəmə qərarları › İş №3(057)-580/2023

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-580/2023

24.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-580/2023 24.06.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X7 qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Salyan Rayonu DAM polis baş leytenentı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi-Salyan Rayon Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Salyan rayonu, Çuxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Salyan rayonu, Çuxanlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Salyan Rayon PŞ-nin DAM polis baş leytenentı X5 tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 21:30-da İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 22 iyun 2023-cü il tarixdə, saat 21:30-da “Vaz 21074” minik markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Salyan şəhəri, V.Əhmədov küçəsi ilə əks istiqamətə hərəkət edən zaman Ə.Hüseynzadə küşəsinin kəsişməsində həmin yolda hərəkətdə olan “KİA Sportage” minik markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa hissəsi ilə toqquşaraq avtomobili əzmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Salyan Rayonu DAM polis baş leytenentı X5 bildirdi ki, Şəxs 22 iyun 2023-cü il tarixdə, saat 21:30-da sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 21074” markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Salyan şəhərində hərəkətdə olarkən hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinədək azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməmiş və nəticədə “KİA Sportage” minik markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Buna görə də, Şəxs barəsində inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, sürücülük hüququ olmadan avtomobili idarə etmiş, fikirli, yorğun olduğu üçün V.Əhmədov küçəsi ilə əks istiqamətə hərəkət edərkən toqquşduğu avtomobili qəfildən gördüyü üçün hadisənin qarşısını ala bilməmişdir. Hadisədən sonra bilmişdir ki, hərəkətdə olduğu küçə ilə hərəkət etmək qadağandır. Avtomobili sürücülük hüququ olmadan idarə etməsinə səbəb avtomobili adətən yaşadığı kəndə, sahədə, təsərrüfat məqsədi ilə idarə etməsi olmuşdur. Gələcəkdə sürücülük məktəbində oxuyub sürücülük vəsiqəsi alacaqdır. Törətdiyi əməldən peşmançılıq hissi keçirdiyini, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Salyan Rayon Vəkil Bürosunun vəkili X1 Mais Azad oğlunun əməlindən səmimi peşman olmasını nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında araşdırma zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla, həmçinin özünün etirafedici izahatı ilə sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə edərək yol nəqliyyat hadisəsi törətməkdə təqsirliliyi tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati həbs növündə tənbeh tədbiri tədbiq edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, Şəxs “Vaz 21074” minik markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İXM-in 332.1, 327.2 və 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətmişdir. İş materiallarında olan Salyan Rayon PŞ-nin DYPB-nın Salyan Rayonu DAM polis baş leytenentı X5 tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş “Yol-nəqliyyat hadisəsinin Sxemindən və görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində “Vaz 21074” minik markalı, **-KO-*** minik markalı avtomobilin sağ hissəsi və “KİA Sportage” minik markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa hissəsi əzilmişdir. İş materiallarında olan Salyan Rayon PŞ tərəfindən xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Şəxs nömrəsiz “Vaz 21074” minik markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarında olan 23 iyun 2023-cü il tarixli 56 nömrəli Ziyan aktından görünür ki, “KİA Sportage” minik markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomaşına qəzadan sonra 2434 manat ziyan dəymişdir. Azərbaycan Respublikası İXM-nin: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən, bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə) xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətanı etiraf edib əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinəəsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Şəxs Azərbaycan Respublikası İXM-in 332.1 və 327.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi məhkəmənin səlahiyyətinə aid olmadığı üçün prortokol Salyan rayon PŞ-nə göndərilməlidir. Məhkəmə proses iştirakçılarının çıxışlarını dinləyib, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Salyan Rayon Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərilmiş hüquqi xidmətə görə Salyan Rayon Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 3 iş saatına görə 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Salyan Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 55, 61, 114, 115, 128-131 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, barəsində 10 (on) gün müddətində inzibati inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 24 iyun 2023-cü il tarixdən, saat 12:20-dən hesablansın. Qərarın icrası Salyan rayon PŞ-nə tapşırılsın. Salyan Rayon Vəkil Bürosunun vəkili X4 Şəxs məhkəmə prosesi zamanı hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 03 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 18 manat məbləğində pul “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code: 805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr. Account: AZ03NABZ******************** hesablarına köçürülməlidir. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar