Məhkəmə qərarları › İş №3(057)-580/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-580/2024

20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-580/2024 20.06.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1997-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, DOST MMC-də fəhlə işləyən, Salyan şəhəri A.Hüseynov küçəsi, ev 150-də qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan RPŞ-dən daxil olan inzibati xəta haqqında protokollara baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Salyan RPŞ-dən daxil olmuş 20 iyun 2024-cü il tarixli, MN № 1988250/696 nömrəli inzibati xəta haqqında protokola və protokola əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Salyan şəhəri, H.Əliyev prospektində, "xxxx" ASC-nin qarşısında ucadan ünvansız söyüşlər söyərək, xırda xuliqanlıq əməli törətmişdir. Bundan başqa, 20 iyun 2024-cü il tarixli, MN № 1988200/697 nömrəli inzibati xəta haqqında protokola və protokollara əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Salyan şəhəri, H.Əliyev prospektində, "xxxx" ASC-nin qarşısında polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Salyan şəhəri, H.Əliyev prospektində, "xxxx" ASC-nin qarşısında telefonla danışarkən hirsli olduğu üçün özü də, bilmədən nalayiq sözlər işlətmişdir. Həmin vaxt ona yaxınlaşan polislərin qanuni tələbinə əməl etməyərək, nalayiq ifadələr işlətmişdir. Törətdiyi əmələ görə peşmandır. Məhkəmədə şahid qismində izahat verən Salyan RPŞ-nin PPX-nin polis nəfəri, polis serıantı X1 bildirmişdir ki,polis nəfəri Gülhəsən Quliyevlə xx.xx.2024-cü il tarixdə, saat 13:30 radələrində Salyan şəhəri, H.Əliyev prospektində xidmət aparan zaman bir nəfər şəxsin onları fitlə yanına çağırmışdır.Həmin şəxsin yanına gedərək özlərini təqdim etmiş, etdiyi hərəkətə görə iradlarını bildirdikdə sonuncu onlara nalayiq söyüşlərələ orada rədd olmalarını demişdir. Onu intizama dəvət etmək istəsələr belə sonuncu əməl etməiş və öz hərəkətlərini davam etmişdir.Ona görə də onu məcburi qaydada polisə aparmışlar. Hətta Şəxs şöbənin qarşısında da onlara qarşı nalayiq ifadələr işlətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və şahidi dinləyib, inzibati xəta haqqında protokollara, iş materiallarında olan digər sübutlara məcmu şəklində qiymət verərək məhkəmə belə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar hallar aşkar edilmədi. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin tərkibi var və ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə tənbeh tədbiri tətbiq olunmalıdır. Həmin madədə qeyd olunmuşdur ki, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə inzibati xəta xarakterini və xəta törədənin hərəkətlərini, onun şəxsiyyətini nəzərə alaraq belə hesab edir ki, Şəxs inzibati qaydada həbs tənbeh tətbiq etməklə Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İXM-nin 112, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən ona on beş gün müddətinə həbs inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 20 iyun 2023-cü il, saat 18:05-dən hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar