Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-581/2024 21.06.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 oğlunun, Tələbkar - Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs oğlunun iştirakları ilə xx.xx.1981-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Salyan rayonu, Arbatan kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya Şöbəsindən daxil olan 21 iyun 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən tərtib edilmiş 21 iyun 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar 21 iyun 2024-cü il tarixdə Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)- 1019/2015 saylı, 22 oktyabr 2015-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs öhdəsində olan 8624 manat aliment borcunu tələbkar Zərərçəkmiş şəxs ödəməmiş və çağırışlara gəlməmişdir. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 protokolu müdafiə edərək bildirmişdir ki, Salyan Rayon Məhkəməsinin 2(057)- 1019/2015 saylı, 22 oktyabr 2015-ci il tarixli icra sənədi xx.xx.2023-cü il tarixdə onun icraatına daxil olmuşdur. İcra sənədi icraatına daxil olan tarixdən ona borclu tərəfindən heç bir ödəniş qəbzi təqdim olunmamışdır. Borcludan icra məmuru Elvin İskəndərov tərəfindən xx.xx.2021-ci il tarixdə izahat alınmış və həmin izahatda 4284 manat aliment borcu olduğu qeyd olunmuşdur. Hazırki borcu 8624 manat təşkil edir. Borcluya öhdəsində olan icra sənədinin icrası ilə bağlı SMS bildiriş göndərilmişdir. Borclu çağırışlara gəlmədiyi üçün barəsində axtarış işi açılmışdır. Borclu Salyan rayon PŞ-nin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə saxlanılaraq şöbəyə təhvil verilmişdir. Tələbkar şikayətçidir və borcunu tam şəkildə tələb edir. Borclu barəsində hər hansı qərarın qəbul olunmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs bildirmişdir ki, məhkəmənin təyin etdiyi alimentin miqdarının artırılması barədə iddia qaldırmamışdır. Borclu onun xalası oğludur. Özü hazırda işləmir. Valideynləri birlikdə yaşayır. Ödənişlə bağlı qəbzlər Bakı şəhərindədir. Son dəfə borclu 2023-cü ilin dekabr ayında ödəniş etmişdir. Böyük qızı xəstəlikdən əziyyət çəkir, müalicəyə ehtiyacı var. Borclu ona dərmanlar alacağı barədə söz versə də, əməl etməmişdir. Aliment borcunun tam şəkildə ödənilməsini tələb edir. Ona görə də, protokolun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs bildirmişdir ki, hazırda Bakı şəhərində fərdi yaşayış evlərinin təmiri işi ilə məşğul olur. Borcu ilə bağlı deyilən məbləğ şişirdilib. Onun ödədiyi məbləğlər tam hesablanmamışdır. Onun aliment borcu daha azdır. Son dəfə 2024-cü ilin yanvar ayında ödəniş etmişdir. Sonra maddi imkanı olmadığı üçün aliment borcunu ödəyə bilməmişdir. Hazırda başqa qadından da, iki övladı vardır. Möhlət verilərsə sabah aliment borcundan 300 manat, gələn ay isə 1000 manat ödəyə biləcəyini bildirmişdir. Protokolun təmin olunmamasını xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahat və çıxışlarını dinləyib, icra işini, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri olması tam sübuta yetirilir. Belə ki, Salyan Rayon Məhkəməsinin 2(057)-1019/2015 saylı, 22 oktyabr 2015-ci il tarixli icra sənədinə əsasən, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün məhkəməyə müraciət olunan xx.xx.2015-ci il tarixdən başlayaraq, hər ay hər uşağa 70 (yetmiş) manat olmaqla, cəmi 140 (yüz qırx) manat sabit pul məbləğində aliment cavabdeh Şəxs alınaraq, iddiaçı Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2016-cı il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə borclunun ünvanına göndərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 352151/03 saylı xəbərdarlıq məktubundan görünür ki, barəsində olan Salyan Rayon Məhkəməsinin 2(057)-1019/2015 saylı, 22 oktyabr 2015-ci il tarixli icra sənədinin icrasının təmin etməsi (borcun ödənilməsi) və 10 iyun 2024-cü il tarixdə (ödəniş sənədlərini təqdim etməklə) Salyan rayon İcra və Probasiya Şöbəsinə gəlməsi tələb olunur. Əks halda Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati və CM-nin 306-cı maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi üçün məcburi icra tədbirləri keçiriləcəyi barədə məlumatlandırılmışdır. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 3(057)-629/2016 saylı, 07 noyabr 2016-cı il tarixli qərarın ksero surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 10 gün müddətinə inzibati həbs tətbiq edilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 3(057)-523/2018 saylı, 10 dekabr 2018-ci il tarixli qərarın ksero surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 12 gün müddətinə inzibati həbs tətbiq edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”. Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, “icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir”. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilmədi. İcra sənədinin uzun müddətdir ki, icra olunmamasını nəzərə alaraq, hesab edir ki, Şəxs inzibati qaydada aşağı həddə həbs tənbeh tətbiq etməklə Azərbayan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Belə ki, borclu borcunu ödəyə bilmir. Onun barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi səmərəsiz olacaqdır. Ona görə də, onun barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədini qərəzli olaraq təmin etmədiyini, şəxsiyyətini və işin hallarını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 61, 114, 115 və 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlanmanın əvvəli 21 iyun 2024-cü il tarixdə, saat 11:00-dan hesablansın, inzibati həbsin sonu 01 iyul 2024-cü il, saat 11:00 hesab edilsin. Şəxs Salyan RPŞ tərəfindən müəyyən edilən yerdə mühafizə altında inzibati həbsdə saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi və ya inzibati həbsdə saxlandığı yer vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-581/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-581/2024
21.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver