Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-588/2024 08.07.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Salyan Rayon Polis Şöbəsi tərəfindən Şəxs (bundan sonra Şəxs MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün xx.xx.2024-cü il tarixdə məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC tərəfindən “Toyota Prius minik” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü barəsində məlumat təqdim edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Salyan Rayon Polis Şöbəsinin nümayəndəsi və barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş Salyan Rayon Polis Şöbəsinin nümayəndəsinin və barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC -nin direktoru X2 elektron kabinet vasitəsi ilə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq göstərmişdir ki, “Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Şəxs MMC Dövlət qeydiyyat № (VÖEN) ********** ilə AZ 1106, Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov küçəsi, ev 58, mənzil 59 ünvanda qeydiyyata alınmışdır. Bu həmçinin Şəxs MMC barəsində tərtib olunmuş 01 iyun 2024-cü il tarixli, İXP seriyalı, 6298489№-li “İnzibati xəta haqqında protokol”da da, öz əksini tapmışdır və həmin protokolda İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi qeyd olunur. İXM-nin 347-ci maddəsinin dizpozisiyasına görə hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati xəta hesab olunur. İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi yer protokolda qeyd edilməmişdir. Nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş şəxs haqqında məlumatın verilməsi barədə DYPİ-nin sorğuları Şəxs MMCnin qeydiyyatda olduğu AZ 1106, Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov küçəsi, ev 58, mənzil 59 ünvana göndərilməmişdir. DYPİ-nin həmin sorğuları isə Salyan rayonu, Qırxçıraq ünvanına göndərilmişdir. Həmin ünvanın Şəxs MMC ilə heç bir əlaqəsi yoxdur. Deməli, inzibati xətanın törədildiyi yer Salyan rayonu, Qırxçıraq ünvanı ola bilməz. Protokolda qeyd olunan inzibati xətanın törədildiyi yer (DYPİ-nin həmin sorğuları doğru ünvana göndərilsə idi cavablandırılardı) Şəxs MMC-nin qeydiyyatda olduğu ünvan- AZ 1106, ünvan 2a bilərdi. Buna görə də, İXM-nin 110.1-ci maddəsinin tələbinə əsasən yuxarıda qeyd olunan protokol və materiallara Salyan Rayon Məhkəməsində baxıla bilməz. Şəxs MMC-nin təqsiri yoxdur və o, sübuta yetirilməmişdir. Yuxarıda qeyd etdiyi kimi nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın verilməsi barədə DYPİ-nin sorğuları Şəxs MMC-nin qeydiyyatda olduğu AZ 1106, Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov küçəsi, ev 58, mənzil 59 ünvanına göndərilməmişdir. DYPi-nin həmin sorğuları isə səhvən ünvan 3 ünvanın Şəxs MMC ilə heç bir əlaqəsi yoxdur. Şəxs MMC DYPİ-nin həmin sorğularını almamışdır. Ona görə də, İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yaranmır, çünki Şəxs MMC-nin təqsiri yoxdur. İXM-nin 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin məcəllənin 53.1, 53.1.1-ci (inzibati xəta hadisəsi olmadıqda) 53.1.2-ci (inzibati xəta tərkibi olmadıqda) maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin məcəllənin 105.1-ci maddəsinə əsasən həmin məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bundan əlavə Şəxs MMC hər ay mülkiyyətində olan nəqliyyat vasitələrinin sürücüləri haqqında məlumatı DYPİ-nə poçtla göndərir (məktublar və qəbzlər əlavə olunur). DYPİ-də həmin nəqliyyat vasitələrinin sürücüləri, o cümlədən **-PN-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü X1 barədə məlumat var. Yuxarıda qeyd olunanlara əsasən hesab edirik ki, inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadığı üçün hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməlidir və bunu da məhkəmədən xahiş edirlər”. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: DİN-nin DYP-nin Web Portalından çıxarışdan görünür ki, Şəxs MMC-nin mülkiyyətində olan “Toyota Prius minik” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarə edən fiziki şəxs xx.xx.2024-cü il tarixdə saat 06:16-da Masazır qəsəbəsindən çıxış istiqamətində nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə edərək, törədilmiş xətaya görə İXM-nin 339.1-1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xəta törətmişdir. Nəqliyyat vasitəsinin xx.xx.2024-cü il tarixdə İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi ilə əlaqədar tərtib edilmiş protokol barədə məlumatı qəbul etdiyi gündən 05 gün müddətində həmin nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barədə rəsmi məlumat verilməsi xahiş olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin DYP-nin Web Portalından çıxarışdan görünür ki, Şəxs MMC-nin mülkiyyətində olan “Toyota Prius minik” markalı, **- PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarə edən fiziki şəxs xx.xx.2024-cü il tarixdə saat 22:19-da Sumqayıt şəhəri, Sülh küçəsi şəhərə giriş istiqamətində yolda müəyyən edilmiş hərəkət sürətini 14 km/saat həddində aşaraq, törədilmiş xətaya görə İXM-nin 328.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xəta törətmişdir. Nəqliyyat vasitəsinin xx.xx.2024-cü il tarixdə İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi ilə əlaqədar tərtib edilmiş protokol barədə məlumatı qəbul etdiyi gündən 05 gün müddətində həmin nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barədə rəsmi məlumat verilməsi xahiş olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin DYP-nin Web Portalından çıxarışdan görünür ki, Şəxs MMC-nin mülkiyyətində olan “Toyota Prius minik” markalı, **- PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarə edən fiziki şəxs xx.xx.2024-cü il tarixdə saat 13:17-də Zığ yolunun 13-cü kilometrliyində Airport istiqamətində yolda müəyyən edilmiş hərəkət sürətini 11 km/saat həddində aşaraq, törədilmiş xətaya görə İXM-nin 328.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xəta törətmişdir. Nəqliyyat vasitəsinin xx.xx.2024-cü il tarixdə İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi ilə əlaqədar tərtib edilmiş protokol barədə məlumatı qəbul etdiyi gündən 05 gün müddətində həmin nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barədə rəsmi məlumat verilməsi xahiş olunur. Salyan Rayon Polis Şöbəsi tərəfindən Salyan rayonu, Qırxçıraq kəndində yerləşən Şəxs MMC-nin rəhbərliyinə ünvanlanan xx.xx.2023-cü il tarixli, 3-13-104/2-18834/2023 nömrəli bildirişdən görünür ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törədildiyinə görə hüquqi şəxsin mülkiyyətində və yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibatı xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 (beş) gün müddətində verilməməsinə görə xx.xx.2023-cü il tarixdən Məcəllənin 347-ci maddəsinə əsasən İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 125.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə yerləşdirilmiş inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar həmin anda elektron qaydada, həmçinin müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə yerləşdirilir. 125.2-ci maddəsinə əsasən inzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə aşağıdakı qaydada məlumatlandırılır: 125.2.1. müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında elektron protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir; 125.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetdə şəxsin hansı tarixdə inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2.1-125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılması haqqında qeyd yerləşdirilməlidir. 123.2-ci maddəsinə əsasən hüquqi şəxs sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. Səlahiyyətli orqan (vəzifəli şəxs) belə məlumatı aldığı vaxtdan 3 gün müddətində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan inzibati xəta haqqında protokol tərtib edir. İnzibati xəta haqqında protokol həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin protokol barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 123.3-cü maddəsinə əsasən bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi yoxdur, həmin səbəbdən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nın 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İXM-in 347-ci maddəsinin dispozisiyasına əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. İnzibati xəta haqqında protokoldan və AZEMİS vasitəsi ilə əldə edilmiş məlumatdan görünür ki, Salyan RPŞ tərəfindən inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-yə məxsus nəqliyyat vasitəsinin idarə etmiş fiziki şəxs haqqında məlumatın verilməsi barədə sorğu hüquqi şəxsin hüquqi ünvanı ünvan 5yan rayonu, Qırçıraq kəndinə göndərilmişdir. Bundan başqa, hüquqi şəxs qismində Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib olunarkən qanunvericiliyin tələblərinə əməl olunmamışdır. Belə ki, protokola əlavə edilmiş sorğu sənədində səlahiyyətli şəxs barədə məlumatlar (qərarı qəbul edən vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı) göstərilməmiş, vəzifəli şəxs tərəfindən sorğu göndərilsə də, sorğunun cavabdeh təşkilatın hansı vəzifəli şəxsi tərəfindən alınması və hansı müddətdə cavab verilməsi və ya verilməməsi barədə inzibat xəta haqqında protokola heç bir sübut əlavə olunmamışdır. Hətta inzibati xəta haqqında protokol tərtib olunarkən hüquqi şəxs qismində Şəxs MMC-nin nümayəndəsi dəvət olunmamış, onlara məlumat vermədən inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmiş, nəticədə Azərbaycan Respublikası İXM-nın 61-ci və 100-cü maddələrinin tələbləri pozulmuşdur. Şəxs MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə xitam verilməlidir. 53.1. Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.1.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.1.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.1.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.1.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; İXM-in 100-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 100.2. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. 100.5. Protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 8, 25, 40.0.1, 43, 48-51, 53, 55, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-588/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-588/2024
08.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver