Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-589/2025 04.06.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, X1 iştirakı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.4 və 339.1-1-ci maddələrinə əsasən inzibati tənbeh vermə haqqında EQ24523692, EQ 24523660, EQ24523664 və EQ24523668 nömrəli, xx.xx.2024-cü il tarixli qərarların ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 328.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında EQ24523692 saylı, xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 idarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında EQ 24523660, EQ24523664, EQ24523668 saylı, xx.xx.2024-cü il tarixli qərarlar qəbul edilmişdir. EQ24523692 saylı, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 idarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən X3 İXM-in 328.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirili bilinərək 300 manat məbləğində inzibati cərimə olunmuşdur. EQ 24523660, EQ24523664, EQ24523668 saylı, xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 idarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən X3 İXM-in 339.1-1-ci maddələri ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirili bilinərək, ümumi 150 manat məbləğində inzibati cərimə olunmuşdur. Həmin qərarlardan narazı qalan barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X3 məhkəməyə şikayət verərək xx.xx.2024-cü il tarixli, EQ24523692, EQ 24523660, EQ24523664 və EQ24523668 saylı inzibati xəta haqqında qərarları ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi, cərimənin ödənilməsi öhdəliyinin üzərindən götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Salyan şəhəri, B.Talıblı küçəsi, ev 28, mənzil 12də qeydiyyatda olmaqla yaşayır. 01 dekabr 2022-ci il tarixdən Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatında sürücü vəzifəsində çalışır. İdarə etdiyi **-AS-*** qeydiyyat nişanlı “Toyota Camry” markalı nəqliyyat vasitəsi Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatına məxsusdur. 05 noyabr 2024-cü il tarixdə Salyan Rayon İcra Hakimiyyətinin başçısına məxsus **-AA-*** qeydiyyat nişanlı “BMW 7” seriya markalı, nəqliyyat vasitəsinin yol hərəkəti qaydalarını pozması nəticəsində X6 inspektorları tərəfindən barəsində tərtib olunmuş inzibati protokollar o, sürücü olmadığı halda adına gəlmişdir. Bununla bağlı Salyan RPŞ-nin DYP bölməsinə yazılı və şifahi, həmçinin 902 nömrəli qaynar xəttinə dəfələrlə müraciətlər etsə də məsələ öz həllini tapmamışdır. İnzibati protokollar üzrə təyin edilmiş cərimələrlə əlaqədar özünə aid bəzi sənədləşmə işlərində də problemlər yaranmışdır. Bu inzibati pozuntunu törətmədiyini nəzərə alaraq, onun haqqında tərtib edilmiş EQ 24523692, EQ 24523660, EQ 24523664 və EQ 24523668 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərarlara yenidən obyektiv şəraitdə baxılmasını və təhlükəsizlik kameralarının görüntülərinə əsasən **- AA-*** qeydiyyat nişanlı “BMW 7” seriya markalı nəqliyyat vasitəsinin onun tərəfindən idarə edilib-edilməməsinin aydınlaşdırılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi və Salyan RPŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə işə iştirakları olmadan baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə, İXM-in 133.2.4-cü maddəsinə əsasən şikayətə Azərbaycan Respublikası DİN-in BDYPİ-nin və Salyan RPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş şikayətçi X3 verdiyi şikayət ərizəsinə uyğun izahat verərək göstərmişdir ki, 01 dekabr 2022-ci il tarixdən Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatında sürücü vəzifəsində çalışır. İdarə etdiyi **-AS-*** qeydiyyat nişanlı “Toyota Camry” markalı nəqliyyat vasitəsi Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatına məxsusdur. 05 noyabr 2024-cü il tarixdə Salyan Rayon İcra Hakimiyyətinin başçısına məxsus **-AA-*** qeydiyyat nişanlı “BMW 7” seriya markalı, nəqliyyat vasitəsinin yol hərəkəti qaydalarını pozması nəticəsində X6 inspektorları tərəfindən barəsində tərtib olunmuş inzibati protokollar o, sürücü olmadığı halda adına gəlmişdir. Bununla bağlı Salyan RPŞ-nin DYP bölməsinə yazılı və şifahi, həmçinin 902 nömrəli qaynar xəttinə dəfələrlə müraciətlər etsə də, nəticəsi olmamışdır. Bu inzibati pozuntunu törətmədiyini nəzərə alaraq, onun barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarların ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barəsində qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş EQ24523692, EQ 24523660, EQ24523664 və EQ24523668 nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş EQ 24523668 saylı, xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, X3 xx.xx.2024-cü il tarixdə **-AA-*** dövlət qeydiyyat nişanlı “Qaz 2411” markalı avtomobili idarə edərkən İXM-in 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətdilməsində təqsirli bilinərək barəsində 50 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş EQ 24523664 saylı, xx.xx.2025-ci il tarixli qərarının surətindən görünür ki, X3 xx.xx.2024-cü il tarixdə **-AA-*** dövlət qeydiyyat nişanlı “Qaz 2411” markalıl avtomobili idarə edərkən İXM-in 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətdilməsində təqsirli bilinərək barəsində 50 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Ərizəyə əlavə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş EQ 24523660 saylı, xx.xx.2025-ci il tarixli qərarının surətindən görünür ki, X3 xx.xx.2024-cü il tarixdə **-AA-*** dövlət qeydiyyat nişanlı “Qaz 2411” markalıl avtomobili idarə edərkən İXM-in 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətdilməsində təqsirli bilinərək barəsində 50 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş EQ 24523692 saylı, xx.xx.2025-ci il tarixli qərarının surətindən görünür ki, X3 xx.xx.2024-cü il tarixdə **-AA-*** dövlət qeydiyyat nişanlı “Qaz 2411” markalıl avtomobili idarə edərkən İXM-in 328.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətdilməsində təqsirli bilinərək barəsində 300 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “BMW 7” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Salyan Rayon İcra Hakimiyyətinin başçısının xidməti avtomobilidir. **-AA-*** dövlət qeydiyyat nişanı vaxtı ilə Salyan Rayon İcra Hakimiyyətinin başçısının xidməti avtomobili olmuş “Qaz 2411” markalı avtomobilə məxsus olmuşdur. Həmin qeydiyyat nişanı hazırda Salyan Rayon İcra Hakimiyyətinin başçısının xidməti avtomobili olan “BMW 7” seriya markalı, nəqliyyat vasitəsinin üzərindədir. X2 idarə etdiyi “Toyota Camry” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi isə Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatına məxsusdur. EQ 24523692, EQ 24523660, EQ 24523664 və EQ 24523668 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərarlara əlavə edilmiş foto şəkillərdən görünür ki, göstərilən inzibati xətalar **-AA-*** dövlət qeydiyyat nişanlı BMW 7 seriya avtomobillə törədilmişdir. 05 noyabr 2024-cü il tarixdə BMW 7 markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin həqiqətən də X2 istifadəsində olmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki, qanunvericiliyin tələbinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs barəsində tərtib edilir. Məhkəmə hesab edir ki, X2 BMW 7 markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 05 noyabr 2024-cü il tarixdə istifadə etməsi və ya nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumatların olmaması barədə hər hansı bir sübut olmadan onun inzibati xətaların törədilməsində təqsirli bilinib barəsində inzibati tənbeh haqqında elektron qərarların qəbul edilməsi yol verilməzdir. Çünki, İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 12.1-ci maddəsin əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1, 53.1.1 və 53.1.2-ci maddəsinə əsasən inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. İXM-in 75.0, 75.0.1, 75.0.6 və 75.0.7-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin tələbindən göründüyü kimi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İş materiallarına əlavə edilmiş Salyan Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli, 5-71/2-163/2025 saylı arayışından görünür ki, X3 01 yanvar 2024-cü il tarixdən 30 yanvar 2025-ci il tarixə kimi Salyan Rayon İcra Hakimiyyətində baş mütəxəssis-sürücü vəzifəsində işləməmişdir. İş materiallarına əlavə edilmiş Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının xx.xx.2025-ci il tarixli, 06 saylı arayışının surətindən görünür ki, X3 01 dekabr 2022-ci il tarixdən hal-hazıra kimi Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatında sürücü vəzifəsində işləməmişdir. Məhkəmə qeyd edir ki, bu cür sübutlar əldə edilmədən şəxs inzibati xətanın törədilməsində təqsirli bilinə bilməz və tənbeh edilə bilməz. İş üzrə sübutlar qərar qəbul etmiş səlahiyyətli orqan tərəfindən toplanılmalıdır. İXM-in 135.1 və 135.1.6-cı maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmışdır, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozmaqla X3 barəsində EQ 24523692, EQ 24523660, EQ 24523664 və EQ 24523668 nömrəli, xx.xx.2024-cü il tarixli qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Belə olan halda X2 şikayəti təmin edilərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən X3 barəsində İXM-nin 328.4 və 339.1-1-ci maddələri ilə inzibati cərimə edilməsinə dair EQ 24523692, EQ 24523660, EQ 24523664 və EQ 24523668 nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarlar ləğv edilməli və iş üzrə icraata xitam veriməlidir. Şərh olunanlara əsaslanaraq və İXM-in 53, 105, 114-115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən X3 barəsində Azərbaycan Respublikası İXM-nin 328.4 və 339.1-1-ci maddələri ilə inzibati cərimə edilməsinə dair EQ 24523692, EQ 24523660, EQ 24523664 və EQ 24523668 nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarlar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-589/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-589/2025
04.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver