Məhkəmə qərarları › İş №3(057)-592/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-592/2025

27.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-592/2025 27.05.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis sahə rəisi, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.2006-cü ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Salyan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025ci il tarixli, MN 1654918/253 nömrəli protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Salyan rayon Avtovağzal ərazisində Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclasında Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis sahə rəisi, polis kapitanı X3 tərtib olunmuş inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Neftçala rayonu A.Qaramanlı kəndində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin “102” Xidməti-X5 və Salyan Rayon Polis Şöbəsinə müraciət edərək Salyan rayon avtovağzalında tanımadığı şəxs tərəfindən döyülməsini bildirmişdir. Araşdırma zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETTB-nin Salyan zona mərkəzindən alınmış xx.xx.2025-ci il tarixli 244 nömrəli Canlı şəxsin ekspertizası rəyində göstərilmişdir ki, 1978-ci il təvəllüdlü, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər: sol əlin İİ-İİ- İV barmağının arxa səthinin sıyrığı küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi. Sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir.18 may 2025-ci il tarixdə saat 09 radələrində aralarında baş vermiş mübahisə zamanı Salyan şəhəri Q.Səmədov küçəsi, ev 21-də Yaşayan Şəxs Salyan rayon avtovağzalında Zərərçəkmiş şəxs Onu söyüb təhqir etdiyi üçün çiyin nahiyyəsindən itələyib yerə yıxaraq ona sol əlin İİ-İİİ-İV barmağının arxa səthinin sıyrığı ilə nəticələnən xəsarət yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o, Zərərçəkmiş şəxs tanımır. Onunla heç bir münasibəti olmamışdır. 2-3 ildir ki, Salyan rayon avtovağzalında meyvə-tərəvəz satır. 18 may 2025-ci il tarixdə səhər saatlarında o, vağzalda imiş. Orada soğan satırmışdır. Sonradan adını öyrəndiyi Zabil adlı şəxs ona yaxınlaşıb soğanın qiymətini soruşmuşdur. O, soğanın 1 manata olduğunu demişdir. Sonra ondan sellofon istəmişdir. O da ona bir ədəd sellofon vermişdir ki, soğanları yığsın. Həmin şəxs də sellofona soğanı yığıb ona vermişdir. Tərəzidə soğanı çəkmişdir. Soğan 1.5 kiloqram imiş. O, Zabil adlı şəxsə 1.5 kq olduğunu, 0.5 kq əlavə edib 2 kq etməyini demişdir. Bu zaman Zabil onu aldatdığını bildirmişdir. O da Zabilə soğanı satmadığını bildirmişdir. Bu zaman Zabil adlı şəxs nalayiq ifadələr işlədərək onu söyüb oradan çıxıb getmişdir. O da piştaxtanın digər tərəfinə keçib onun arxasınca getmişdir. Ona çatan zaman çiyin nahiyyəsindən geriyə itələmişdir. Zabil yerə yıxılmışdır. Ondan sonra o, piştaxtadan çıxıb getmişdir. Əlavə olaraq bildirmişdir ki, Zabil adlı şəxsi çiyin nahiyyəsindən geri itələmişdir, onu vurmamış, heç bir xəsarət yetirməmişdir. Hazırda Zərərçəkmiş şəxsla barışmışdır, bunu nəzərə alaraq barəsində iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 18 may 2025-ci İl tarixdə səhər saatlarında o, ailə üzvləri ilə birgə alver etmək üçün Salyan rayon avtovağzalına gəlmişdir. Bəzi qida məhsullarını aldıqdan sonra soğan almaq üçün tanımadığı şəxsin piştaxtasına yaxınlaşmışdır. Həmin şəxsə yaxınlaşıb 2 kiloqram soğan çəkməsini demişdir. O da soğanı çəkmişdir. O, həmin şəxsə soğanın 2 kiloqram olmadığını deyib yenidən tərəzidə çəkməsini bildirmişdir. O da soğanı satmadığını demişdir. Bu zaman o, həmin şəxsə nalayiq ifadə işlətmişdir. Ondan sonra oradan uzaqlaşmışdır. Piyada hərəkətdə olan zaman anidən arxa hissəsindən tanımadığı şəxs yumruqla onun boyun nahiyyəsinə vurmuşdur. O, yerə yıxılmışdır. Bu zaman onu vuran şəxsin soğanı ona satmayan şəxs olduğunu görmüşdür. Həyat yoldaşı onu ayağa qaldırmışdır. Ondan sonra həmin şəxs oradan uzaqlaşmışdır. O da bu barədə Azərbaycan Respublikası DİN-in “102” Xidməti-X5 müraciət etmişdir. Hazırda Şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində başlanmış icraata xitam verilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Salyan Rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis kapitanı Elşad Bağırlı tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Neftçala rayonu A.Qaramanlı kəndində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin “102” Xidməti-Zəng xidməti-X5 və Salyan Rayon Polis Şöbəsinə müraciət dərk salyan rayon avtovağzalında tanımadığı şəxs tərəfindən döyülməsini bildirmişdir. Zərərçəkmiş şəxs müraciəti xx.xx.2025-ci il tarixdə Salyan polis Şöbəsində “Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabı”nda 948 sayla qeydiyyata alınaraq icraata daxil olmuşdur. Araşdırma zamanı toplanmış material üzrə Zərərçəkmiş şəxs və Şəxs əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuş, eyni zamanda Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın (döymə), Zərərçəkmiş şəxs əməlində isə Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın (xırda xuliqanlıq) tərkibi olduğundan inzibati məsuliyyətə cəlb olunmaları və barələrində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti rayon polis şöbəsinin X1 verilmişdir.Odur ki, qəbul edilmiş qərarın surətinin Salyan rayon polis şöbəsinin X1 verilməsinə göstəriş verilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarın surətindən görünür ki, ünvan 1 ünvanında yaşayan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın (döymə) tərkibi olduğundan inzibati məsuliyyətə cəlb olunmuş və barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti polis şöbəsinin X1 verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 39.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı, zərəçəkmiş şəxsin izahatı və iş materiallarında olan digər sənədlərlə sübuta yetirilmişdir. Lakin məhkəmə qanunvericiliyin normalarını rəhbər tutaraq, barəsində inzibati qaydada icraat aparılan şəxsin zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 4348, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxslə barışdığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi başlanmış iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar