Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-594/2025 10.06.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi Zamanov Asif Xanoğlan oğlunun katibliyi, X1 iştirakı ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 barəsində qəbul edilmiş EQ 27975802 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh tətbiq edilməsi haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq (Salyan şəhəri, Əli Zeynalov küçəsi, 91), məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abdullazadə tərəfindən tərtib edilmiş X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 346.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında EQ seriyalı 27975802 saylı, xx.xx.2025-ci il tarixli elektron qərar qəbul edilmişdir. Qərardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abdullazadə tərəfindən tərtib edilmiş X4 İXM-in 346.3-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə olunmuşdur. Həmin qərardan narazı qalan barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X4 məhkəməyə şikayət verərək EQ seriyalı 27975802 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini və inzibati xəta haqqında işin xitam olunmasını xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, “17 may 2025-ci il tarixdə ona məlum olmuşdur ki, Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abdullazadə tərəfindən tərtib olunmuş xx.xx.2025ci il tarixli, EQ seriyalı 27975802 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən o, İXM-in 346.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 100 manat 4 bal inzibati cərimə növündə tənbeh edilmişdir. DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abdullazadə tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EQ seriyalı 27975802 saylı inzibati tənbeh vermə haqqında qərarla tanış olduqda müəyyən olunur ki, Qərarın çıxarıldığı yer Lənkəran şəhəri, H.Aslanov küçəsi xx.xx.2025-ci il tarixində saat 18.48.07 radələrində KİA FORTE MİNİK markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X4 tərəfindən ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək və ya düşürmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarında və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırmağa görə İXMnin 346.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə X4 barəsində 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Birincisi: Mən heç bir inzibati xəta törətməmişəm və mənim İXM-nin 346.3-cü maddəsində nəzərdə tutulmuş xətalar törətməyi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş olsaydı, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülməli idi və onun iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmalı və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənməli və təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilməli idi. Həmin xx.xx.2025-ci il tarixli, EQ 27975802 saylı inzibati tənbeh vermə haqqında qərarda xüsusi texniki vasitənin tipi, markası, modeli və yerləşdiyi yer göstərilməklə xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülməli idi. Lakin DİN BDYPİ-nin Mərkəzi məlumat sistemindən çıxarışdan isə görünür ki, xx.xx.2025-ci il tarixli, EQ 27975802 saylı inzibati tənbeh vermə haqqında qərar Yol Patrul Xidməti inspektoru polis baş serjantı X9 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli saat 18.53.16 radələrində tərtib etdiyi protokol əsasında qəbul olunmuş və xx.xx.2025-ci il tarixli saat 18.48.07 radələrində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə yerləşdirilmişdir. Yol Patrul Xidməti inspektoru polis baş serjantı X9 tərəfindən tərtib olunmuş protokol ilə DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnikleytenantı Elvin Abduləlizadənin imzası ilə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EQ 27975802 saylı inzibati tənbeh vermə haqqında elektron qərar arasında ziddiyyətlər mövcuddur. Belə ki, Yol Patrul Xidməti inspektoru polis baş seriantı X9 inzibati xəta törədilməsi haqqında protokolu tərtib edərək protokolda, xətanın tarixini xx.xx.2025-ci il, saat 18:48:07, protokolun tərtib edildiyi tarixi xx.xx.2025-ci il saat 18:53:16, protokolu tərtib edənin Yol Patrul Xidməti inspektoru polis baş serjantı X9, xətanın yerinin Lənkəran şəhər, H.Aslanov küçəsi, YPX-nin olduğu yerin GPS X 38.7582273, GPS Y 48.8558853 olduğunu göstərilmişdir. Protokoldan göründüyü kimi Yol Patrul Xidməti inspektoru polis baş serjantı X9 həmin an xidməti avtomaşında protokolda göstərilən GPS göstəricisinin göstərdiyi yerdə olmuşdur. Lakin DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadənin imzası ilə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EQ 27975802 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan isə belə görünür ki, elektron qərar xüsusi texniki vasitənin məlumatına əsasən elektron qaydada tərtib olunmuşdur. DİN BDYPİ-nin Mərkəzi Məlumat informasiya sisteminə yerləşdirilmiş eyni inzibati xəta üzrə inzibati xəta haqqında protokolun, Lənkəran şəhər H.Aslanov küçəsində YPX-nin inspertoru polis baş serjantı X9 tərəfindən xx.xx.2025-ci il tarixdə saat 18:53:16 radələrində tərtib olunması qeyd olunmuşdur. Bu isə İXM-in 100-107-ci maddələrinin tələblərinə ziddir. Qanuna əsasən əvvəl inzibati xəta baş verdikdə onunla bağlı protokol tərtib olunmalı və daha sonra müvafiq orqan tərəfindən inzibati tənbeh haqqında qərar verilməlidir. Onun barəsində isə bu qanuni ardıcıllıq pozulmuş, YPX-nin inspertoru polis baş serjantı X9 tərəfindən protokol tərtib olunduqdan 5 dəqiqə 9 saniyə əvvəl DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadənin imzası ilə xx.xx.2025-ci il tarixli, EQ 27975802 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmışdır. Bu isə hüquqi baxımdan inzibati qərarın qanunsuz və əsassız olduğunu göstərir. Bu hal qanunla müəyyən edilmiş prosessual qaydaların pozulması, habelə onun müdafiə hüququnun pozulması deməkdir. DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadənin imzası ilə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EQ 27975802 saylı elektron qərar ilə razı deyil və bu qərar İXM-nin prinsiplərinə zidd tərtib olunduğundan həmin qərara etiraz edir, bildirir ki, heç bir inzibati xəta törətməmiş, qərara əlavə olunmuş fotoşəkil tam onun hərəkətlərini əks etdirmir. Foto şəkillərdən də görünür ki, həmin yerdə “Ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək və ya düşürmək üçün heç bir dayanacaq meydançaları yoxdur və 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerləri olduğunu əks etdirən heç bir yol nişanı mövcud deyil. Sadəcə onu inzibati məsuliyyətə cəlb etmək üçün elektron qərara əlavə olunmuş həmin foto şəkillər YPX-nin inspektoru tərəfindən qanunsuz olaraq çəkilmiş və onu inzibati məsuliyyətə cəlb etməyə uyğunlaşdırmaq məqsədi ilə elektron qərara əlavə olunmuşdur. Xətanın video qeyd isə elektron qərara əlavə olunmamışdır, çünki video qeyd xətanın törədilmə yerini tam obyektiv olaraq əks etdirir. DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadənin imzası ilə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EQ 27975802 saylı elektron qərar, Yol Patrul Xidməti inspektoru polis baş serjantı X5 tərtib etdiyi inzibati xəta törədilməsi haqqında protokol əsasında elektron formada tərtib edilmiş və mərkəzi informasiya sisteminə ötürülmüşdür bu isə İXM-nin prinsiplərinə ziddir. Bildirir ki, Yol Patrul Xidməti inspektoru polis baş serjantı X9 inzibati xətanı bilavasitə aşkar etmişdirsə həmin vaxt protokol onun iştirakı ilə tərtib edilməli idi. Lakin təqdim etdiyi sübutlardan da görünür ki, tərtib olunmuş protokol onun iştirakı olmadan qanunsuz olaraq tərtib edilib və təhrif olunmaqla onun iştirakı olmadan xüsusi texniki vasitə tərəfindən aşkar olunmuş qayda pozğunluğu adı altında elektron qaydada qanunsuz qərar qəbul edilməklə mərkəzi informasiya sisteminə yerləşdirilib. Belə olan halda ona inzibati tənbeh tətbiq olunması qanunsuzdur. Lakin onun inzibati məsuliyyətə cəlb olunması üçün təqsiri sübut olunmalıdır. Təqsirini sübut etmək üçün Azərbaycan Respublikası DİN Baş X12i İdarəsi inzibati xəta haqqında protokolu və baş vermiş inzibati xətanın törədilməsini əks etdirən video qeydləri məhkəməyə təqdim etməlidir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir, 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə nüinmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir, 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə olunmuş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 38.6-cı maddəsinə əsasən Bu Məcəllənin 122.1-ci maddəsində nəzər də tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya videoteriallar inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəçisinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə şerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsnsən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs: tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir”. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 verdiyi şikayət ərizəsinə uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, DİN-nin BDYPİ-nin MMX-nin rəisi tərəfindən barəsində İXM-nin 346.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında EQ seriyalı 27975802 saylı, xx.xx.2025-ci il tarixli elektron qərarla razılaşmır. Çünki, əvvəl inzibati xəta haqqında protokol tərtib edilməli idi sonra isə inzibati xəta haqqında protokol tərtib edilməli idi. X11 müharibəsi veteranıdır. Müharibədə kontuziya almışdır. Vəsiqəsi üzərində yoxdur. Cəriməni ödəməyə imkanı yoxdur. Maddi imkanı ağırdır. Göstərilənlərə əsasən şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə işə iştirakları olmadan baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə, İXM-in 133.2.4-cü maddəsinə əsasən şikayətə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, DİN-nin Baş X12 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abdullazadə tərəfindən qəbul edilmiş EQ seriyalı 27975802 saylı, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv olunmasına dair şikayəti təmin edilməməlidir. Belə ki, işə əlavə edilmiş DİN-nin Baş X12 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi tərəfindən qəbul edilmiş EQ seriyalı 27975802 saylı, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında”qərardan görünür ki, X4 xx.xx.2025-ci il tarixdə “KİA Forte minik” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İXM-in 346.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətdilməsində təqsirli bilinərək barəsində 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İXM-in 346.3-cü maddəsinin tələbinə əsasən, ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırmağa görə - yüz manat məbləğində cərimə edilir. İXM-in 122.1-ci maddəsinə əsasən həmin Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İXM-in 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. İXM-in 122.8-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermiş şəxsin tələbi ilə ona həmin inzibati xətanın qeydə alınmasının texnologiyası əyani şəkildə göstərilməlidir. Beləliklə hazırkı inzibati xəta foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. İş üzrə təqdim olunmuş şəkillərdən görünür ki, xx.xx.2025-ci il tarixdə X4 istifadəsində olan nəqliyyat vasitəsi Lənkəran şəhəri, H.Aslanov küçəsində ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırmışdır. Bundan əlavə nəqliyyat vasitəsinin saxlanıldığı yer sərnişin mindirib düşürtmək üçün nəzərdə tutulmamışdır. Belə olduğu halda məhkəmə hesab edir ki, X4 tərəfindən İXM-in 346.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında öz təsdiqini tapır. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi X4 İXM-in 346.3-cü maddəsində göstərilən inzibati xətanı törətmişdir. X2 İXM-in 346.3-cü maddəsində göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş X4 maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də, inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və İXM-in 129.1.1, 130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş EQ 27975802 saylı, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv olunması barədə şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-594/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-594/2025
10.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver