Məhkəmə qərarları › İş №3(057)-6/2023

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-6/2023

05.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-6/2023 05.01.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X1, Müdafiəçi Vəkil iştirakı ilə xx.xx.1993-cü il tarixdə, Türkiyə Respublikasının Şanlı Urfa vilayətində anadan olmuş, Türkiyə Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Türkiyə Respublikasının Şanlı Urfa vilayətində qeydiyyatda olmaqla, Salyan rayonu, Xalac kəndində müvvəqqəti yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Salyan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə MÜMƏYYƏN ETDİ: Salyan RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X4 cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarı əsasında, Salyan RPŞnin İTB-nin sahə rəisi, polis leytenantı X5 tərəfindən 05 yanvar 2023-cü il tarixli, MN № 1351989/03 saylı və 05 yanvar 2023-cü il tarixli, MN № 1458182/02 saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, iş materialları ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Tərtib olunmuş hər iki inzibati protokoldan görünür ki, Şəxs 05 yanvar 2023-cü il tarixdə Salyan şəhəri ərazisində polisin qanuni tələblərinə qəsdən tabe olmamış və həmçinin o, narkotik maddə qəbul edərək istifadə etmişdir. Məhkəmə iclasında barəsində tərcüməçinin vasitəsi ilə izahat verən inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Türkiyə Respublikasının vətəndaşıdı, Türkiyə Respublikasının Şanlı Urfa vilayətində qeydiyyatda olmaqla, Salyan rayonu, Xalac kəndində müvvəqqəti olaraq yaşayır. Salyan rayonu, Xalac kənd sakini X3 ilə nikahlarını rəsmiləşdirmədən ər-arvad kimi yaşayırlar. Onlar Türkiyüədə 5 il yaşadıqdan sonra 2 ay əvvəl azərbaycana gəlmiş, sonradan Türkiyəyə getsə də, 22 dekabr 2022-ci il tarixdə azərbaycana qayıtmışdır. İş tapmaq üçün Bakı şəhərinə getmiş, Bakı şəhərində 02 gün qaldıqdan sonra iş tapa bilmədiyi üçün Salyan rayon, Xalac kəndinə qayıtmışdır. Yolda arvadının bacısının əri Elvin ilə görüşmüşdür. Elvin onu çay içəmək üçün dəvət etmişdir. Onlar yemək üçün bir şeylər almaqdan ötürü birlikdə mağazaya getmişlər. Yolda Elvinin tanışı Aqil ilə rastlaşmışlar. Aqil ilə Elvin işləri olduğu üçün getdiklərini, qayıdacağını bildirsə də, qayıtmamışlar. Sonradan Aqilin evinə getmişdir. Aqil evdə olduğu üçün, onu evə dəvət etmişdir. Həmin vaxt Aqildən başqa 05 nəfər adam olduğunu görmüşdür. Onlarla əyləşərək söhbət etmişdir. Söhbət zamanı onlar ona məcburi olaraq narkotik maddə çəkmək üçün vermişlər. Məcbur olub narkotik maddədən çəkmişdir. Əvvəllər narkotik maddələrdən istifadə etmişdir. Hazırda narkotik maddəyə qarşı müalicə olunur. Bununla bağlı həkimin təyin etdiyi həblərdən istifadə edir. 05 yanvar 2023-cü il tarixdə, saat 01 radələrində Salyan şəhərində küçədə olan zaman polislər ona yaxınlaşmışlar. Ona polis şöbəsinə getmçəsini istəsələrdə getməkdən imtina etmişdir. Məcburi olaraq onu Salyan RPŞ-nə gətirmişlər. Məhkəmə iclasında iştirak edən müdafiəçi X8 hüquqlarını müdafiə etdiyi şəxsin əməlində inzibati xətaların tərkibi olmadığı üçün işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Salyan RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X4 cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə cinayət işinin başlanılması rədd edilmiş,barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə inzibati tədbir görülməsindən ötrü qərarın sürəti Salyan RPŞ-nın İTB-nə göndərilmişdir. Qeyd olunan qərardan məlum olmuşdur ki, Şəxs 05 yanvar 2022-cü ildə gecə saat 01 radələrində Salyan şəhəri, Y.Qasımov küçəsində heç bir səbəb olmadan narkotik maddələrin təsiri altında səs-küy yaratmaqla ictimai qaydanı pozmuş, onu sakitləşdirməyə çalışan polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Həmin qərardan həmçinin müəyyən olunur ki, məhkəmə-narkoloji ekspertizasının 05 yanvar 2023-cü il tarixli, 06 nömrəli ekspert rəyinə əsasən, Şəxs metamfetaminin qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan Məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə Şəxs və müdafiəçi X6 dinləyib, inzibati xəta haqqında protokola, işdə olan digər sübutlara məcmu şəklində qiymət verərək hesab edir ki Şəxs hərəkətlərində hər iki maddənin tərkibi var, o,hər iki maddə ilə təqsirli bilinməli və Azərbaycan Respublikası İXMnın 34-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nın 34.1-ci maddəsində qeyd olunmuşdur ki, bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 34.2. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 34.4. Şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar hallar aşkar edilmədi. Məhkəmə nəzərə alaraq hesab edir ki, Şəxs inzibati qaydada həbs tənbeh tətbiq etməklə Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 206 və 535.1-ci maddələri ilə təqsirli bilinib həmin Məcəllənin 34-cü maddəsinə əsasən ona bir ay müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 05 yanvar 2023-cü il, saat 17:30-dan hesablansın. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin, o, inzibati qaydada həbs müddəti başa çatdıqdan sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində məcburi müalicə olunsun. Barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş Şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin, yəni Salyan RPŞ-nin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə, yəni Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinə təhvil verilsin. Şəxs narkoloji kabinetində qeydiyata alınması üçün qərarın surəti Salyan RMX X14 göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar