Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-60/2023 26.01.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, X2, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X3, Brəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə xx.xx.1967-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Şirvan şəhəri, Vidadi küçəsi, döngə 11, ev 27-də qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Salyan RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Salyan RPŞ-dən daxil olmuş 26 yanvar 2023-cü il tarixli, MN № 1351991/33 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Salyan rayonu, Qaraçala qəsəbəsinin ərazisində qoşa lüləli ov silahını saxlama qaydasını pozmuşdur. Qeyd olunan faktla əlaqədar Salyan RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X1 cinayət işinin başlanmasının rədd edilməsi barədə 14 yanvar 2023-cü il tarixli qərarı əsasında, Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X4 tərəfindən 26 yanvar 2023-cü il tarixli, MN № 1351991/33 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, bir müddətdir ki, 13 dekabr 2022-ci il tarixdə polis əməkdaşları ondan atasından qalmış bir ədəd ov silahını götürmüşlər. Silahın sənədi olmamış, həmin silah atasından ona qalmışdır. Törətdiyi əmələ görə peşimandır. Məhkəmə iclasında İnzibati xəta haqqında protokol tərtib edən şəxs Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X4 inzibati xəta haqqında protokolda göstərilənləri təsdiq edərək, Şəxs barəsində qanuna müvafiq qafydada tənbeh tədbirinin görülməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X1 cinayət işinin başlanmasının rədd edilməsi barədə 14 yanvar 2023-cü il tarixli qərarından görünür ki, 01 ədəd 1957-ci ildə keçmiş SSRİ dövlətində İjevski silah zavodunda istehsal olunmuş, 12 kalibirli, “İJ-54” modelli, P-1822 nömrəli, çaxmaqsız, hamar qoşa lüləli ov silahıdır müvafiq icra hakimiyyəti orqanının icazə sənədi olmadan saxladığı üçün, həmin silah xx.xx.2022-ci il tarixdə Salyan rayon Polis şöbəsinin əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Silahın təyinatını və xarakteristik əlamətlərini müəyyənləşdirmək üçün keçirilmiş məhkəmə-ballistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 23/10 R nömrəli ekspert rəyinə əsasən, ekspertizaya təqdim edilmiş bir ədəd P-1822 nömrəli silah, keçmiş SSRİ dövlətində İjevski silah zavodunda 1957-ci ildə istehsal olunmuş 12 kalibirli, “İJ-54” modelli, çaxmaqsız, hamar qoşa lüləli odlu yivsis silahıdır yivsiz odlu ov silahıdır, texniki cəhətdən sazdır və hər iki lülədən atəş açmaq üçün yaralıdır. Silahın hissə-mexanizimləri üzərində kustar üsulla sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə və dəyişiklik edilməmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi 26 yanvar 2023-cü il tarixli, MN № 1351991/33 nömrəli inzibati xəta haqqında protokolla və protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə əsasən işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, Şəxs inzibati xətanı törətməsi faktının təsdiq olunması qənaətinə gəlməklə, inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini məsuliyyətini yüngülləşdirən hallar kimi və məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq, məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın predmeti olan Salyan RPŞ-də saxlanılan 01 ədəd 1957-ci ildə keçmiş SSRİ dövlətində İjevski silah zavodunda istehsal olunmuş, 12 kalibirli, “İJ-54” modelli, P-1822 nömrəli, çaxmaqsız, hamar qoşa lüləli ov silahı müsadirə edilməklə, cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48- 51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinib, Salyan RPŞ-də saxlanılan 01 ədəd 1957-ci ildə keçmiş SSRİ dövlətində İjevski silah zavodunda istehsal olunmuş, 12 kalibirli, “İJ-54” modelli, P-1822 nömrəli, çaxmaqsız, hamar qoşa lüləli ov silahı müsadirə edilərək Azərbaycan Respublikası DİNnin X7 Baş İdarəsinin anbarına təhvil verilməklə, barəsində 80 (səksən) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın Surati təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №3(057)-60/2023
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-60/2023
26.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver