Məhkəmə qərarları › İş №3(057)-602/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-602/2024

03.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-602/2024 03.07.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Mən, Salyan rayon məhkəməsinin hakimi X1, xx.xx.1994-cü il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Xətai rayonu Qvardiya küçəsi ev 51-də yaşayan Şəxs barəsində Salyan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Salyan rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə “Vaz 21154 minik” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanı törətdiyinə görə barəsində Azərbaycan Respublikasının İXM-nin 327.1-ci və 332.1-ci maddələri ilə tərtib olunmuş İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli cərimə növündə inzibati tənbeh etmə haqqında qanuni qüvvəyə minmiş qərarı qanunla müəyyən olunmuş müddət ərzində heç bir əsaslı səbəb olmadan icra etməmişdir. Həmin faktla bağlı Salyan RPŞ tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq Salyan RPŞ tərəfindən xx.xx.2024-cü il tarixli məktubla baxılması üçün məhkəməyə göndərilmiş, həmin material xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan Şəxs barəsində qəbul edilmiş qərarın elektron versiyasından çıxarışın surətindən görünür ki, onun Azərbaycan Respublikasının İXM-nin 327.1-ci və 332.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə görə barəsində tərtib edilmiş İXP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol üzrə ödəməli olduğu cərimə 40 manat cərimə, 24 manat dəbbə pulu olmaqla, cəmi 64 manatdır. İş materiallarında olan “Asan pay” ödəniş sistemindən çıxarışdan görünür ki, İXP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol üzrə 40 manat cərimə, 24 manat dəbbə pulu olmaqla, cəmi 64 manat cərimə ödənilmişdir. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 529-cu maddəsinin qeyd hissəsinin 1-ci bəndində göstərilir ki, bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Odur ki, hesab edirəm ki, Şəxs ödəməli olduğu cəriməni dəbbə pulu ilə birlikdə məhkəmə qərar qəbul edənədək tam şəkildə ödədiyindən o, inzibati məsuliyyətdən azad olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117, 128-130-cu maddələrini, 529-cu maddəsinin qeyd hissəsinin 1ci bəndini rəhbər tutaraq, Qərara aldım: Qərarın təsviri və əsaslandırıcı hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs Şəxs ödəməli olduğu cəriməni dəbbə pulu ilə birlikdə məhkəmə qərar qəbul edənədək tam şəkildə ödədiyindən o, həmin Məcəllənin 529-cu maddəsinin qeyd hissəsinin 1-ci bəndinə əsasən inzibati məsuliyyətdən azad olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar