Məhkəmə qərarları › İş №3(057)-602/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-602/2025

11.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-602/2025 11.06.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olmuş 30 may 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə ünvan 1 Bələdiyyəsinin inzibati binasının giriş qapısını sındırmaqla 30 manat məbləğində maddi ziyan vurmuşdur. Həmin faktla bağlı Salyan RPŞ-nin TB tərəfindən araşdırma aparılmış və həmin bölmənin 19 may 2025-ci il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmiş və özgənin əmlakını qəsdən məhv etdiyinə görə Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin Salyan RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Salyan RPŞ-nin rəisi vəzifəsini müvəqqəti icra edən polis polkovniki X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə 30 may 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmiş, həmin material xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Salyan Rayon Poliş Şöbəsinin səlahiyyətli nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 112.1.4-cü maddəsinə əsaslanaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, 2023-cü ilin sentyabr ayından Şorsulu kəndində yerləşən rayonlararası psixiatriya xəstəxanasında fəhlə işləyir, hər ay dövlət tərəfindən 475 manat əmək haqqı alır. Aldığı maaş dolanışığına çatmır. Şorsulu kənd Bələdiyyəsinin sədri X3 rayon polis şöbəsinə yazmış olduğu şikayət ərizəsi ilə tanış olmuş, Elmar kəndin bələdiyyə sədri olmazdan əvvəl bələdiyyə sədrinin vəzifəsini müvəqqəti icra etmiş, təxminən 5-6 aydır ki, Elmar ilə dəfələrlə kənddə və onun iş yerində özü və ya anası Dəryəgül görüşərək dolanışıq ilə əlaqədar bələdiyyə torpaq sahəsindən 2hektar əkin üçün yer verməsini xahiş etmiş, Elmar bəhanələr gətirməklə yer olmadığını deyib torpaq sahəsi verməsə də, Elmar kiməsə yer verir. Şəhid ailəsi olaraq onları nəzərə almaması pis təsir etmişdir. 07 may 2025-ci İİ tarixdə saat 16:30 da Elmardan nə üçün torpaq sahəsi verməməsinin səbəbini soruşmaq üçün Şorsulu kəndində Bələdiyyənin inzibati binasının yerləşdiyi yerə gedib, bir mərtəbədən ibarət binanın plastikdən olan qapısının dəstəyindən yapışıb içəri keçmək istədikdə qapının bağlı olması və Elmarın İŞ yerində olmamasından əsəbiləşərək qapının üzərində olan rəngli şüşəsinə bir-iki dəfə təpiklə vurub sındırmışdır. 2-3 dəqiqə sonra Elmar kəndin ərazi nümayəndəsi Fuad ilə birlikdə həmin yerə gəlmiş, Elmar şüşənin kimin tərəfindən sındırılmasını soruşanda şüşəni sındırmasını etiraf etmişdir. Bunu nə üçün etməsini soruşanda aralarında olan danışıq zamanı bələdiyyə torpağından əkin yeri verməməsinə görə ona sözlə iradını bildirəndə, kəndin ərazi nümayəndəsi Fuad müəllim müraciətinə baxacağına söz verib ertəsi gün gəlməsini tələb etdikdə ertəsi günə vaxtının olmayacağını deyib getmişdir. O, sındırığı şüşəni yenisi ilə əvəz edərək yerinə bərpa etdirmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan sənədlərlə tam sübuta yetirildiyindən onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Salyan Rayon Polis Şöbəsinin TB-nin xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarından görünür ki, Şəxs xx.xx.2025-ci il tarixli müraciəti əsasında toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işi başlanılmasıl rədd edilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması və inzibati araşdırmanın aparılması haqqında xx.xx.2025-ci il tarixli qərardaddan görünür ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmış və inzibati araşdırma aparılmışdır. Salyan RPŞ-nin TB-in təhqiqatçısı, polis mayoru Akif Abdullayevin tərtib etdiyi xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Salyan rayonu, Şorsulu kəndində yaşayan və Şorsulu kənd bələdiyyəsinin sədri işləyən X6 xx.xx.2025-ci il tarixdə rayon polis şöbəsinə şikayət ərizəsi ilə müraciət edərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 16 radələrində Şorsulu kənd sakini Şəxs içkili halda heç bir səbəb olmadan onun rəhbərlik etdiyi Şorsulu kənd Bələdiyyəsinin inzibati binasının giriş qapısının 2 laylı şüşəsini təpiklə vurub sındırmış, təxminən 30 manat məbləğində maddi ziyan vurmuşdur. onun bu kimi hərəkətinə görə iradını bildirəndə Şəxs nalayiq ifadələr işlədərək həmin binanı yandıracağı ilə hədələmişdir. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Araşdırma zamanı, Şəxs hərəkətində Azərbaycan Respublikası İXM-nin 232-1.ci maddəsinin əlamətləri aşkar edildiyindən onun barəsində inzibati qaydada tədbir görülməsindən ötrü cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Odur ki, müvafiq tədbirlərin görülməsi ilə bağlı qəbul edilmiş qərarın surətinin aidiyyəti üzrə Salyan rayon PŞ-nin X1 verilməsi barədə göstəriş verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu səbəbdən də o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsinə əsasən, özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən, “az miqdar” dedikdə beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq cərimə tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, həmçinin, hesab edir ki, zərərçəkmiş şəxs X4 dəymiş maddi zərərlə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati xəta nəticəsində vurulmuş ziyanın (30 manat) bir misli məbləğdə, yəni 30 (otuz) manat məbləğdə cərimə edilsin. Zərərçəkmiş şəxs X4 dəymiş maddi zərərlə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar