Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-608/2024 27.06.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Zərərçəkmiş Salyan RMX-nın baş həkimi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnin iştirakı ilə xx.xx.1980-cı ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Salyan şəhəri, M.Rəsulzadə küçəsi, ev 26-da qeydiyyatda olmaqla, Salyan şəhəri, B.Talıblı küçəsi, ev 32-də yaşayan Şəxsnin Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə barəsində Salyan RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Salyan RPŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN № 1954020/760 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 10:40 radələrində Salyan RMX-nın inzibati binasında nalayiq ifadələr işlətmiş və qapılara təpiklə vuraraq səs-küy salaraq, qəsdən xırda xuliqanlıq əməlini törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Azərbaycan Respiblikası Şəhid Ailələri, Əlilləri və X1 X4, Neftçala, Hacıqabul, Cəlilabad rayonları üzrə nümayəndəsi, bu barədə vəsiqəsi var, lakin vəsiqənin vaxtı keçmişdir.İctimai Birliyin 46 şəhər və rayon üzrə nümayəndəlikləri var. İctimai Birliyin nümayəndələri və şəhid ailələri, əlilləri və müharibə veteranları ilə əlaqə saxlamaq,əlaqə yaratmaq üçün, arada tik-tok səhfəsində qazilərlə söhbətləşir və onların problemləri və sağlamlıqları ilə maraqlanaraq onlara pisxoloi kömək və dəstək göstərilməsinə çalışr. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində tik-tok səhfəsində olan zaman bir qazi səhfəyə girərək ona bildirmişdir ki, Salyan rayon, Arbatan kənd sakini olan Ağahüseyin adlı qazi komaya düşüb ayılmır. Sonra bir şəhidin oğlu Emil adlı şəxs ona zəng edərək, harda olmasını və gəlib onu xəstaxanaya apara bilməsini demişdir. Emil adlı şəxs onun ünvanına gələrək, maşını ilə birlikdə xəstəxanaya getmişlər. Xəstəxanada qazidən ötrü çox adam olmuşdur. Xəstənin vəziyyətini öyrənmək üçün içəri daxil olmuş, həmin vaxt Azad həkim xəstənin ayıldığını demişdir.Əlavə olaraq xəstənin yaxınlarının görüşməsinə şərait yaratmışlar. Sonra Ağahüseyin ayağa durmuş və daha sonra palatada çəkliş etmişdir. Sonra xəstə təkrar yerinə qayıtmışdır. Xəstə telefonla canlı bağlantıda olarkən onun halı anidən pisləşmiş, telefon əlindən düşmüşdür. Dərhal həkimə zəng edərək Ağahüseyinin vəziyyətini soruşmuş, həkin xəstənin təzyiqinin qalxdığını narahat olmamasını demişdir. xx.xx.2024-cü il tarixdə palataya verilmişdir. Həmin vaxt növbətçi həkim olmamışdır. Saat 11-12 radələrində xəstənin vəziyyəti ilə maraqlanmışdır. Xəstə ayaqlarının işləmədiyini demişdir. xx.xx.2024-cü il tarixdə, saat 07 radələrində Ağahüseyinin atası ona zəng edərək, oğlunun təzyiqinin düşdüyünü deyərək həkimin olmadığını demişdir. Dimedrol vurulub təzyiqi təkrar normaya düşmüşdür. Bundan sonra özü xəstəxanaya getmiş, həmin vaxt şöbədə həkim və tibb bacısı olmamışdır. Palatada çəkliş edərək, Salyan RMX-da həkim səhlənkarlığının olduğunu vurğulamışdır. Ağahüseyin anası gəldikdən sonra xəstə ayılaraq, özünə xəsarətlər yetirməyə başlamışdır. Həkim çağırmışlar,həkim gələrək xəstəyə sakitləşdirici iynə vurmuşdur.Sonra Səhiyyə Nazirliyinin qaynar xəttinə zəng edərək xəstənin Bakı şəhərinə aparılmasına köməklik edilməsini xahiş etmişdir. Zəngdən sonra baş həkim gələrək söz vermişdir ki, xəstəni Bakı şəhərinə yola salmağa köməklik edəcəkdir. Baş həkim Yeganə xanım xəstəxananın 3-cü mərtəbəsində oturur. Onin yanına getmişdir. Qapısını döysə də, Yeganə həkim qapını açmamış və təkrar olaraq qapını döymüşdür. Həmin vaxt orada söyüş söyməmişdir. Lakin, hirslənərək “vicdanınız olsun, qeyrətiniz olsun, kömək eləyin xəstəni aparaq” kimi sözlər işlətmişdir. Saat 14 radələrində xəstənin anası ilə palataya getmiş, xəstə ayılmışdır. Onlar DİN 102 Zəng Xidmətinə və Salyan RİHB-nın Qarabağ veteranlar və şəhid ailələri ilə iş şəbəsinu rəhbəri Rəşad Kərimovada zəng etmişlər. Saat 16 radələrində Salyan RPŞ-nin təhqiqatçısı Tural və onunla bir neçə polis xətəxanaya gəlmişdir. Həmin vaxt xəstəxananın həkimləri ora gəlmişlər. Polislər onu polisə getməsini bildirmişlər. Həmin vaxt xəstə Ağahüseyin ayılmışdır. Məcbur qalıb o da onunla birlikdə Salyan RPŞ-nə getmişdir.Polis rəisinin müavini Etibar onu qəbul edərək ona qazilərə çağırış etdiyini bildirmişdir.Buna görədə ona xəbərdarlıq etmişdir.Ağahüseyin polis şöbəsində özünə intihar edəcəyini bildirmişdir. Sonra xəstə ilə birlikdə xəstəxanaya gəlmişlər. xx.xx.2024-cü il tarixdə saat 15 radələrində onlara təcili yardım maşını vermişlər. Ağahüseyini Bakı şəhərinə Sabunçu RMX-na apararaq KT etdirmişlər. Əlavə olaraq Yeganə həkimin iş otağının qapısına təpik vurmadığını, əksinə bir saat qapıda gözlədiyini bildirmişdir. Əəmlindən peşiman olduğunu qeyd edərək bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirmişdir. Məhkəmədə zərərçəkmiş Salyan RMX-nın nümayəndəsi qismində izahat verən X3 bildirmişdir ki, Salyan RMX-nın baş həkimi vəzifəsində işləyir. Şəxs tanıyır, onunla qohumluğu və düşmənçiliyu yoxdur. xx.xx.2024-cü il tarixdə xəstə Ağahüseyin Hüseynov adlı şəxs Salyan RMX-nın terapiya şəvəsinə eplepsiya diaqnozu ilə daxil olmuşdur. Xəstənin müalicəsinin aparılması üçün həkim təyin olunmuş və lazımi diqqət qayğı göstərilməklə müalicəsi davam etmişdir. Əvvəlcə xəstəyə yüngül sakitləşdiricilər vurulmuşdur. Lakin xəstənin tutmaları keçmədiyinə görə daha güclü inyeksiyası olunmuşdur. İnyeksiyadan sonra xəstə yuxuya getmişdir. Xəstəxananın Acil şöbəsindən xəstənin vəziyyəti barədə məlumat istəmişdir. Məlumata əsasən xəstənin vəziyyətinin normal olduğunu, laki 3 saat keçməsinə baxmayaraq xəstənin hələ də ayılmamasnı bildirmişlər. 6 saatdan sonra xəstəni renmasiya şəbəsinə köçürmüşdür. Özünü xəstənin atası və digər şəxslərin qohumları olduğunu bildirən şəxslərlə xəstəxanada görüşmüş, onlara xəstənin vəziyyəti barədə məlumat vermişdir. Onlar da başa düşmüşlər. Xəstənin gec ayılmasından narahat olaraq, Araz hkimlə birlikdə Respublikanın baş toksikoloqu Faiq həkimlə məsləhətləşmişlər və Xatirə həkimdəndə soruşmuşlar, onlara narahat olunacağı bir şeyin olmadığını bildirmişlər. Axşam xəstə özünə gəlmişdir. Xəstəni terapiya şöbəsinə köçürmüşlər. xx.xx.2024-cü il tarixdə işə gəlmiş, otağında xəstəyə baxan zaman saat 10- 11 radələrində birdə kalidorda söyüş və təhqir səslərini eşitmiş, iş otağının qapısını içərdən bağlamışdir. Bundan sonra səs-küy səsləri davam edərək, qapıya təpiklər dəyməyə başlamışdır. Səsindən səs-küy salan şəxsin Nuranə xanımım olduğunu bilmişdir. Qapını açmağını tələb etsə belə açmamışdır. Bu barədə xəstəxananın güvənliyinə zəng edərək kömək istəmiş, Orxan və Vüsal heç nə edə bilməmişdir. Bu barədə şikayət ərizəsi ilə Salyan RPŞ-yə ərizə vermiş və Nuranə xanının xəstəxananın kalidorunda etdiyi həhkətləri kamera vasitəsi ilə qeydə alınmış video çəkilişini disk vasitəsi ilə polisə təqdim edilmişdir. Göstərilənləri nəzərə alaraq iş üzrə Şəxs barəsində qanuna müvafiq tədbir görülməsinı məhkəmədən xahiş etmişdir. İş materialında olan vəsiqənin sürətindən görünür ki, Şəxs Azərbaycan Respiblikası Şəhid Ailələri, Əlilləri və X1 X4, Neftçala, Hacıqabul, Cəlilabad rayonları üzrə nümayəndəsidir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Şəxsnin əməlində xırda xuliqanlıq hərəkətləri var, o, həmin əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxsnin səmimi peşimançılıq hissi keçirməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Habelə Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsinə əsasən onun əməlində məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə əsasən işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, Şəxsnin inzibati xətanı törətməsi faktının təsdiq olunması qənaətinə gəlməklə, inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsi, özünün etirafı, törətdiyi əməlindən səmimi peşimançılıq hissi keçirməsi məsuliyyətinin ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nın 510-cu maddəsi ilə təqsirli bilinsin, barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın Surati təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №3(057)-608/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-608/2024
27.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver