Məhkəmə qərarları › İş №3(057)-61/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-61/2025

15.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-61/2025 15.01.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan rayon məhkəməsi hakim X4 oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Məhəməməd qızının iştirakları ilə xx.xx.2007-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Salyan rayonu Arbatan kəndində yaşayan Şəxs barəsində Salyan RPŞ-dən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Salyan rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Salyan rayonu Qalalı kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus mağazaya girərərək ümumi dəyəri 66 manat olan qazlı içkiləri oğurlamışdır. Həmin faktla bağlı Salyan RPŞ-nin TB tərəfindən araşdırma aparılmış və xx.xx.2025-ci il tarixli qərarla Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Salyan RPŞ-nin İTB-nə göndərilmişdir. Salyan RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X1 tərəfindən Şəxsnın barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə 15 yanvar 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Salyan rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, 2024-cü ilin dekabr ayının 30-dan 31-nə keçən gecə Salyan rayonu Qalalı kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus mağazaya yaxınlaşmış, mağazanın qarşısında olan içərisində dəmir setka ilə əhatə olunmuş içki məhsulları saxlanılan soyuducudan özü ilə apardığı kəlbətinlə setkanı kəsərək 1 litrlik və 0,5 litrlik olmaqla cəmi 40 ədəd kola və fanta içkilərini oğurladıqdan sonra onları evlərinin həyətində olan mal damında gizılətmişdir. Həmin içkiləri 2 gün ərzində özü içmiş, boş qablarını isə qrunt suları axan kollektora atmışdır. Oğurluğu hadisədən 2 gün əvvəl planlaşdırmış və oğurluğu təkbaşına etmişdir. Ziyanı ödəmiş, əməlindən peşmandır, zərərçəkmişlə barışdığını nəzərə alaraq işin icraatına xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanuni nümayəndəsi- atası Qanuni nümayəndə izahatında bildirmişdir ki, Amin onun oğludur. Aminin oğurluq etməsini Polis Şöbəsinə çağırıldıqdan sonra orada bilmişdir. Ona demişlər ki, oğlu Amin qonşuluqda olan Zərərçəkmiş şəxs mağazasından ümumi dəyəri 66 manat olan içkiləri oğurlamışdır. Həmin oğurladığı içkiləri həyətlərində olan dama yığmışdır.Oğlu səhv etmişdir. Vurulmuş ziyanı tam ödəyib, zərərçəkmiş şəxslə barışıq əldə olunmuşdur. Digər oğlu -Toğrul isə İİ Qarabağ müharibəsinin iştirakçısıdır, medallarla təltif edilmişdir. Ziyanın ödənilməsini və zərərçəkmişlə barışıq əldə olunmasını nəzərə alaraq işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Məhəməməd qızı izahatında göstərmişdir ki, 2024-cü ilin dekabrın 31-i səhər gəlib marketin qapısını açanda marketin işığının avtomatının söndürüldüyünü görmüşdür. Soyuducuya baxdıqda isə oradan kola və fanta içkilərinin olmadığını görmüşdür. Mağazadan oğurluq olduğunu yəqin etmiş və buna görə də DİN-in 102 xidmətinə zəng vuraraq şikayət etmişdir. Polis şöbəsinin əməkdaşları mağazaya gəlmiş oraya baxış keçirmiş, fotoşəkillər çəkmiş, araşdırma aparaq getmişlər. Təxminən 2 gün sonra onu Salyan RPŞ-yə dəvət etmişlər. O, Polis Şöbəsinə getmiş, Amini orada görmüşdür. Amin onun mağazasından 40 ədəd içki oğurladığını etiraf etmişdir. Hazırda ona dəymiş 66 manat məbləğində ziyan Şəxs tərəfindən tam ödənilmiş, onlar barışmışlar, şikayətçi deyil, ona görə də işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Məhəməməd qızı ziyanın ödənilməsi və barışıq barədə məhkəməyə ərizə təqdim etmişdir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, məhkəmə hesab edir ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1, 53.1.10-cu maddələrinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2, 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək məhkəmə hesab edir ki, inzibati xətanı törətmiş Şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Məhəməməd qızına dəymiş ziyanı tamamilə ödədiyindən və həmin şəxslə barışdığından Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 53, 114-115, 117, 128-130, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Məhəməməd qızına dəymiş ziyanı tamamilə ödədiyindən və həmin şəxslə barışdığından Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar