Məhkəmə qərarları › İş №3(057)-610/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-610/2024

27.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-610/2024 27.06.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Salyan rayon Yol Patrul Xidməti inspektoru, polis serjantı X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Tahir oğlunun iştirakı ilə xx.xx.2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Salyan rayonu, Kürqaraqaşlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.2, 327.3, 329.1, 342.2.3 və 511.1.3-cü maddələri ilə müəyyən olunmuş inzibati xəta törətməsinə dair Salyan RPŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.3, 329.1, 342.2.3 və 511.1.3-cü maddələri ilə müəyyən olunmuş inzibati xəta törətməsinə dair xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 27 iyun 2024-cü il tarixdə idarə etdiyi “Vaz 21074” minik markalı, **-ML-*** dövlət nömrə nişanlı avtomaşını idarə edən zaman Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.3, 329.1, 342.2.3 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib edən şəxs Salyan rayon Yol Patrul Xidməti inspektoru, polis serjantı X2 bildirmişdir ki, Salyan şəhəri, X.R.Ulutürk küçəsində xidmətdə olan zaman Şəxs təhlükəsizlik kəmərindən istifadə etmədən avtomobili idarə etdiyi üçün ona saxla əmri verilmiş, lakin o əmrə tabe olmamışdır. Həmçinin avtomobildə konstruksiya dəyişikliyi olunmuşdur. Neftçala rayonuna qədər ictimaiyyəti cəlb edərək, bir çox qayda pozuntusuna yol vermişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs bildirmişdir ki, qorxduğu üçün polisin saxla əmrinə tabe olmadan oradan uzaqlaşmışdır. Sənədləri qaydasındadır. Anası ilə tək qalır. Məhkəmədən ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı SD diskə baxış keçirilmiş, müəyyən olunmuşdur ki, Şəxs 27 iyun 2024-cü il tarixdə idarə etdiyi “Vaz 21074” minik markalı, **-ML-*** dövlət nömrə nişanlı avtomaşın ilə Salyan rayon Yol Patrul Xidmətinin əməkdaşlarının saxla göstərişinə əhəmiyyət verməyərək Salyan şəhərində müxtəlif küçələrdə yolun əks istiqamətinə çıxaraq qəflətən avtomobili sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına səbəb olmuş və qəza şəraiti yaratmışdır. Şəxs Azərbaycan Respublikasının İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materiallarında olan məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. Belə ki, iş materiallarında olan Şəxs xx.xx.2024-cü il tarixli izahatından görünür ki, Salyan rayonu, Kürqaraqaşlı kəndində ailəsi ilə birlikdə yaşayır. xx.xx.2024-cü il tarixdə təxminən saat 11:50 radələrində etibarnamə ilə idarə etdiyi “Vaz 21074” markalı, **-ML-*** nömrə nişanlı avtomobili Salyan rayonu, Kürqaraqaşlı kəndi ərazisində idarə edərkən ictimai qaydanı, əhalinin dincliyini nümayişkarənə şəkildə yol hərəkət qaydalarını müxtəlif üsullarla pozmuş və bunu Salyan RPŞ-nin YPX-nin əməkdaşları görmüş və ona sayrışan işıqlarla saxla işarəsi vermişlər. Lakin onların saxla işarəsinə tabe olmayaraq surətini artıraraq ərazidən uzaqlaşmışdır. Təqribən 40 dəqiqə sonra həmin yol polisləri onu hərəkətdə olarkən görərək məcburi qaydada saxlamışlar. O öz səhvini başa düşmüşdür. Birdə gələcəkdə belə hallara yol verməyəcəkdir. İş materiallarında olan avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə xx.xx.2024cü il tarixli Aktın surətindən görünür ki, Şəxs idarə etdiyi “VAZ 21074 minik” markalı, **-ML- *** dövlət qeydiyyat nişanlı avtomobili YPX-nin inspektoru tərəfindən yoxlanılaraq qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar hallar aşkar edilmədi. Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bununla yanaşı, inzibati xəta haqqında protokolda göstərilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.3, 329.1 və 342.2.3-cü maddələri ilə bağlı məhkəmə qeyd edir ki, göstərilən maddələrdə nəzərdə tutulmuş inzibati xətaya hüquqi qiymət verilməsi məhkəmənin deyil, müvafiq səlahiyyətli orqanın səlahiyyətinə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon-şəhər məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmiş və həmin inzibati xətalar içərisində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.3, 329.1 və 342.2.3-cü maddələri nəzərdə tutulmamışdır. Bu da onu deməyə əsas verir ki, hazırki halda səlahiyyətli orqan müvafiq inzibati xətanın törədilməsi ilə bağlı inzibati xətaya dair protokolu məhkəməyə göndərməkdə haqlı olmamışdır. Belə olan məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.3, 329.1 və 342.2.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan material şəxsin əməlinə qiymət verilməsi üçün Salyan Rayon Polis Şöbəsinə göndərilməlidir. Beləliklə məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibati xətanın xarakterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, o, təqsirli olduğu maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115-ci, 128-130cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə təqsirli bilinsin, barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 1 (bir) il müddətə məhdudlaşdırımaqla, 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.3, 329.1 və 342.2.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan material Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.3, 329.1 və 342.2.3-cü maddələri ilə nəzərdə tutulmuş əməlinə qiymət verilməsi üçün Salyan Rayon Polis Şöbəsinə göndərilsin. Qərardan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar