Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-614/2024 28.06.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlunun iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Lerik rayonu, Pirasora kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Salyan rayonu, Seyidlər kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 28 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün inzibati xəta törədən şəxslə birlikdə xx.xx.2024-cü il tarixdə məhkəməyə gətirilmişdir. MN seriyalı 1954024/770 nömrəli, 28 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, vətəndaş Şəxs xx.xx.2024-cü il tarixdə, saat 11:30 radələrində Salyan RPŞ-nin İTB-nin sahə rəisi X4 qanuni tələbinə qəsdən tabe olmamışdır. MN seriyalı 1954025/771 nömrəli, 28 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, vətəndaş Şəxs xx.xx.2024-cü il tarixdə Salyan rayonu, Dayıkənd kənd ərazisində saat 11:30 radələrində nalayiq ifadələr işlətmişdir. Qeyd olunan faktlarla əlaqədar Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə 28 iyun 2024-cü il tarixli, MN seriyalı 1954025/770 saylı və MN seriyalı 1954024/771 saylı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, özünü polis əməkdaşı X2 təqdim edən şəxs onun mobil telefonuna zəng edərək, haqqında şikayət olduğunu bildirmişdir. Onun iti qonşusu İqbal adlı şəxsin oğlunu dişlədiyini demişdir. O evdə olmadığını bildirərək yaşadığı kəndə olan kafedə X7 ilə görüşmüşdür. O bildirmişdir ki, İqbalın bir oğlu var və həmin oğlanda 04 aydır ki, hərbi xidmətdədir. Söhbətin uzandığını gördükdə evə gedəciyini bildirərək X5 evə dəvət etmişdir. Evlərinin həyətinə çatdıqda Elgün Qaçayev onun qolunu tutaraq sıxmış və o da buna əsəbləşərək polisi təhqir etmişdir. Əməlindən peşmandır, ona köməklik edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X3 protokolu müdafiə edərək, izahatında göstərmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 11:30 radələrində Salyan rayonu, Dayıkənd kəndinin ərazisində nalayiq ifadələr işlədərək xırda xuliqanlıq inzibati xətasını törətməsi və Salyan RPŞ-nin İTB-nin sahə rəisi X4 qanuni tələbinə qəsdən tabe olmaması ilə əlaqədar tərəfindən inzibati araşdırma aparılaraq, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunmuş və aidiyyatı üzrə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. Şəxs barəsində ən sərt inzibati tənbeh növündə tənbeh tədbirinin tədbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X7 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 11:30 radələrində Salyan rayonu, Dayıkənd kəndində xidmətdə olarkən həmin kəndin sakini Şəxs məxsus olan it ona hücum etmişdir. Bununla bağlı Şəxs ilə telefon əlaqəsi saxlayaraq, ondan itini nə üçün açıq saxladığını soruşmuşdur. Şəxs itinin açıq olmadığını bildirib və onu ünvanına dəvət etmişdir. Mərdanla birlikdə onun yaşadığı ünvana getmiş və saxladığı itin açıq olduğunu görmüşdür. Mərdana itin açıq saxlanılmasının qanunla qadağan olunduğunu bildirmişdir. Bundan sonra Mərdan nalayiq ifadələr işlətməyə başlamışdır. Mərdana sakit və təmkinli olmasını bildirilmişdir. Mərdan isə öz qanunsuz hərəkətlərini davam etdirərək onun üzərinə hücum edərək, yaxasından yapışaraq onu yaşadığı evin həyətinə dartıb aparmaq istəmişdir. Mərdanın bütün qanunsuz hərəkətlərini mobil telefonu vasitəsi ilə çəkmişdir. Daha sonra Salyan RPŞ-nin PPXB-nin xidmətdə olan əməkdaşları polis serjantları Elçin Əliyev və İsa İmanovdan həmin ünvana gələmələrini istəmişdir. Həmin polis nəfərlərinin köməkliyi ilə Şəxs RPŞ-nə gətirərək Növbətçi Hissəyə təhvil vermişlər. Şəxs barəsində qanuna müvafiq qaydada tədbir görülməsi üçün Salyan RPŞ-nin rəisinə raportla müraciət etmişdir. Məhkəmə iclasında Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X7 tərəfindən Şəxs qanunsuz hərəkətlərinin videogörüntülərinin əks olunduğu 1 ədəd SD diskə baxış keçirilmişdir. Çəkilişdən görünür ki, Şəxs X4 ünvanına nalayiq ifadələr işlədərək onu yaşadığı evin həyətinə dartıb aparması və ətrafda olan şəxslərdən DİN-in 102 xidmətinə zəng vurmasını istəməsi müəyyən olunmuşdur. Beləliklə, məhkəmə nümayəndəni, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, şahidi dinləyib, inzibati xəta haqqında protokollara, iş materiallarında olan digər sübutlara məcmu şəklində qiymət verərək hesab edir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan Şəxs izahatından görünür ki, 28 iyun 2024-cü il tarixdə ona məxsus mobil telefona zəng gəlmişdir. Həmin şəxs ona özünü sahə inspektoru kimi təqdim edərək onunla görüşməsini istəmişdir. Sahə rəisi ilə görüşdükdən sonra sahə rəisi onun itinin İqbal adlı şəxsin uşağını dişlədiyini bildirmişdir. Oda bildirmişdir ki, İqbalın oğlu hərbi xidmətdədir. Sonra maşınına minərək sürüb evə gəlmişdir. Bundan sonra sahə inspektoru onun arxasınca ünvanına gəlmişdir. Həyətində olan açıq iti göstərərək, bildirmişdir ki, bu it heç kimi tutmur. Sonra əsəbləşərək nalayiq söyüşlərlə polisi təhqir edərək, onun qolundan tutaraq dartmağa başlamışdır. Sonra DİN 102 xidmətinə zəng edərək, hadisə barədə məlumat vermişdir. Məlumatdan sonra polis əməkdaşları onun ünvanına gələrək onu Salyan RPŞ-nə gətirmişlər. Hazırda əməlindən səmimi peşmandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə baxışı zamanı araşdırılan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2024-cü il tarixdə, saat 11:30 radələrində Salyan rayonu, Dayıkənd kəndinin ərazisində xidməti vəzifəsini icra edən Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X4 ünvanına nalayiq ifadələr işlədərək onu arxadan tutaraq zorla yaşadığı fərdi yaşayış evinin həyətinə tərəf dartmış və bununla da Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də, həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 11:30 radələrində Salyan rayonu, Dayıkənd kəndində nalayiq ifadələr işlədərək Salyan RPŞ-nin İTB-nin sahə rəisi X4 qanuni tələbinə məhəl qoymayaraq, iti bağlamaqdan imtina etmiş və polis əməkdaşını zorla yaşadığı evin həyətinə dartmaqla polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət vəənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməlindən peşman olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-in 34.4-cü maddəsinə əsasən, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, sonuncuya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati həbs növündə tənbeh tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə hesab edir ki, həbsetmənin əvvəli Şəxs inzibati qaydada tutulduğu vaxtdan, yəni 28 iyun 2024-cü il tarixdən saat 11:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114 və 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs həbsetmənin əvvəli 28 iyun 2024-cü il tarixdən saat 11:30-dan hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Salyan Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-614/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-614/2024
28.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver