Məhkəmə qərarları › İş №3(057)-615/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-615/2024

02.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-615/2024 02.07.2024 SALYAN RAYON MƏHKƏMƏSİ X1 Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1958-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Salyan şəhəri, E.Hüseynov küçəsi ev 48-də yaşayan Şəxs barəsində olan inzibati xəta haqqında protokola və əlavə olunmuş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 27 iyun 2024-cü ildə özünə məxsus FORD TRANSİT YÜK markalı 99FR468 qeydiyyat nişanlı avtomobilini narkotik vasitələrin istifadəsi nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs təqsirini etiraf edərək bildirmişdir ki, yaşlı adam olduğu üçün bədəni ağradığından hərdənbir tiryək atmışdır. 27 iyun 2024-cü ildə polis əməkdaşları onu saxladıqda məlum olmuşdur ki, avtomaşını tiryəkdən yaranan sərxoşluq nəticəsində idarə edir. Əməlindən peşiman olduğunu qeyd edərək ona köməklik olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam təsdiq olunur. Şəxs həmin inzibati xətanın törədilməsində təqsirlidir. İş materiallarında olan sərxoşluq vəziyyətinin müayinəsi barədə xx.xx.2024-cü il tarixli, 1295 saylı aktdan görünür ki, Şəxs tiryəkdən istifadəyə görə nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmişdir. İş materiallarında olan AC 855307 nömrəli sürücülük vəsiqəsindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs “B”, “C” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ vardır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə əsasən inzibati xətanın xarakterini, Şəxs təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən hallar kimi özünün etirafını, törətdiyi əməlindən səmimi peşimançılıq hissi keçirməsini və məsuliyyətini ağırlaşdıran halların olmaması kimi halları nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Həmin Məcəllənin 150.11-ci maddəsinə əsasən Şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir. Şəxs barəsində protokolda qeyd olunmuş İXM-nın 327.4-cü madəsi ilə tədbir görülməsi məhkəmənin səlahiyyətinə aid olmadığı üçün həmin maddə ilə barəsində tədbir görülməsi mümkün deyildir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 600 manat məbləğində cərimə tətbiq edilsin. Azərbaycan Respublikası İXM-nın 150.11-ci maddəsinə əsasən Şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar