Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-623/2025 19.06.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Barəsində inzibati xəta haqında iş üzrə qərar qəbul edilmiş şəxs X13 Sistemlərinin İstismarı İdarəsinin rəisi X6 müdafiəçisi Vəkil və həmin idarənin etibarnamə üzrə nümayəndəsi X4, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X8 və Təbii Sərvətlər İdarəsinin etibarnamə əsasında nümayəndəsi X2 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X8 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair X13 Sistemlərinin İstismarı İdarəsinin rəisi X6 verdiyi şikayətə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şikayət verən şəxs X13 Sistemlərinin İstismarı İdarəsinin rəisi X9 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X8 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair Salyan Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, X13 Sistemləri İdarəsinin rəisidir. ********** saylı VÖEN. AR ETSN-nin 3 saylı Ekologiya və Təbil Sərvətlər İdarəsi əməkdaşları tərəfindən xx.xx.2025 il tarixli MN № ******* saylı protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsinə əsasən inzibati xəta törədilməş müəyyən edilmiş və xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarla 2500 (iki min beş yüz) manat miqdarında cərimə olunmuşdur. Onun inzibati xəta ilə bağlı heç bir inzibati məsuliyyəti olmamalıdır və bildirir ki, xx.xx.2025-ci il tarixli MN ******* saylı qərar təmamilə əsassızdır. Qərarın əsassızlığını aşağıdakı əsaslarla sübut edir. xx.xx.2025-ci il və xx.xx.2025 il tarixlərdə cavab məktubu AR ETSN-nin 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. Odur ki, onun barəsində tərtib olunmuş İnzibati xəta haqqında protokolun MN ******* ləğv olunmasına köməklik göstərməyini xahiş edir. Qərarda göstərilir ki, xx.xx.2024-cü il tarixdə saat 11-00-da su təsərrüfat obyektlərinin tikintisi və əsaslı təmiri işlərinin aparılması zamanı layihənin sifarişçi təşkilatın nümayəndəsi olaraq ekspertizadan keçirilməməsi faktı müəyyən edilmiş və cərimə növü tətbiq edilmişdir. AR İXM maddəsinə əsasən 275.1.1-ci maddəyə İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Protokol tərtib edilərkən onun vəzifəli şəxs olaraq su təsərrüfat obyektlərinin tikintisi və əsaslı təmiri işlərinin aparılması zamanı layihənin sifarişçi təşkilatın nümayəndəsi olmağının hansı əsaslı müəyyən edilməsi göstərilməmişdir. Əsas kimi xx.xx.2025-ci il tarixli MN ******* saylı protokol göstərilmişdir. Tərtib olunmuş xx.xx.2025 il tarixli MN № ******* saylı protokolda qeyd olunur ki, baş vermiş inzibati xəta faktı təsdiq olunur. Tərtib olunmuş Akt 2 nüsxədən ibarət olmaq onun iştirakıyla tərtib olunmalı, baş vermiş qanun pozuntuları akt qeyd olunmalı və onun imzasıyla təsdiqlənməlidir. Razılaşmadığı halda o aktda müvafiq qeydlər aparmalı və aktın surətini almalı və ya tərtib olunmuş protokolla birlikdə aktın surəti onun ünvanına göndərilməli idi. Onun barəsində protokol tərtib olunarkən bundan onun xəbəri olmamış və narazı qalmağı barədə müvafiq qeydlər etmişdir. Onu da bildirir ki, barəsində tərtib olunmuş akt və protokol qeyri qanunidir. Bildirir ki, o vəzifəli şəxs olaraq layihənin sifarişçisi deyil və bunu təsdiq edən heç bir sübut yoxdur. xx.xx.2024-cü il tarixli 88302 saylı akt və fotoşəkillər onun layihənin sifarişçi təşkilatın nümayəndəsi olduğu sübuta yetirmir. Həmin layihənin sifarişçisi Azərbaycan Melorasiya və Təsərrüfatı ASC olmuşdur və o hazırda X13 Sistemləri İdarəsinin rəisi vəzəfəsində çalışır və layihəçi Azdövlətsutəslayihə İnstitu tərəfindən layihələndirilərək 2020-ci ildən tikintiyə başlanılmışdır. Belə olan halda onun sifarişçi təşkilatın nümayəndəsi olaraq cərimə edilməyi düzgün deyildir. Protokolda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə ekologiya pozuntunun aradan qaldırılması ilə bağlı verilmiş Ç-M9\4224-083 nömrəli xx.xx.2024-cü il tarixli tələbdə verilən tapşırıqlar yerinə yetirilməməsi faktına görə tərtib edilmişdir. Faktı xx.xx.2025-ci il tarixli 88884 sayli akt və ərazidə çəkilmiş fotoşəkillərlə təsdiq edildiyi göstərilir. Ç-M9\4224-083 nömrəli xx.xx.2024cü il tarixli tələbdə göstərilir ki Salyan şəhəri Böyükağa Talıblı küçəsində pmk 9 adlanan yaşayış məntəqəsində mövcud ikimərtəbəli kommunal binaların və fərdi yaşayış evlərinin kanalizasiya xətlərinin mərkəzi sistemə qoşulmadığı və bunun da nəticəsində sakinlərin yaşadıqları evlərdən formalaşan tullantı sularının əvvəllər su arxı kimi istifadə olunmuş çökəklik əraziyə axıdılması pozuntunun mahiyyəti kimi göstərilərək AR NK xx.xx.2012-ci il tarixli 345 saylİ sərəncamİna əsasən çoxmənzilli yaşayiş binalarinin daxili su təchizati və kanalizasiya sistemləri Azərsu ASC balansİna verildiyi və hazirda bu səlahiyyətlərin ADSEA aparıldığını nəzərə alaraq Salyan şəhəri Böyükağa Talıblı küçəsində pmk 9 adlanan yaşayiş məntəqəsində mövcud ikimərtəbəli kommunal binalarin və fərdi yaşayiş evlərinin kanalizasiya xətlərini mərkəzi sistemə qoşulmasinin 30 gün müddətində təmin olunmasi tapşırılmışdır. Sözü gedən problemin həlli dövlət proqramı əsasında həyata keçirildiyini və hazirda Salyan rayonu ərazisində bu istiqamətdə 2022-ci ildən bu yana işlərin görüldüyünü nəzərə alaraq bu böyülüyündə işin səlahiyyətləri yenicə təmsil etdiyi təşkilata yəni ADSEA verilmiş olmasi o demək deyildir ki, dərhal 30 gün müddətində bu nöqsan aradan qaldırılsın. Hörmətli cənab prezidentimizin regionların su və kanalizasiya probleminin həlli üçün təsdiq etdiyi dövlət proqraminin icra edildiyi müddətdə onun bu problemə görə cərimə olunaraq inzibati xəta törətməyi qənaətinə gəlinməsi təmamilə əsassizdir. Salyan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 19 avqust 2017-ci il Sərəncamının hazırda qeyd etdiyi kimi icrası davam etdirilir. Bu böyüklüyündə layihənin icrası 8 ilə yaxındır ki, davam etdiyi halda vəzifəli şəxs olaraq onun 30 gün müddətində bu problemi həll etməyinin mümkün olmadiğini sübuta yetirir. Eyni zamanda bildirir ki sözü gedən ünvanda yerləşən kommunal binalar və fərdi yaşayış evlərinə rəhbəri olduğu təşkilat tərəfindən heç bir xidmət göstərilmir və həmin ərazidə xidmət bölməsi yoxdur. Görülən işlərlə bağlı Salyan RİH məktubu da təqdim edilmişdir. Eyni zamanda qeyd olunan məsələ ilə bağlı protokol və məcburi göstəriş vermiş 3 saylı etsi məktub da ünvanlanmışdır. AR İXM maddəsinə əsasən 541-ci maddəyə İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibatı xəta haqqında protokol tərtib edilir. Tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN № ******* saylı protokolda qeyd olunur ki, baş vermiş inzibati xəta faktı təsdiq olunur. Tərtib olunmuş Akt 2 nüsxədən ibarət olmaq onun iştirakıyla tərtib olunmalı, baş vermiş qanun pozuntuları akt qeyd olunmalı və onun imzasıyla tədiqlənməlidir. Razılaşmadığı halda o aktda müvafiq qeydlər aparmalı və aktın surətini almalı və ya tərtib olunmuş protokolla birlikdə aktın surəti onun ünvanına göndərilməli idi. Onun barəsində protokol tərtib olunarkən bundan onun xəbəri olmamış və narazı qalmağı barədə müvafiq qeydlər etmişdir. Onu da bildirir ki, barəsində tərtib olunmuş akt və protokol qeyri qanunidir. xx.xx.2025 il tarixli MN № ******* və xx.xx.2025-ci il tarixli MN ******* saylı Qərar onun xəbəri və iştirakı olmadan tərtib olunmuşdur. Qərar qəbul edikdikdən sonra ona rəsmi olaraq AR İХМ-də göstərilən müddətdə göndərilməmişdir. AR ETSN-nin 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı İnzibati Xəta haqqında iş üzrə Qərar ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi üçün ötürülmüş müddət üzürlü hesab edilməsi barədə vəsatət saylı məktubda cavab verilmiş və şikayət vermə müddətinin bərpa edilməsinin mümkün olmadığı bildirilmişdir. Odur ki yenidən məhkəməyə tərəfindən ərizə təqdim edilir. İnzibati materiala baxılarkən onun inzibati icraatda iştirakı təmin edilmədiyi üçün heç bir araşdırma aparılmamış və tərtib edilən protokol müzakirə edilməmiş və bununla da Azərbaycan Respublikası İXM-nin 60-ci maddəsinin tələbləri kobud surətdə pozulmuşdur. Qərar qəbul edilərkən inzibati orqanın qərar qəbul edən fiziki şəxsinin gəldiyi nəticələr toplanmış materiallara uyğun olmamış, material düzgün qiymətləndirilməmiş, nəticədə barəsində əsassız qərar qəbul edilmişdir. Bildirir ki, onun bu qərarın tərtib edilməsindən heç bir məlumatı olmayıb və Qərar ona rəsmi göndərilməyib. İnzibati materialaraşdırılarkən onun inzibati icraatda iştirakı təmin edilmədiyi üçün heç bir araşdırma aparılmamış, o inzibati xətanın yerində araşdırılmasında iştirak etməmiş və tərtib edilən protokol müzakirə edilməmiş və bununla da Azərbaycan Respublikası İXM-nin 60-ci maddəsinin tələbləri kobud surətdə pozulmuşdur. Qərar qəbul edilərkən inzibati orqanın qərar qəbul edən vəzifəli şəxsinin gəldiyi nəticələr toplanmış materiallara uyğun olmamış, material düzgün qiymətləndirilməmiş, nəticədə barəsində əsassız qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Lakin protokol tərtib edilərkən ona heç bir məlumat verilməmiş və hüquq və vəzifələri barədə heç bir izahat verilməmişdir. Protokolun mahiyyəti ona izah edilməmişdir. xx.xx.2025 il tarixli MN № ******* və xx.xx.2025-ci il tarixli MN ******* saylı qərar onun xəbəri və iştirakı olmadan tərtib olunmuşdur. Qərar qəbul edildikdən sonra ona rəsmi olaraq AR İXM-də göstərilən müddətdə göndərilməmişdir. AR ETSN-nin 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı İnzibati Xəta haqqında iş üzrə Qərar ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi üçün ötürülmüş müddət üzürlü hesab edilməsi barədə vəsatət saylı məktubda cavab verilmiş və şikayət vermə müddətinin bərpa edilməsinin mümkün olmadığı bildirilmişdir. Məhkəmə iclasında X13 Sistemlərinin İstismarı İdarəsinin rəisi X6 müdafiəçisi Vəkil və həmin idarənin etibarnamə üzrə nümayəndəsi X7 şikayətdə göstərilən halları təsdiq etmiş və şikayətin təmin edilməsini və 3 X8 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X8 və Təbii Sərvətlər İdarəsinin etibarnamə əsasında nümayəndəsi X5 şikayəti qəbul etməyərək izahatında, X13 Sistemlərinin İstismarı İdarəsi ilə "xxxx" MMC arasında bağlanmış müqavilə üzrə müvafiq səlahiyyətlərin X13 Sisteminə ötürüldüyünü və bu səbəbdən məsuliyyətin həmin idarəyə məxsus olduğunu bildirmişdir. İş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayəti, təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, X13 Sistemlərinin İstismarı İdarəsinin rəisi X9 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X8 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X8 və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçi müfəttişi X5 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokolun surətindən görünür ki, 11 dekabr 2024-cü il tarixində saat 11:00-da su təsərrüfat obyektlərinin tikintisi və əsaslı təmiri işlərinin aparılması zamanı, lahiyənin sifarişçi təşkilatın nümayəndəsi olaraq ekspertizadan keçirilməməsi faktı aşkar edilmişdir. Nəticədə vəzifəli şəxs X9 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X8 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarının surətindən görünür ki, 11 dekabr 2024-cü il tarixində saat 11:00-da su təsərrüfat obyektlərinin tikintisi və əsaslı təmiri işlərinin aparılması zamanı, lahiyənin sifarişçi təşkilatın nümayəndəsi olaraq ekspertizadan keçirilməməsi faktı aşkar edilmişdir. X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində vəzifəli şəxs qismində 2500 (iki min beş yüz) manat məbləğində cərimə növündə tənbeh tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X8 və Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyev tərəfindən X13 Sistemlərinin İstismarı İdarəsinin rəisi İlkin Əzizova ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, qərardan şikayət vermək üçün qanunla nəzərdə tutulmuş müddətin bərpa olunmasına dair vəsatətə baxılmış və hər hansısa müddətin ötürülmədiyi bildirilmişdir. xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X11 Xidməti publik hüquqi şəxs tərəfindən X13 Sistemlərinin İstismarı İdarəsinə ünvanlanan bu sənəddə yeni kanalın layihələndirilərək tikilməsi və mövcud kanallarda əsaslı təmir işlərinin aparılması zamanı əhatə olunan sahənin 1000 hektardan artıq olduğu qeyd edilmişdir. Bu səbəbdən də, həmin fəaliyyət növü “Ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunan fəaliyyət növləri siyahısı”na daxil edildiyindən, bu işlərə başlamazdan əvvəl X3 rəyi alınmasının zəruri olduğu bildirilmişdir. X13 Sistemlərinin İstismarı İdarəsi ilə "xxxx" MMC arasında bağlanmış müqavilədən görünür ki, podratçı qismində MMC, sifarişçi qismində isə X13 Sistemlərinin İstismarı İdarəsidir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolu ilə “X13 Sistemlərinin İstismarı İdarəsi”nin rəisi İlkin Əzizov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsi ilə inzibati xəta törətməkdə – X3 rəyi alınmadan torpaq məcralı kanalın yenidən qurulmasına başlanılmasında iştirak etməkdə təqsirləndirilmişdir. Protokolda göstərilmişdir ki, tərəf X3 rəyi olmadan fəaliyyət göstərmişdir. Bununla bağlı 3 X8 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarı ilə X13 Sistemlərinin İstismarı İdarəsinin rəisi İlkin Əzizov barəsində 2500 (iki min beş yüz) manat məbləğində cərimə növündə tənbeh tətbiq edilməsi qərara alınmışdır. Hazırda barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs həmin qərardan şikayət etmiş, özünü layihənin sifarişçisi hesab etmədiyini, müvafiq səlahiyyət və hüquqa malik olmadığını bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 106-cı maddəsinə əsasən, hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. 109.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 134.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1, 135.1.1-135.1.4-cü maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsi”nə dair 11 noyabr 2021-ci il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsində göstərilən “inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar” müddəasının həmin Məcəllənin 53-cü maddəsində müəyyən edilmiş halları ehtiva edib-etməməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsində nəzərdə tutulmuş qeyd edilən müddəanın həmin Məcəllənin 53-cü maddəsində müəyyən edilmiş inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların bir qismini ehtiva etməsi mümkündür. Bu səbəbdən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxmağa hazırlıq mərhələsində İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsi ilə müəyyən edilmiş icraatı rədd edən hallardan mahiyyəti üzrə işə baxılmanı və sübutların qiymətləndirilməsini tələb etməyən hallar müəyyən olunarsa, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməlidir. Beləliklə, məhkəmə iş materiallarını tam şəkildə araşdıraraq qeyd edir ki, iş üzrə təqdim edilmiş müqavilə və rəsmi sənədlərdən görünür ki, müqavilə sifarişçi qismində “X13 Sistemlərinin İstismarı İdarəsi” ilə bağlansa da, həmin idarə müstəqil hüquqi şəxs statusuna malik olmayıb, yalnız X11 Xidməti publik hüquqi şəxsin tabeliyində fəaliyyət göstərən struktur bölmədir. İş materiallarında “X13 Sistemlərinin İstismarı İdarəsinin” hüquqi şəxs statusuna malik olduğunu və ya publik hüquqi şəxs adından müqavilə bağlamaq səlahiyyətinin ona həvalə edildiyini təsdiq edən hər hansı təsis, nizamnamə və ya etibarnamə sənədi təqdim olunmamışdır. Bu səbəbdən, həmin idarə barəsində inzibati protokolun tərtib olunması hüquqi baxımdan əsaslı hesab edilmir. Müqavilə tərəfi kimi çıxış edən qurumun hüquqi şəxs olmaması və bu sahədə səlahiyyətlərinin qanunla müəyyən edilməməsi şəraitində onun sifarişçi funksiyasını yerinə yetirməsi hüquqi baxımdan mümkün deyil. Həmçinin, iş üzrə təqdim edilmiş sənədlərdən idarənin bu layihə üzrə sifarişçi qismində qanuni əsasla çıxış etdiyini və X3 alınmasına dair səlahiyyətinin olduğunu təsdiqləyən hər hansı sənəd təqdim olunmamışdır. Bu səbəbdən də, həmin qərar ləğv edilməli, həmçinin İlkin Əzizov barəsində Azərbaycan Respublikasının İXM-nin 275.1.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 53, 114-115, 117, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X13 Sistemlərinin İstismarı İdarəsinin rəisi X9 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X8 və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-623/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-623/2025
19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver