Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-63/2024 26.01.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ağarza Hacırza oğlu Səmədovun sədrliyi, iclas katibi Asif Xanoğlan oğlu Zamanovun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan Şəxs iştirakı ilə, xx.xx.1992-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyytada olmaqla yaşayan, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin tələbinin pozulması ilə əlaqədar Salyan RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 27 dekabr 2023-cü il tarixdə, saat 21 radələrində “Qaz 31105” markalı, **-LJ-*** dövlət qeytdiyyat nişanlı avtomobili idarə edərkən köhnə Ələt-Astara magistralı yolunun 59-cu kilometrliyində hərəkətdə olarkən sipirtli içkinin təsiri altında olduğu üçün idarəetməni itirərək ötmə əməliyyatı həyata keçirən X1 idarə etdiyi “VAZ 2103” minik markalı **-BG-***, dövlət qeydiyyat nişanlı avtomobili sol ön hissədən vurmuş, nəticədə “VAZ 2103” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşmiş X2 alın sağ nahiyyəsinin qançırı ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər almışdır. Bununla əlaqədar olaraq Salyan RPŞ tərəfindən xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati protokol tərtib edilmiş, iş materialları ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta hadisəsində təqsirli olduğunu etiraf edərək, törətdiyi əməlindən peşimançılıq hissi keçirdiyini bildirmişdir. Hər iki zərərçəkmişə məhkəmə iclasının vaxtı və yeri barədə Salyan RPŞ-nin əməkdaşları tərəfindən telefon əlaqə vasitəsi ilə məlumat verilmsə belə sonuncular məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmədə elan olunmuş BC362656 saylı sürücülük vəsiqəsindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs “B,B1,C,C1” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ vardır. 27 dekabr 2023-cü il tarixli №159 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, yoxlama zamanı Şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Məhkəmədə elan olunmuş ziyan aktından görünür ki, “İnam-93”k/m-nin Avtoservisində “VAZ 2106” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə qəzadan sonra baxış keçirilmiş və avtomobilə 354 manat ziyan dəydiyi müəyyən edilmişdir. 08 yanvar 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, 27 dekabr 2023-cü il tarixdə, saat 21 radələrində Salyan şəhəri, 20 yanvar küçəsi ev 59-da yaşayan Şəxs idarə etdiyi “Qaz 31105” markalı, **-LJ-*** dövlət qeytdiyyat nişanlı avtomobil ilə köhnə Ələt-Astara magistralı yolunun 59-cu kilometrliyində hərəkətdə olarkən sipirtli içkinin təsiri altında olduğu üçün idarəetməni itirərək ötmə əməliyyatı həyata keçirən X1 idarə etdiyi “VAZ 2103” minik markalı **-BG-***, dövlət qeydiyyat nişanlı avtomobili sol ön hissədən vurmuş, nəticədə “VAZ 2103” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşmiş X2 alın sağ nahiyyəsinin qançırı ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər aldığı üçün toplanmış materiallarda Şəxs əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd olunmuş və xx.xx.1992-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, iki uşaq atası, Baş Mil-Muğan Kollektor İdarəsində operator işləyən, deməsinə görə əvvəllər məhkum olunmamış, Salyan şəhəri, 20 yanvar küçəsi ev 59 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surəti Salyan RPŞ-nin X5 Bölməsinə verilmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə əsasən inzibati xətanın xarakterini, Şəxs təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən hallar kimi özünün etirafını, törətdiyi əməlindən səmimi peşimançılıq hissi keçirməsini və məsuliyyətini ağırlaşdıran halların olmadığını, nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati cərimə tətbiq edilməlidir. Zərərçəkmiş şəxslərə Şəxs tərəfindən vurduğu maddi ziyana görə mülki qaydada iddia qaldırmaq hüququ izah edilməlidir. Azərbaycan Respublikası İXM-nin 150.11-ci maddəsində qeyd olunmuşdur ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edilir. Qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir. Cərimə, müvafiq dəbbə pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqq ödənildikdən sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, barəsində inzibati tənbeh tətbiq edilən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edilir və cərimənin ödənilməsini təmin etmək məqsədi ilə məcburi icraya yönəldilir. Məcburi icraya yönəldilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərar könüllü icra üçün qanunla müəyyən edilmiş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məcburi icra tədbirləri görür. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinərək, barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 700 manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Azərbaycan Respublikası İXM-nin 150.11-ci maddəsinə əsasən Şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakim Ağarza Səmədov
Məhkəmə qərarları › İş №3(057)-63/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-63/2024
26.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver