Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-630/2023 04.07.2023 SALYAN RAYON MƏHKƏMƏSİ İHakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1989-cu ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Salyan rayonu, Həsənli kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 334.2-ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar Salyan RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Salyan RPŞ-nin DYPB-nin Salyan rayonu Yol patrul xidməti inspektoru polis serjantı X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 329.1 və 334.2-ci maddələri ilə xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, iş materialları baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə Şəxs bildirmişdir ki, özünü təqsirli bilir, bir daha belə hərəkətlərə yol verməyəcəyini qeyd etmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün “Alcovisor- Jupiter X” markalı sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitədən istifadə edilmişdir. 20 iyun 2023-cü il tarixdə, saat 18:06-da çap edilmiş qəbzdən görünür ki, müayinə nəticəsində Şəxs qəbzi imzalamışdır. Qəbzdə son kalibirləmə tarixli xx.xx.2021-ci il, boş test 0.000 %, rejim: avtomatik, alkoqol tərkibi: 0.247 % olmuşdur. İş materiallarında olan nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinə göndərilmə barədə protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs spirtli içkidən istifadə etdiyini etiraf etmişdir. İşdə olan inzibati tənbeh tətbiq etmə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şəxs İXM-nın 334.1, 329.1 və 332.1-ci maddləri ilə 500 manat cərimə olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 334.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün izahatı və iş materialları ilə tam təsdiq olunur və Şəxs inzibati xətanın törədilməsində təqsirlidir. Azərbaycan Respublikası İXM-nin 43.1-ci madəsinə əsasən 329.1-ci maddəsi ilə inzibati xətaya dair işlərə baxılması məhkəmənin səlahiyyətinə aid olmadığı üçün, həmin xəta ilə bağlı işə hazırkı iş üzrə qərar qəbul olunması mümkün deyildir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 334.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 32-33-cü maddələrə əsasən inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 334.2-ci maddəsində nəzərdə tutulan cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs tənbeh tətbiq etməklə Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 334.2-ci maddəsi ilə təqsirli bilinsin, barəsində on beş gün müddətində inzibati həbs tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 04 iyul 2023-cü il tarixdə saat 17:00-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №3(057)-630/2023
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-630/2023
04.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver