Məhkəmə qərarları › İş №3(057)-633/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-633/2024

01.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-633/2024 01.07.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1960-cı ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Salyan rayon İnternat məktəbində müəllim işləyən, Salyan şəhəri, 28 May küçəsi, ev 55, mənzil 17-də qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan RPŞ-dən daxil olan inzibati xəta haqqında protokollara baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Salyan RPŞ-dən daxil olmuş 01 iyul 2024-cü il tarixli, MN № 1954028/800 nömrəli inzibati xəta haqqında protokola və protokola əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Salyan Rayon Polia Şöbəsinin inzibati binasında polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söyərək, xırda xuliqanlıq əməli törətmişdir. Bundan başqa, 01 iyul 2024-cü il tarixli, MN № 1954029/801 nömrəli inzibati xəta haqqında protokola və protokollara əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Salyan Rayon Polia Şöbəsinin inzibati binasında polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs bildirmişdir ki, Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə rəis müavini Nofəldən şikayət etmişdir.4-5 gün əvvəl Nofəl Xalac kəndində özünə məxsus torpaq sahəsində dam tikərək cücə saxladığı yerdən cücə saxlayan Cahangir adlı şəxsi polislər polis şöbəsinə aparmışlar.Eyni zamanda həmin yerdən oğluna məxsus ov silahını da aparmışlar.Polis onu 01 iyul 2024-cü ildə onu polis dəvət etmiş, özü ilə tüfəngin sənədlərini də aparmışdır. Təhqiqatçının yanında izahat verəndən sonra oğlunun tüfənginin hansı əsasa görə aparıldığını deyərək, polisin özbaşnalığından şikayət etmişdir.Həmin vaxt orada mübahisə yaranmış, və Nofəlin hansı ixtiyarla həmin tüfəngi aparmasını demişdir.Buna görə də Zamiq onun boğazından tutaraq ona yumruq vurmuşdur.Özü heç kimi söyməmiş və təhqir etməmişdir. Məhkəmədə şahid qismində izahat verən Salyan RPŞ-nin TB-nin rəisi, polis polkovnikleytenantı X1 bildirmişdir ki,01 iyul 2024-cü ildə təhqiqatçı Zahirdən izahat alarkən sonuncu səsküy saldığı üçün onu otağına dəvət etmiş və otaqda onunla söhbət edərkən Zahir polis rəisinin müavini Nofəlin ünvanına nalayiq ifadələr işlətmiş, onu sakitləşdirməyə çalışsa, sonuncu hərəkətlərinə davam edərək üzərinə gəlmiş və polisin qanuni tələblərinə əməl etməmişdir.Zahirin boğazından tutmamış və onu vurmamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və şahidi dinləyib, inzibati xəta haqqında protokollara, iş materiallarında olan digər sübutlara məcmu şəklində qiymət verərək məhkəmə belə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar hallar aşkar edilmədi. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin tərkibi var və ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə tənbeh tədbiri tətbiq olunmalıdır. Həmin madədə qeyd olunmuşdur ki, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə inzibati xəta xarakterini və xəta törədənin hərəkətlərini, onun şəxsiyyətini nəzərə alaraq belə hesab edir ki, Şəxs inzibati qaydada cərimə növündə tənbeh tətbiq etməklə Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İXM-nin 112, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən ona 200 (iki qüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar