Məhkəmə qərarları › İş №3(057)-634/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-634/2024

15.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-634/2024 15.07.2024 SALYAN RAYON MƏHKƏMƏSİ X1 Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1992-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Salyan şəhəri, Ə.Hüseynzadə küçəsi, ev 10-da qeydiyyatda olmaqla orada yaşayan, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 329.1, 332.1 və 333-1.1-ci maddələrinin tələbinin pozulması ilə əlaqədar Salyan RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 27 iyun 2024-cü ildə idarə etdiyi MERCEDES BENZ 308D MİKROAVTOBUS markalı 10XG983 qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Salyan rayonu ərazisində yol hərəkəti qaydalarını pozması ilə əlaqədar olaraq saxlanılmış, araşdırma zamanı onun avtomaşını narkotik vasitənin qəbulu nəticəsində yaranmış sərxoşluq vəziyyətində idarə etməsi məlum olmuşdur. Məhkəmə iclasında iştirak edən Şəxs təqsirini etiraf edərək bildirmişdir ki, polis əməkdaşları onu saxladıqda məlum olmuşdur ki, avtomaşını təhlükəsizlik kəmərini istifadə etmədən və etibarnamə olmadan idarə edir. Polis əməkdaşları tərəfindən müayinə edilməsi üçün tibb mərkəzinə gətirilərkən müəyyən olunmuşdur ki, marixuanadan istifadə etmişdir. Əməlindən peşiman olduğunu qeyd edərək ona köməklik olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam təsdiq olunur. Şəxs həmin inzibati xətanın törədilməsində təqsirlidir. İş materiallarında olan sərxoşluq vəziyyətinin müayinəsi barədə xx.xx.2024-cü il tarixli, 1296 saylı aktdan görünür ki, Şəxs marixuana istifadəyə görə nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmişdir. İş materiallarında olan BD518773 nömrəli sürücülük vəsiqəsindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs B1, B, C1, C, D1, D, C1E, CE kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ vardır. Şəxs barəsində tərtib olunmuş protokolda Azərbaycan Respublikası İXM-nin 329.1-ci və 332.1 maddələrində nəzərdə tutulmuş inzibati xətaya baxılması məhkəmənin səlahiyyətinə aid olmadığından həmin maddələr üzrə qərar qəbul olunması mümkün deyildir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə əsasən inzibati xətanın xarakterini, Şəxs təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən hallar kimi özünün etirafını, törətdiyi əməlindən səmimi peşimançılıq hissi keçirməsini və məsuliyyətini ağırlaşdıran halların olmaması kimi halları nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Həmin Məcəllənin 150.11-ci maddəsinə əsasən Şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 600 manat məbləğində cərimə tətbiq edilsin. Azərbaycan Respublikası İXM-nın 150.11-ci maddəsinə əsasən Şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar