Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-639/2024 04.07.2024 SALYAN RAYON MƏHKƏMƏSİ X1 Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1992-ci ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Neftçala rayonu, Bankə qəsəbəsi, Ə.Məmmədov küçəsi, ev 108-də yaşayan Şəxs barəsində olan inzibati xəta haqqında protokola və əlavə olunmuş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 28 iyun 2024-cü ildə özünə məxsus “CHEVROLET CRUZE” minik markalı **- BX-*** qeydiyyat nişanlı avtomobilini narkotik vasitə olan marixuanadan istifadəsi nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Bununla əlaqədar olaraq Salyan RPŞ-nin DYP-si tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati protokol tərtib edilmiş, iş materialları ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs təqsirini etiraf edərək bildirmişdir ki, dörd ay bundan əvvəl avtomobilini narkotik vasitələrin istifadəsi nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi üçün Navahi postunda saxlanaılaraq 600 manat məbləğində cərimə olunmuşduur. 28 iyun 2024-cü ildə Salyan şəhərində yol hərəkəti qaydasını pozduğu üçün yol polisi onu saxlamışdır. Şübhəli bilindiyi üçün onu həkim müayinəsindən keçirmişlər. Məlum olmuşdur ki, avtomaşını marixuanadan yaranan sərxoşluq nəticəsində idarə edir. Əməlindən peşiman olduğunu qeyd edərək ona köməklik olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333-1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam təsdiq olunur. Şəxs həmin inzibati xətanın törədilməsində təqsirlidir. İş materiallarında olan sərxoşluq vəziyyətinin müayinəsi barədə xx.xx.2024-cü il tarixli, 178 saylı aktdan görünür ki, Şəxs marixuanadan istifadəyə görə nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmişdir. BD517034 nömrəli sürücülük vəsiqəsinin elektron sistemində olan çıxarışdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs “B1,B,C,C1” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ vardır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə əsasən inzibati xətanın xarakterini, Şəxs təqsirinin dərəcəsini,məsuliyyətini yüngülləşdirən hallar kimi özünün etirafını, törətdiyi əməlindən səmimi peşimançılıq hissi keçirməsini və məsuliyyətini ağırlaşdıran halların olmaması kimi halları nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333-1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla, həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şəxs barəsində protokolda qeyd olunmuş İXM-nın 327.4-cü madəsi ilə tədbir görülməsi məhkəmənin səlahiyyətinə aid olmadığı üçün həmin maddə ilə barəsində tədbir görülməsi mümkün deyildir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 333-1.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla on beş gün müddətində inzibati həbs tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 04 iyul 2024-cü il tarixdən, saat 17:30-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №3(057)-639/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-639/2024
04.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver