Məhkəmə qərarları › İş №3(057)-639/2025

Salyan Rayon Məhkəməsi Qərardad — İş №3(057)-639/2025

28.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 3(057)-639/2025 28.08.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Rzayev Azər Azad oğlunun katibliyi, X2 nümayəndəsi vəkil Vəkil iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 nömrəli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair X6 verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayət verən şəxs X8 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 nömrəli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair Salyan Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Salyan Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 3(057)-639/2025 nömrəli qərarı ilə (sədrlik edən hakim Əliyeva Vəsilə Əlövsət qızı) X8 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 nömrəli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. Salyan Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 3(057)-639/2025 nömrəli qərarından 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyev tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 3(106)-417/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə səlahiyyətli orqan - 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyev tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Salyan Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 3(057)-639/2025 saylı qərarı ləğv olunmuş, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş vəzifəli şəxs X1 orqan - 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti qismən təmin edilmişdir. Səlahiyyətli orqan - 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxs X8 İXM-in 264.0.1 və 266.2-ci maddələri ilə təqsirli bilinərək İXM-in 34.3-cü maddəsi tətbiq olunmaqla İXM-in 266.2-ci maddəsi ilə 3.500 manat məbləğində inzibati cərimə edilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv olunması və qərarın təsviri-əsaslandırıcı hissəsində sadalanan hallara əsasən İXM-in 264.0.1 və 266.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törədən müvafiq subyektlər (vəzifəli şəxs və ya hüquqi şəxs) müəyyən olunmaqla hər biri barəsində ayrı-ayrılıqda həmin maddələrlə inzibati xəta haqqında iş üzrə icraatın aparılması məsələsinin müzakirə edilməsi səlahiyyətli orqan 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinə həvalə olunması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən X2 nümayəndəsi Vəkil bildirmişdir ki, rayon məhkəməsinin qəbul etdiyi qərar doğrudur. Apellyasiya Məhkəməsinin qərarı ləğv etməsinin səbəbi işə xitam deyil, geri qaytarılmalı olması olmuşdur. Hər hansı qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Qərarından şikayət verilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, İXM-in 133.2.4-cü maddəsinə əsasən şikayətə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 3(106)-417/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarında qeyd olunan xüsusatlarla bağlı, yəni, qərarın təsviriəsaslandırıcı hissəsində sadalanan hallara əsasən İXM-in 264.0.1 və 266.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törədən müvafiq subyektlər (vəzifəli şəxs və ya hüquqi şəxs) müəyyən olunmaqla hər biri barəsində ayrı-ayrılıqda həmin maddələrlə inzibati xəta haqqında iş üzrə icraatın aparılması məsələsinin müzakirə edildikdən sonra protokolun tərtibi qanuna uyğun olacağı qeyd olunmuşdur. İnzibati xəta barəsində tərtib olunan protokol və ya qərar barəsində araşdırma üzrə son instansiya məhkəməsi məhz apellyasiya instansiyası olduğundan və həmin məhkəmə instansiya məhkəməsində təsbit olunan hallar məcburi xarakter daşıyır. Həmin qərarda müvafiq inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və müvafiq qanuna uyğun araşdırma aparılması nəticəsində araşdırmanın yekunlarına dair müvafiq qərarın qəbul edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. 100.-ci maddəsinin tələbinə görə nömrələnmiş blankda tərtib edilmiş inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.5.4-cü maddəsinə əsasən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir. 100.5.5-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi. 100.5.10-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair 3 may 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə dəqiq riayət etməlidir. Məhkəmələr protokol və ya digər sənədlərin düzgün tərtib olunmadığını və ya təqdim edilmiş materialların natamam olduğunu müəyyən etdikdə “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərini rəhbər tutaraq sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə qərardadla qaytarmazdan əvvəl, həmin qüsur və natamamlıqların aradan qaldırılması üçün bütün imkan və vasitələrdən istifadə etməlidir. Təqdim olunmuş sənədlərdən görünür ki, qanunun həmin tələblərinə riayət edilməmiş və həmin çatışmamazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Belə ki, səlahiyyətli orqan da İXM-in 266.2-ci maddəsi ilə vəzifəli şəxs - xəstəxananın təsərrüfat bölmə müdiri F.Məmmədovu təqsirli bilərək inzibati qaydada tənbeh etməkdə səhvə yol vermişdir. İş materiallarına əlavə edilmiş “Salyan Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktoru Ş.Səmədova tərəfindən təsdiq edilmiş vəzifə təlimatının 10-cu bəndindən görünür ki, kanalizasiya sisteminin sazlığına nəzarət etmək bilavasitə təsərrüfat bölmə müdiri olan Faiq Məmmədovun vəzifə səlahiyyətlərinə aid edilmişdir. F.Məmmədov özü də səlahiyyətli orqana ünvanladığı xx.xx.2025-ci il tarixli izahatında bu xətasını etiraf etmişdir. Lakin qeyd olunan təlimatda tibbi tullantıların emalı və idarə edilməsi, eləcə də bu yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi və sair qaydaların müəyyənləşdirilməsi vəzifəsinin təsərrüfat bölmə müdirinin səlahiyyətlərinə aid olunması nəzərdə tutulmamışdır. Belə olan təqdirdə vəzifəli şəxs F.Məmmədov İXM-in 266.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın subyekti ola bilməzdi. Qeyd olunan bu xüsusatlar ətraflı araşdırılmadan müvafiq inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi ədalətli olmayan inzibati məsuliyyətə cəlb olunma ilə nəticələnəcəyindən müvafiq inzibati xəta haqqında iş materiallarının geri qaytarılması apellyasiya instansiyası tərəfindən qeyd olunmuşdur. Belə olan halda hesab edilir ki, inzibati xəta haqqında protokolda inzibati xətanın İXM-in müvafiq maddəsi üzrə inzibati xətanın mahiyyəti göstərilmədiyindən protokol və onun əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar onu qəbul etmiş orqana geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə QƏRARA ALDİ: X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3(106)-417/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə ləğv olunaraq və həmin qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd olunan halların araşdırılması inzibati xətaya dair material ona əlavə olunmuş sənədlər ilə birlikdə Azərbaycan Dövlət Su X4 Suların İstifadəsinə və X5 Xidməti 4 saylı X3 geri qaytarılsın. Hakim: Rüstəm Alıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar