Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-640/2024 08.07.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1956-cı ildə Ermənistan Respublikası, Paşalı rayonunda anadan olmuş, evli, təqaüdçü, Salyan rayonu, Xalac kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə Salyan Rayon Polis Şöbəsindən daxil inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Salyan Rayon Polis Şöbəsinin TB-nin İTB-nin təhqiqatçısı Mircəlal Ağalarovun 15 iyun 2024-cü il tarixli qərarı ilə toplanmış material üzrə "cinayət işinin başlanmasının rədd edilməsi”, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surətinin Salyan RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X4 tərəfindən MN № 1988030/913 saylı, 08 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün 08 iyul 2024-cü il tarixdə Salyan Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 12-də qonşusu Zərərçəkmiş şəxs ilə sözlü mübahisə zamanı onu döymüşdür. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, protokol tərtib olunan zaman orada iştirak etmişdir. Təhqiqatçının qərarından şikayət etməmişdir. Zərər çəkmiş şəxs onun qonşusudur. Zərər çəkmiş şəxsin gəlini zibili onun qapısının qarşısına tullamış, o da, həmin zibili onların evlərinin arxasına tökmüşdür. Rəfiqənin gəlini, oğlu və özü onu döymüşlər. Daha sonra Rəfiqənin qardaşı Məhəmməd gələrək onun əlindən tutub itələmiş və başını kəsəcəyi ilə hədələmişdir. Sonra onun yoldaşı gəlib onu oradan aparmışdır. Hadisənin sabahı polis şöbəsinə gedib izahat vermişdir. Ekspertlər tərəfindən yoxlanılmışdır. Sonra yoldaşı ilə Qarabağlı kəndində yerləşən sınıqçıya gedərək, qolunu yerinə saldırmışdır. Özünü günahkar bilmir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X4 izahatında göstərmişdir ki, hadisə xx.xx.2024cü il tarixdə baş vermişdir. Aralarındakı mübahisə sözlü başlasa da, daha sonra fiziki mübahisəyə çevrilmişdir. Hər iki tərəf DİN-nin “102” Xidməti-Zəng Mərkəzinə şikayət etmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Salyan rayon PŞ-nin TB-nin təhqiqatçısı Mircəlal Ağalarov tərəfindən qəbul edilmiş 15 iyun 2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Salyan rayonu, Xalac kəndində yaşayan Şəxs Əsgər qızının və Zərərçəkmiş şəxs Salyan RPŞ-nə yazdığı ərizə əsasında toplanmış material üzrə Salyan rayonu Xalac kəndində yaşayan Şəxs Əsgər qızının və Zərərçəkmiş şəxs əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanılması rədd edilməsi və Salyan rayonu Xalac kəndində yaşayan Şəxs Əsgər qızının və Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın (döymə) tərkibi olduğundan inzibati məsuliyyətə cəlb olunması və barələrində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti rayon polis şöbəsinin X1 verilməsi qərara alınmışdır. İş materiallarında olan Salyan RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Mircəlal Ağalarovun 15 iyun 2024-cü il tarixli raportundan görünür ki, Salyan rayonu Xalac kəndində yaşayan Şəxs Əsgər qızı 17 aprel 2024-cü il tarixdə DİN-in “102” Xidməti-X7 müraciət edərək, qonşularının onu döyməsini bildirmişdir. Salyan rayonu Xalac kəndində yaşayan X3 17 aprel 2024-cü il tarixdə “102” Xidməti-X7 müraciət edərək, qonşularının arvadı Rəfiqəni döyməsini bildirmişdir. Salyan rayonu Xalac kəndində yaşayan Şəxs Əsgər qızı 17 aprel 2024-cü il tarixdə Salyan Rayon Polis Şöbəsinə müraciət edərək, qonşusu Zərərçəkmiş şəxs onun saçını yolmasını bildirmişdir. Salyan rayonu Xalac kəndində yaşayan Zərərçəkmiş şəxs 17 aprel 2024-cü il tarixdə Salyan Rayon Polis Şöbəsinə müraciət edərək, qonşusu Səyyarə və əri Sahibin onu döyməsini bildirmişdir. Şəxs Əsgər qızının və Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-in “102” Xidməti-X7 etdiyi müraciət xx.xx.2024-cü il tarixdə Salyan Rayon Polis Şöbəsində “Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabı”nda HK-1/750,751 sayla qeydiyyata alınaraq icraatına daxil olmuşdur. Aparılmış araşdırma zamanı 07 may 2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Lakin Salyan Rayon Prokurorluğu 03 iyun 2024-cü il tarixdə qəbul edilmiş qərarın ləğv olunması ilə bağlı qərar qəbul edərək, yenidən araşdırma aparılması üçün 03 iyun 2024-cü il tarixdə Salyan RPŞ-yə göndərilmiş və 05 iyun 2024-cü il tarixdə icraatına daxil olmuşdur. Araşdırma zamanı toplanmış material üzrə Salyan rayonu Xalac kəndində yaşayan Zərərçəkmiş şəxs və Şəxs Əsgər qızının əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan inzibati məsuliyyətə cəlb olunması və barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti rayon polis şöbəsinin X1 verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin izahatı ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş, ekspert rəyi və digər sübutlarla tam sübuta yetirilir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında protokolu iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etməməsi barədə izahatını inandırıcı hesab etmir və həmin izahatın inzibati məsuliyyətdən yaxa qurtarmaq məqsədilə verilməsi nəticəsinə gəlir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyəti, habelə təqsirinin dərəcəsi nəzərə alınaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 114, 115 və 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-640/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-640/2024
08.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver