Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 3(057)-641/2023 13.07.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ağarza Hacırza oğlu Səmədovun sədrliyi Məhkəmə iclas katibi Asif Xanoğlan oğlu Zamanovun katibliyi ilə Salyan RPŞ-nin xx.xx.2023-cü il tarixli, İXP-5352067 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Salyan RPŞ-nin xx.xx.2023-cü il tarixli, İXP-5352067 saylı protokoldan görünür ki, Salyan şəhəri, C.Cabbarlı küçəsi 32-də yaşayan Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməmişdir. Protokol və ona əlavə olunmuş sənədlər məhkəmədə öyrənilərkən müəyyən olunmuşdur ki, Şəxs iştirakı olmadan protokol tərtib olunmuş, ondan izahat alınmamış, hüquq və vəzifələri izah olunmamışdır. Qanunvericilikdə şəxsin iştirakı olmadan da inzibati xəta haqqında işə baxılması mümkündür, bu halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə işə baxılmasının yeri və müddəti barədə rəsmi qaydada bildiriş göndərilməli, şəxsin bu barədə məlumat olmalı və ya işə baxılmasının təxirə salınması barədə vəsatəti olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Göründüyü kimi Şəxs rəsmi qaydada çağrılmamış və onun məlumatı olmadan barəsində inzibati qaydada protokol tərtib olunmuş, və nəticədə onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş hüquqları pozulmuşdur. Qeyd olunan maddədə göstərilir ki, 61.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır: 61.1.1. inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; 61.1.2. izahat vermək; 61.1.3. sübutlar təqdim etmək; 61.1.4. vəsatət və etirazlar vermək; 61.1.5. işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; 61.1.6. inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; 61.1.7. ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək; 61.1.8. inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq; 61.1.9. yol hərəkəti qaydaları əleyhinə törədilən inzibati xəta, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq. 61.2. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə edə bilər. 61.3. İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. 61.4. İnzibati xəta haqqında işə baxarkən hakim, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakını məcburi hesab edə bilər. 61.5. İnzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. 61.6. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən işin hallarının müzakirəsi yetkinlik yaşına çatmayanlara mənfi təsir göstərə biləcəyi hallarda, onlar müvəqqəti olaraq işdə iştirakdan kənarlaşdırılırlar. Göründüyü kimi Şəxs haqqında protokol tərtib olunarkən qeyd olunan maddənin tələbləri pozulmuş və onun pozulmuş hüquqlarının bərpası işin hazırkı mərhələsində mümkün deyildir. Eyzi zamanda sənədlərdən aydın olur ki, Şəxs artıq protokol üzrə cəriməni ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsində qeyd olunmuşdur ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Qeyd olunan natamamlıqları məhkəmə baxışında aradan qaldırmaq mümkün olmadığından protokol və protokola əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106,109-cu maddələrini rəhbər tutaraq,məhkəmə Qəraraaldı: Şəxs barəsində olan Salyan RPŞ-nin xx.xx.2023-cü il tarixli, İXP-5352067 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Salyan RPŞ-nin qaytarılsın. Hakim Ağarza Səmədov
Məhkəmə qərarları › İş №3(057)-641/2023
Salyan Rayon Məhkəməsi Qərardad — İş №3(057)-641/2023
13.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver