Məhkəmə qərarları › İş №3(057)-641/2024

Salyan Rayon Məhkəməsi Qərardad — İş №3(057)-641/2024

08.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 3(057)-641/2024 08.07.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ağarza Hacırza oğlu Səmədovun sədrliyi Asif Xanoğlan oğlu Zamanovun katibliyi ilə Salyan RPŞ-nin 08 iyul 2024-cü il tarixli, MN № 1988050/812 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Salyan RPŞ-nin Şəxs haqqında rayon məhkəməsinə baxılması üçün göndərdiyi inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəmədə öyrənilərkən müəyyən olunmuşdur ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nın 157-ci maddəsi ilə tərtib edilmiş protokola baxılıb qərar qəbul olunması ilkin olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə aiddir. Yalnız qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olduğu halda inzibati xəta törətmiş şəxs haqqında tədbir görülməsi üçün materiallar məhkəməyə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.3-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. Qanunvericiliyin bu tələbinə əsasən inzibati xəta haqqında protokolu tərtib edən orqan qanuna əməl etməmiş, inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halları və müsadirə olunmalı malların mövcudluğu, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olmadığı halda materiallar məhkəməyə göndərilmişdir. Həmin əsaslar olduğu halda bu barədə qəbul olunmuş qərardadda qeyd olunmalı, qərardad əsaslandırılmaqla həmin qərardad əsasında materiallar məhkəməyə göndərilə bilər.Göründüyü kimi qeyd olunan halların heç biri olmadan materiallar məhkəməyə göndərilmişdir. İlkin olaraq inzibati xəta törətmiş şəxs haqqında törətdiyi xətaya görə haqqında qanunla müəyyən olunmuş qaydada qərar qəbul olunmalı, zərərçəkmiş və ya inzibai xəta törətmiş şəxs narazı qaldığı halda həmin qərardan məhkəməyə şikayət etmək hüququ izah olunmalıdır. Eyni zamanda sənədlərə baxış keçirilərkən müəyyən olunmuşdur ki, inzibati xəta haqqında protokol Azərbaycan Respublikası İXM-nın 100-cü maddəsinin tələblərinə uyğun olmayan formada tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat tam qeyd olunmamış, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi protokolda göstərilməmişdir. Protokolda olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı qeyd olunmamışdır.Həmçinin inzibati xəta haqqında protokol Şəxs iştirakı olmadan tərtib olunmuşdur. Azərbaycan Respublikası İXM-nın 100.1-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 100.2. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. 100.5. Protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsində qeyd olunmuşdur ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Qeyd olunan natamamlıqları məhkəmə baxışında aradan qaldırmaq mümkün olmadığından protokol və protokola əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106,109-cu maddələrini rəhbər tutaraq,məhkəmə Qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nın 157-ci maddəsi ilə tərtib edilmiş 08 iyul 2024-cü il tarixli, MN № 1988050/812 saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Salyan RPŞ-yə qaytarılsın. Hakim Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar