Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 3(057)-641/2025 10.06.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Mən, Salyan Rayon Məhkəməsinin hakimi Əliyeva Vəsilə Əlövsət qızı, xx.xx.1985-ci ildə Neftçala rayonu, Qaçaqkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Salyan rayonu, Marışlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Salyan rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Şəxs barəsində Salyan rayon icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 10 iyun 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli icra sənədi üzrə borclu Şəxs cəmi 5070 manat pulu tələbkar Zərərçəkmiş şəxs ödəməmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər qanunvericiliyin tələbləri pozulmaqla tərtib edildiyindən geri qaytarılmalıdır. Belə ki, sənədlərə baxış keçirilərkən müəyyən olunmuşdur ki, inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının İXM-nin 100-cü maddəsinin tələblərinə uyğun olmayan formada tərtib olunmuşdur. Belə ki, iş materiallarından görünür ki, inzibati icraat zamanı zərərçəkmiş şəxs olmasına baxmayaraq, inzibati xəta haqqında protokolda zərərçəkmiş şəxsin adı, soyadı, atasının adı və yaşayış yeri göstərilməmiş və həmin qrafa doldurulmamışdır. Halbuki, AR İXM-nin 100.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında protokolda olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı göstərilir. Bundan savayı, inzibati xəta haqqında protokolda inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin izahatı göstərilməmiş, həmin qrafa icra məmurunun sözləri ilə bir cümlə olmaqla “öhdəsində olan cəmi 5070 manat pulu tam deyil, hissə-hissə ödəyəcəyini bildirir” yazılmaqla doldurulmuşdur. Halbuki, AR İXM-nin 100.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilir. Göründüyü kimi, icra məmuru Nicat Mahmudov qanunvericiliyin tələblərini ümumiyyətlə nəzərə almadan öz mülahizələrinə uyğun düzgün olmayan və natamam sənədi inzibati xəta haqqında protokol qismində məhkəməyə təqdim etmişdir. AR İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından onu tərtib etmiş orqana geri qaytarılmalıdır Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Salyan rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında 10 iyun 2025-ci il tarixli, MN ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər Salyan rayon icra və probasiya şöbəsinə geri qaytarılsın. Hakim: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-641/2025
Salyan Rayon Məhkəməsi Qərardad — İş №3(057)-641/2025
10.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver