Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 3(057)-643/2023 27.07.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Mən, Salyan rayon məhkəməsinin hakimi X1, xx.xx.1992-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağdaş rayonu Ərəbocaq kəndində qeydiyyatda olmaqla yaşayan, N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Şəxs barəsində Salyan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Salyan rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:10 radələrində Ələt-Astara yolunun 29 km-də “MERCEDES BENZ E220 CDİ MİNİK” markalı **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Həmin faktla bağlı DİN-nin BDYPİ-nin Yol-Patrul Xidməti Alayı 10-cu Tağımı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsi ilə İXP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək Salyan rayon Polis şöbəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə baxılması üçün Salyan rayon məhkəməsinə göndərilmiş, həmin material xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Həmin protokoldan görünür ki, Şəxs yaşayış ünvanı Zaqatala rayonu N saylı hərbi hissə göstərilmişdir. Şəxs istifadəsində olan ***-***-**-** saylı telefon vasitəsi ilə əlaqə saxlayarkən bildirmişdir ki, hazırda Mingəçevir şəhərində yerləşən N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edir. Təxminən 7 ilə yaxındır ki, hərbi qulluqçudur. İnzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən (AD№0048211 saylı şəxsi vəsiqədən) görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusudur və ona görə də, hazırkı inzibati xəta haqqında protokola ümumi məhkəmə tərəfindən deyil, hərbi məhkəmə tərəfindən baxılmalıdır. Azərbaycan Respublikasının İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 525 - 535-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Həmin Məcəllənin 43.4-cü maddəsinə əsasən bu Məcəllənin 610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə, habelə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər törətdikdə, inzibati xətalar haqqında işlərə hərbi məhkəmələr baxır. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, yuxarda qeyd edilən inzibati xəta hadisəsi Salyan rayonu ərazisində törədilmişdir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli Qərarının 11.9-cu maddəsinə əsasən Salyan rayonu Cəlilabad Hərbi Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidədir. Göründüyü kimi hazırkı inzibati xəta haqqında işə baxılması məhkəmə aidiyyəti üzrə rayon məhkəməsinin deyil, hərbi məhkəmənin səlahiyyətlərinə aiddir. Azərbaycan Respublikasının İXM-nin 106.0, 106.0.1-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılmasının onun səlahiyyətinə aid olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Beləliklə, iş materiallarını tam şəkildə araşdırıb belə qənaətə gəlirəm ki, hərbi qulluqçu olan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Cəlilabad Hərbi Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 106, 110 və 114-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Hərbi qulluqçu Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Cəlilabad Hərbi Məhkəməsinə göndərilsin. Sədirlik edən: Adil Vəliyev
Məhkəmə qərarları › İş №3(057)-643/2023
Salyan Rayon Məhkəməsi Qərardad — İş №3(057)-643/2023
27.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver