Məhkəmə qərarları › İş №3(057)-644/2024

Salyan Rayon Məhkəməsi Qərardad — İş №3(057)-644/2024

23.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 3(057)-644/2024 23.07.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ağarza Hacırza oğlu Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi, şikayətçi X1 iştirakı ilə X1 08 iyun 2024-cü il tarixli inzibati xəta haqqında qərarın ləğv olunması barədə vermiş olduğu şikayətə 23 iyul 2024-cü ildə Salyan rayonunda açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X2 İXP ******* saylı protokola əsasən AR İXM-nin 327.3-cü maddəsi ilə təqsirli bilinib 100 manat cərimə və 4 bal qiymətləndirmə barədə 08 iyun 2024-cü il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 məhkəməyə ərizə təqdim edərək barəsində tərtib edilmiş inzibati xəta haqqında işə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsində baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yer barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, inzibati xəta haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə verilmiş vəsatətə əsasən hesab edir ki, X1 verdiyi şikayət və əlavə olunmuş sənədlər Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nın 110.1-ci maddəsində qeyd olunmuşdur ki, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. 110.2. Yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar haqqında işlərə şəxsin yaşadığı yer üzrə baxılır. 110.3. Nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilən inzibati xətalar haqqında işlərə, müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatları nəzərə alınmaqla, bu Məcəllənin 110.1ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110-cu maddəsini rəhbər tutaraq,məhkəmə Qəraraaldı: X1 08 iyun 2024-cü il tarixli inzibati xəta haqqında qərarın ləğv olunması barədə vermiş olduğu şikayət aidiyyəti üzrə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinə göndərlsin. Sədrlik edən: Hakim Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar