Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-646/2023 19.07.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1979-cu ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Salyan rayonu, Kürqaraqaşlı kəndində qeydiyyatda olmaqla orada yaşayan, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 329.1, 332.1 və 333.1-ci maddələrinin tələbinin pozulması ilə əlaqədar Salyan RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 329.1, 332.1 və 333.1-ci maddələri ilə məhkəməyə verilmişdir ona görə ki, o, xx.xx.2023-cü il tarixdə Salyan rayonu, ərazisində idarə etdiyi “Mercedes Benz C240 minik» markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla yol hərəkəti qaydalarını pozması ilə əlaqədar olaraq Salyan RPŞ-nin DYPBnin əməkdaşları tərəfindən saxlanılmış, araşdırma zamanı onun spirtli içkinin qəbulu nəticəsində yaranmış sərxoş halda nəqliyyat vasitəsini idarə etməsi məlum olmuşdur. Bununla əlaqədar olaraq Salyan RPŞ-nin DYPB-ni tərəfindən Azərbaycan Respublikası İXM-nin 329.1, 332.1 və 333.1-ci maddələrinin tələbinin pozulması ilə əlaqədar olaraq xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, iş materialları ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs bildirmişdir ki, idarə etdiyi “Mercedes Benz C240 minik» markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil bacısının yoldaşı X2 məxsusdur. Elşən avtomobili idarə etmək məqsədilə ona vermiş, lakin etibarnamə verməmişdir. 11 iyul 2023-cü il tarixdə saat 12-13 radələrində Salyan şəhər dairəsi yaxınlığında avtomobili idarə etmişdir. Həmin avtomobil ilə təsərrüfat malları mağazasına getmiş, mağazadan çıxan zaman polis əməkdaşları ona yaxınlaşaraq içkili olub-olmamasını soruşmuş, o isə içkili olmadığını bildirmişdir. Nicat adlı şəxslə maşının içərisində danışaraq dünən günorta saatlarında dənizdə olan zaman 200 qram içki qəbul etdiyini demişdir. Daha sonra Vidadi adlı şəxs “bura qarışıqdır deyərək” maşını şöbəyə sürmüşdür. Şöbədə aparat quraşdırılmış və həmin aparata nəfəs vermişdir. Narazı qaldığı üçün həkim müayinəsinə aparılmasını istəmiş, lakin müayinəyə aparılmamışdır. Saat 17:00 radələrində barəsində protokol tərtib edilmiş və həmin protokolu imzası ilə təsdiq etmişdir. Alkotestrə görə onun içkili olduğunu bildirmişlər. O, isə həmin çeki tələb etmişdir.Yol polisinə 2 ədəd 5 manatlıq əskinas olmaqla pul vermiş, lakin polis əməkdaşları pulu götürməmişlər. Məhkəmədə şahid qismində izahat verən X4 bildirmişdir ki, 11 iyul 2023-cü il tarixdə Ələt-Astara yolunda Salyan şəhər dairəsi yaxınlığında yerləşən təsərrüfat malları mağazasının qarşısında “Mercedes Benz C240 minik» markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünü maşını təhlükəzsilik kəməri istifadə etmədiyi üçün saxlamışlar. Nicat ondan spirtli içki iyi gəldiyi üçün içki qəbul edib-etməməsini soruşmuş, lakin sürücü dünən içki qəbul etdiyini bildirmişdir. Bu barədə komandirə məruzə etmişlər, komandir polis şöbəsinə gətirilərək alkotestrdən keçirilməsini bildirmişdir. Sürücünü şöbəyə gətirərək alkotestrdən keçirdikdən sonra sürücünün içkili olduğu müəyyən olunmuşdur. Sürücü heç bir narazılıq etməmişdir. Barəsində tərəflərindən protokol tərtib edilmiş, sürücü isə həmin protokolu imzası ilə təsdiq etmişdir. Protokol tərtib edildikdən 2-3 saat sonra Fuad yol polisinə yaxınlaşaraq onun həkim müayinəsinə aparılmasını istəmişdir. Məhkəmə iclasında şahid qismində izahat verən X1 Vidadi Sabir oğlunun dediklərini bir daha təsdiq etmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün “Alcovisor- Jupiter X” markalı sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitədən istifadə edilmişdir. 11 iyul 2023-cü il tarixdə, saat 11:46-da çap edilmiş qəbzdən görünür ki, sürücünün sərxoşluğunun həcmi 0.6628 litr olmuşdur. Məhkəmədə sürücünün sərxoşluq müayinəsinin aparılması zamanı çəkilmiş videogörüntüyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Şəxs müayinədən keçirilmiş və o, alkotestrin nəticəsinə etiraz etməmiş və həkim müayinəsindən keçməsini tələb etməmiş, sadəcə olaraq alkotestrin nəticəsinin ona verilməsini xahiş etmişdir. İş materiallarında olan BC441067 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs “ B1,B,C1,C” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ vardır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam təsdiq olunur. Şəxs həmin inzibati xətanın törədilməsində təqsirlidir. Azərbaycan Respublikası İXM-nin 43.1-ci madəsinə əsasən 329.1 və 332.1-ci maddələri ilə inzibati xətaya dair işlərə baxılması məhkəmənin səlahiyyətinə aid olmadığı üçün, həmin xəta ilə bağlı işə hazırkı iş üzrə qərar qəbul olunması mümkün deyildir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə əsasən inzibati xətanın xarakterini, Şəxs təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran haların olmamasını və həmçinin onun spirtli içkinin qəbulu nəticəsində yaranmış sərxoş halda nəqliyyat vasitəsini idarə etməsi halını nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinərək, ona dörd yüz manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №3(057)-646/2023
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-646/2023
19.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver