Məhkəmə qərarları › İş №3(057)-646/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-646/2024

09.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-646/2024 09.07.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Mahmudov Nicat Faiq oğlunun, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Mənsurova Mənsurə Naib qızının iştirakları ilə, xx.xx.2003-cü il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, “AFF Park” Yaşayış Kompleksi, 4 saylı binasında kirayədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya Şöbəsindən daxil olan 09 iyul 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən tərtib edilmiş 09 iyul 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar 09 iyul 2024-cü il tarixdə Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Salyan Regional ASAN xidmətinin 8İ- 552 saylı, 4 icra sənədi üzrə 1. Salyan Rayon Məhkəməsinin 2(057)-1906/2023 saylı, xx.xx.2023-cü il tarixli, 2. 2(057)-582/2024 saylı, xx.xx.2024-cü il tarixli, 2(057)-680/2024 saylı, xx.xx.2024-cü il tarixli, Salyan ASAN Xidmət Notariat Kontorunun 8İ-10571 saylı, 30 noyabr 2023-cü il tarixli icra sənədlərinə əsasən Şəxs öhdəliyində olan Kapitalbank, Foriella, İrşad Electronics və Azpula olan ümumi 6097.96 manat borcu tələbkarlara ödəməmiş məhkəmənin və icra şöbəsinin çağırışlarına məhəl qoymamışdır. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 protokolu müdafiə edərək göstərdi ki, borclu barəsində 4 icra vərəqəsi vardır. Zərərçəkmiş şəxs MMC-yə 1653 manat, "xxxx" ASC-yə 3854.36 manat, "xxxx" MMC-yə 427.6 manat, BOKT "xxxx" MMC-yə 193 manat borcu vardır. İcra sənədləri icraya yönəldikdən sonra borclu tərəfindən heç bir məbləğ ödənilməmişdir. Borclu barəsində hər hansı qərarın çıxarılmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, əvvəllər “Regional BOKT”da məsləhətçi işləmiş və aylıq 500 manat əmək haqqı almışdır. Analıq məzuniyyətinə çıxana qədər borclarından hissə-hissə olmaqla ödəmişdir. Hazırda azyaşlı uşağına görə işləmir. Borcunun hissə-hissə olmaqla ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahat və çıxışlarını dinləyib, icra işini, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri olması tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Salyan Rayon Məhkəməsinin e-2(057)-1906/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs № 001-FRL-0044-22 saylı, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 1613 manat qalıq borcu, 10 manat cərimə borcu olmaqla, cəmi 1623 manat borcun və dövlət rüsumu ödənilmiş 30 manat pulun əvəzi tutularaq Zərərçəkmiş şəxs MMC-nin hesabına ödənilməsi qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə borclunun ünvanına göndərilmişdir. İş materiallarında olan Şəxs ünvanlanmış 313147/03 saylı, xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, barəsində olan Salyan Rayon Məhkəməsinin 2(057)- 1906/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin etməsi (borcunun ödənilməsi) və 03 may 2024-cü il tarixdə (ödəniş sənədlərini təqdim etməklə) Salyan rayon İcra və Probasiya Şöbəsinə gəlməsi tələb olunmuşdur. Əks halda barəsində qanunamüvafiq qaydada tədbir görüləcəyi barədə məlumatlandırılmışdır. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 8(057)-221/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)- 1906/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Salyan rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. İş materiallarında Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Mahmudovun xx.xx.2024-cü il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, borclu xx.xx.2003-cü ildə doğulmuş ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Salyan Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 8İ-10571 saylı, xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən, BOKT "xxxx" MMC-nin xeyrinə Şəxs **********51 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 99.20 manat, 68.80 manat cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla, cəmi 193 manat pulun tutulması qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildiriş tərtib olunmuşdur. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin e-2(057)-582/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 3446.58 manat əsas, 349.82 manat faiz, cəmi 3796.40 manat borc və 57.96 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “borclunun axtarışı haqqında” qərardan görünür ki, borclunun barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin e-2(057)-680/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs xx.xx.2024-cü il tarixinə xx.xx.2022-ci il tarixli, 01208368 saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 345.8 manat əsas, 51.8 manat cərimə olmaqla, ümumilikdə 397.6 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-nin hesabına köçürülməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədinin icrasından qərəzli olaraq yayınır və icra məmurunun həmin icra sənədlərinə dair qanuni tələblərini yerinə yetirmir. Məhkəmə, bu nəticəyə gələrkən Şəxs tərəfindən dövlət adından çıxarılan məhkəmə qərarlarının icra edilmədiyini nəzərə almışdır. Buna görə də, məhkəmə Şəxs hərəkətlərini icra sənədinin icrasına mane olma kimi qiymətləndirir və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”. Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci bəndinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnzibati xəta haqqında işin dayandırılması və işə xitam verilməsi üçün hallar məhkəmə iclası zamanı müəyyən edilmədi. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində bir yetkinlik yaşına çatmayan, yəni xx.xx.2023-cü il təvəllüdlü uşağının olması məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə icra sənədlərinin icra olunmamasını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati qaydada cərimə növündə tənbeh tətbiq etməklə Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan övladının olmasını nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114 və 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar