Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-647/2024 09.07.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X1 iştirakı ilə xx.xx.1992-ci ildə Salyan rayonu, Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Salyan şəhəri, T.Abdulrəhmanov küçəsi, ev 12 qeydiyyatda olmaqla, Salyan rayonu, Yenikənd kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə barəsində Salyan RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Salyan RPŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN № 1954044/818 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Salyan rayonu, Yenikənd kəndində həmkəndlisi X5 ilə aralaraında olan söhbət zamanı ucadan nalayiq ifadələr işlədərək söyüşlər söymüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, nəzarətsiz saxladığı üçün həmin heyvanları Ələkbərov Ömərin pambıq sahəsinə bir neçə dəfə girmişdir. Özünün sahəsi yoxdur, 7 baş iri buynuzlu heyvanı olduğundan onları saxlamasında çətinlikləri vardır.08 iyul 2024-cü ildə kərpic zavodunda olmuş, həmin günü Ömərlə rastlaşmamış və onu nalayiq söyüşlərlə söyməmişdir. Ömər anasına zəng edərək heyvanlarının onun sahəsinə girdiyini bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində izahat verən X5 bildirmişdir ki, 08 iyul 2024cü ildə günortadan sonra Şəhriyarla Qardili kəndində görüşmüş və ondan heyvanlarını onun sahəsinə hansı səbəbdən saldığını soruşduqda Şəhriyar onu nalayiq söyüşlərələ söyüb təhqir etmişdir.Şəhriyar dəfələrlə heyvanlarını onun sahəsinə salaraq ona ziyan vumuşdur.Sonuncudan şikayətçi olduğunu qeyd edərək qanuni qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə əsasən işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, Şəxs inzibati xətanı törətməsi faktının təsdiq olunması qənaətinə gəlməklə, inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq olunmasını məqsədəuyğun hesab edir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nın 510-cu maddəsi ilə təqsirli bilinsin, barəsində 10 (on) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 09 iyul 2024-cü il tarixdən, saat 15:50-dən hesablansın. Qərarın Surati təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №3(057)-647/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-647/2024
09.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver