Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-648/2025 12.06.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Yüzbaşıyev Ramil Vahid oğlunun katibliyi, Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1997-cü il tarixdə Salyan rayon Cəngən kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Salyan rayon Kürqaraqaşlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN 2196575/285 saylı və və xx.xx.2025-ci il tarixli MN 2196574/284 saylı inzibati xəta haqqında protokollar Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan Rayon Polis Şöbəsinin İTB tərəfindən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-cü il tarixli, MN 2196575/285 saylı və Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli MN 2196574/284 saylı inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-cü il tarixdə saat 18:20-də Salyan rayon Cəngan kəndində, küçədə ucadan ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Bundan başqa, o, xx.xx.2025-ci il tarixdə saat 18:20 radələrində Salyan rayon Cəngan kəndi ərazisində polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında araşırma aparmiş şəxs Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X2 bildirmişdir ki, Salyan RPŞ PPXB-nin polis nəfəri, əməliyyat müvəkkili X3 xx.xx.2025-cü il tarixdə, saat 17:00-də rayon polis şöbəsinin post patrul xidməti bölüyünün polis nəfəri, polis kapitanı X4 ilə xidmətdə olarkən Salyan rayon Cəngan kəndində küçədə, Salyan rayon Kür Qaraqaşlı kəndində yaşayan Şəxs uca səslə nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozarkən, həmin şəxsə yaxınlaşmaqla özlərini təqdim etmələrinə və onu nizam intizama dəvət etmələrinə baxmayaraq, Şəxs öz hərəkətlərini davam etdirdiyindən onu rayon polis şöbəsinin növbətçi hissəsinə gətirərək təhvil vermişdirlər. Odur ki, Şəxs barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, hal-hazırda fəhləlik edərək valideynlərinin dolanışığına köməklik edir, subaydır. xx.xx.2025-ci il də Cəngan kənd ərazisində olarkən dostu Ramil ona zəng vuraraq ondan borca pul istəmişdir. Lakin o, Ramilə hal-hazırda ona maddi kömək edə bilməyəcəyini bildirmiş, qarşı tərəf bundan əsəbləşərək Məcnuna etik qaydalara uyğun olmayan ifadələr işlətmişdir. Bundan əsəbləşərək əsəblarinə hakim ola bilməmiş və uca səslə nalayiq ifadələr işlətmişdir. Bu zaman həmin ərazidə xidmətdə olan Cəmil və Hüseyn adlı polis əməkdaşları onun belə etməsini görüb ona yaxınlaşaraq sözlə iradlarını bildriməklə onu nizam intizama dəvət etsələr də, əsəbi halda olduğu üçün onlara qarşı da sərt danışdığı üçün onu rayon polis şöbəsinə dəvət etdikdə onlara etiraz etməmiş, rayon polis şöbəsinə gələrək etdiyi hərəkətləri etiraf etmiş, etdiyi hərəkətə görə peşman olmuşdur. Həmin vaxt kənd ərazisində heç bir şəxs olmamışdır. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahat verən əməliyyat müvəkkili X3 bildirmişdir ki, xx.xx.2025-ci il saat 18 radələrində əməliyyat apararkən polis əməkdaşı Cəfərli Cəmil ilə birlikdə sahə üzrə Salyan rayon Cəngan kəndində küçədə bir nəfərin uca səslə nalayiq ifadələr işlətdiyini görmüşdülər. Bu zaman sonradan şəxsiyyəti polis şöbəsində müəyyən olunan Şəxs nalayiq ifadələr işlətməməyi xəbərdarlıq etmiş, lakin Məcnun buna əsəbi olduğu üçün əməl etməyib, daha sonra onu məsələnin aydınlaşdırılması üçün polis şöbəsinə dəvət etmişdilər. Məcnun buna razı olmayıb müqavimət göstərmiş və bu zaman məcbur edib onu avtomobilə oturdub polis şöbəsinə gətirmişdilər. Məhkəmə iclasında şahid qismində izahat verən polis əməkdaşı Cəfərov Cəmil bildirmişdir ki, Ağabəyli Hüseynlə xx.xx.2025-ci il saat 18 radələrində sahə üzrə əməliyyatda olarkən, sahə üzrə Salyan rayon Cəngən kəndində küçədə bir nəfərin uca səslə nalayiq ifadələr işlətdiyini eşitmişlər. Bu zaman sonradan şəxsiyyəti polis şöbəsində müəyyən olunan Şəxs nalayiq ifadələr işlətməməyi xəbərdarlıq etmiş, lakin Məcnun buna əsəbi olduğu üçün əməl etməyib, daha sonra onu məsələnin aydınlaşdırılması üçün polis şöbəsinə dəvət etmişdilər. Məcnun buna razı olmayıb müqavimət göstərmiş və bu zaman məcbur edib onu avtomobilə oturdub polis şöbəsinə gətirmişdilər. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün izahatı ilə yanaşı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; Salyan RPŞ-nin CAB-nin təməliyyat müvəkili polis kapitanı Cəmil Cəfərov xx.xx.2025-cü il tarixli raportundan görünür ki, xx.xx.2025-ci il tarixdə Salyan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Hüseyn Ağabəyli ilə birlikdə inzibatı ərazidə xidmətdə olan zaman saat 16-55 radələrində Salyan rayon Cəngən kəndində küçədə bir nəfər şəxsin ucadan ünvansız küçə söyüşləri söydüyünü görüb ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirərək ondan hərəkətlərinə son qoymasını və ondan şəxsiyyətin təsdiq edən sənədin təqdim etməsini tələb ediblər, bu zaman həmin şəxs aressivləşərək hərəkətlərini davam etdirib polisin qanuni tələblərinə qəsdən tabe olmayıb. Bundan sonra inzibati xətanın qarşısının alınması və həmin şəxsin şəxsiyyətinin müəyyən edilməsi məqsədilə tərəfilərindən RPŞ-nə gətiriliblər. RPŞ-də məlum həmin şəxsin xx.xx.1997-ci il təvəllüdlü, Salyan rayon Kür Qaraqaşlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs olduğu müəyyənləşmişdir. xx.xx.2025-cü il tarixli, MN 2196575/285 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-cü il tarixdə saat 18:20-də Salyan rayon Cəngan kəndi ərazisində polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. xx.xx.2025-cü il tarixli, MN 2196574/284 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-cü il tarixdə saat 18-də Salyan rayon Cəngan kəndi ərazisində ictimai yerdə uca səslə nalayiq ifadələr işlədərək xırda xuliqanlıq inzibati xətasını törətmişdir. Şəxs Salyan RPŞ-nin PPXB-nin polis əməkdaşı, əməliyyat müvəkkili Cəfərov Cəmilin xx.xx.2025-ci il tarixli raportu əsasında toplanmış material üzrə cinayət işinin başlanılması cinayət tərkibi olmadığına görə rədd edilmişdir. xx.xx.2025-ci il tarixli, MN № ******* saylı qərardaddan görünür ki, Azərbaycan Respublikasının İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh növü məhkəmə səlahiyyətinə aid olduğu üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs Səməd oğlu həqiqətən də, xx.xx.2025-ci il tarixdə, saat təxminən 18 radələrində Salyan rayon Cəngan kəndində uca səslə nalayiq ifadələr işlədib xırda xuliqanlıq edərək ictimai qaydanı pozmuş, oraya gələn post patrul xidmətinin əməkdaşları onu intizama dəvət etsələr də, həmin şəxs ictimai qaydanı pozmaqda və polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərməkdə davam etmişdir. Bu səbəbdən də, həmin şəxs barəsində hazırkı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bununla da, Şəxs yuxarıda sadalanan hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir, o, həmin maddələrlə təqsirli bilinməli, aşağıdakı əsaslara görə onun barəsində həmin xətalardan daha ciddi xətaya görə, yəni İXM-nin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 32.1.1. inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı; 32.2. İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir və o, həmin maddələrlə təqsirli bilinməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məhkəmə onun əməlindən səmimi peşman olmasını, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzər alır, ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən halları, habelə işin digər hallarını nəzərə alaraq, onun barəsində inzibati tənbeh növü olaraq cərimə tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, onun barəsində cərimə növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab edirəm. Hesab edirəm ki, tətbiq olunacaq cərimə növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır inzibati tənbehin, yəni inzibati həbs növündə inzibati tənbehin təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda, o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş tənbeh ədalətli olmamaqla işin hallarına və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin şəxsiyyətinə uyğun olmaz, inzibati tənbehin məqsədləri təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535-1-ci maddələri ilə təqsirli bilinib, barəsində həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, İXMnin 535.1-cu maddəsi ilə 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Kələntərov Şahəddin
Məhkəmə qərarları › İş №3(057)-648/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-648/2025
12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver