Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-649/2023 28.07.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X4 qızının katibliyi, Salyan RPŞ-nin İTB-nin sahə rəisi, X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Neftçala rayonu, Xıllı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Neftçala rayonu, Xıllı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan RPŞ-nin olan 19 iyul 2023-cü il tarixli, MN № 1655054/705 nömrəli inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Salyan RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru, X3 tərəfindən tərtib olunmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 19 iyul 2023-cü il tarixli, MN № 1655054/705 saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. Salyan RPŞ-dən məhkəməyə daxil olmuş 19 iyul 2023-cü il tarixli, MN № 1655054/705 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 12 iyun 2023-cü il tarixdə saat 13:00 radələrində Salyan rayonu, Noxudlu kəndində yerləşən kafedə qumar oynunda iştirak etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edilmiş Salyan RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru, X3 izahatında göstərdi ki, Şəxs tərəfindən yuxarıda şərh edilən inzibati xəta hadisəsinin törədildiyini bildirdi və onun barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Qaradağ rayonu ərazisində fəaliyyət göstərən daş karxanasında fəhlə işləyir. 12 iyun 2023-cü il tarixdə iş yoldaşları ilə birlikdə yük maşını ilə Salyan rayonuna daş gətirmişlər, yolda avtomobildə nasazlıq olduğu üçün usta çağırmışlar. Həmin vaxt onlar Salyan rayonu, Noxudlu kəndi ərazisində fəaliyyət göstərən kafelərin birində tanışları ilə birlikdə əyləşərək çay içmişlər, bir qədər sonra boş qaldıqları üçün 1 manatdan qumar oynamağa başlamışlar. Qumar oynayan zaman polis əməkdaşları kafeyə daxil olub onları tutmuşlar. Birinci dəfə idi ki, qumar oynamış və əməlindən peşman olmuşdur. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X1 qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi barədə 22 iyun 2023-cü il tarixli qərarından görünür ki, toplanmış material üzrə əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilərək, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nın 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi əlamətləri olduğundan onun barəsində həmin maddə ilə inzibati qaydada tənbeh tədbirləri görülməsi üçün qərar RPŞnin İTB-yə göndərilmişdir. Salyan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Cəmil Cəfərov tərəfindən araşdırmaya təqdim edilmiş 02 ədəd 05 manatlıq və 22 ədəd 01 manatlıq olmaqla ümumilikdə 32 manat nağd pul əskinasları, həmçinin 36 ədəd oyun kartları faktiki hallar təsdiq edilən sübut əhəmiyyətinə malik olduğundan material üzrə maddi sübut kimi tanınaraq və saxlanılması üçün Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Beləliklə, inzibai xəta hadisəsi barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatını və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Ona görə də, Şəxs Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə - oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır, məsuliyyəti ağırlaşdıran hal isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində əsas inzibati tənbeh tədbiri olaraq cərimənin, əlavə inzibati tənbeh tədbiri olaraq isə inzibati xətanın bilavasitə obyekti olan predmetlərin müsadirəsinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.4.2-ci maddəsinin tələbinə əsasən dövriyyədən çıxarılmış əşyalar müvafiq müəssisələrə və ya idarələrə verilməlidir, yaxud məhv edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Həmin Məcəllənin 31-33-cü maddələrinə əsasən işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, Şəxs inzibati xətanı törətməsi faktının təsdiq olunması qənaətinə gəlməklə, inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsi, məsuliyyətini yüngülləşdirən və ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və maddi sübut kimi tanınmış, inzibati xətanın bilavasitə obyekti olmuş 36 ədəd oyun kartı qərar qüvvəyə mindikdən sonra məhv edilməli və qumara qoyulmuş 2 ədəd 5 manatlıq və 22 ədəd 1 manatlıq olmaqla ümumilikdə 32 manat pul müsadirə edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 77, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nın 525-ci maddəsi ilə təqsirli bilinib, ona 3.000 (üç min) manat miqdarında inzibati cərimə tətbiq edilsin. Maddi sübut kimi tanınmış Salyan Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc otağına təhvil verilmiş 36 ədəd oyun kartı qərar qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilməli, 2 ədəd 5 manatlıq və 22 ədəd 1 manatlıq olmaqla ümumilikdə 32 manat pul müsadirə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-649/2023
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-649/2023
28.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver