Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-65/2024 14.02.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ağarza Hacırza oğlu Səmədovun sədrliyi, X7 katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi X4 iştirakı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 05 sentyabr 2023-cü il tarixli MN ******* saylı qərarından X5 nümayəndəsi vəkil Nümayəndə vermiş olduğu şikayətə və əlavə olunmuş sənədlərə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X5 nümayəndəsi vəkil Nümayəndə verdiyi şikayət ərizəsində bildrmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı protokol əsasında tərtib edilən 05 sentyabr 2023-cü il tarixli MN ******* saylı qərarın ləğv edilməsi və əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış şikayətçi X8 məhkəmə iclasına gəlməmiş, lakin nümayəndəsi vəkil Nümayəndə məhkəməyə ərizə göndərərək işə iştirakları olmadan baxılmasını və şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X9 bildirmişdir ki, xx.xx.2023-cü ildə “Tullantılar haqqında” Qanunun icrası ilə bağlı nəzarət tədbiri keçirilmiş və həmin gün saat 12:00 radələrində Şirvan-Salyan yolunun Qaraçala kəndi ərazisindən keçən hissəsində, yoldan 50 metr aralıda tullantıların yandırıldığını müşahidə etmişlər. Tüstü yola istiqamətlənmiş və yolda avtomobillərin hərəkətinə maneə yaranmışdır. Onlar ora yaxınlaşmış və video çəkiliş aparmışdır. Baxış zamanı yaxınlıqdakı istixananın tullantılarının yandırılması müəyyən olunmuşdur. Tullantıların yandırıldığı yerin yaxınlığında istixana və orada işləyən X10 olmuşdur. İlham Cavadov ərazinin onlara aid olmasını və tullantıları atmağa başqa yer olmadığını demişdir. İcra nümayəndəsi ilə əlaqə saxlanılsa da İlham Cavadovun şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Obyektin sahibi müəyyən olunmuş və sahibinin X11 olduğu öyrənilmişdir. H.Həsənovla əlaqə saxlanılmış və o, obyekti satdığını, oranı X5 idarə etdiyini bildirmişdir. V.Cavadovla əlaqə saxlanılmış və o, obyekti etibarnamə əsasında işlətdiyini bildirmişdir. X2 inzibati araşdırmaya gəlməmiş, barəsində protokol tərtib edilmiş və sonradan isə qərar qəbul olunmuşdur. Tullantıları yandıran X5 qardaşı və istixanada işləyən X10 olmuş, lakin idarəetmə V.Cavadova aid olduğu üçün protokol onun adına tərtib olunmuşdur. Vəzifəli şəxs kimi X8 cavabdeh olduğu üçün qərar da onun barəsində qəbul olunmuşdur. Ona görə də verilmiş şikayətin əsassız olduğu üçün rədd olunmasını xahiş etdi. Məhkəmədə elan olunmuş xx.xx.2024-cü il tarixli ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, X8 ünvan 1 ünvanında qeydiyyatdadır. 05 sentyabr 2023-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Salyan rayonu Qaraçala qəsəbəsi ərazisində Salyan-Şirvan yolunun 50 metrliyində fəaliyyət göstərən X1 olduğu istixananın tullantılarını mütamadi olaraq qalaqlanması və yandırılması müəyyən edilmiş, X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və vəzifəli şəxs qismində 2000 manat məbləğində cərimə olunmuşdur. 06 iyul 2023-cü il tarixli, 79976 saylı aktdan və akt əsasında tərtib olunmuş 22 avqust 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Salyan rayonu Qaraçala qəsəbəsi ərazisində Salyan-Şirvan yolunun 50 metrliyində fəaliyyət göstərən X1 olduğu istixananın tullantılarını mütamadi olaraq qalaqlanması və yandırılması faktı müəyyən edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X6 göndərdiyi 05 sentyabr 2023-cü il tarixli məktubdan görünür ki, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X8 barəsində qəbul edilmiş 2000 manat məbləğində 05 sentyabr 2023-cü il tarixli, MN № ******* saylı qərarı icra olunması üçün göndərilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X6 göndərdiyi xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X8 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Salyan rayonu ərazisində “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının qanununun icra vəziyyəti ilə bağlı keçirilən nəzarət tədbirləri zamanı rayonun Qaraçala qəsəbəsi ərazisində fəaliyyət göstərən istixanada formalaşan tullantıların düzgün idarə olunmayaraq Salyan-Şirvan magistral yolundan 40-50 m kənarda qalaqlanaraq yandırılması faktı aşkar edilməsi və faktla bağlı xx.xx.2023-cü il tarixli 79976 saylı aktın tərtib olunaraq inzibati araşdırılma aparılması ilə bağlı xəbərdar edilmişdir. X8 aparılan inzibati araşdırmada iştirak etməsi üçün xx.xx.2023-cü il tarixində saat 12:00-da 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə gəlməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X6 göndərdiyi xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X8 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Salyan rayonu ərazisində “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının qanununun icra vəziyyəti ilə bağlı keçirilən nəzarət tədbirləri zamanı rayonun Qaraçala qəsəbəsi ərazisində fəaliyyət göstərən istixanada formalaşan tullantıların düzgün idarə olunmayaraq Salyan-Şirvan magistral yolundan 40-50 m kənarda qalaqlanaraq yandırılması faktı aşkar edilməsi və faktla bağlı xx.xx.2023-cü il tarixli 79976 saylı aktın tərtib olunaraq inzibati araşdırılma aparılması ilə bağlı xəbərdar edilmişdir. X8 aparılan inzibati araşdırmada iştirak etməsi üçün xx.xx.2023-cü il tarixində saat 12:00-da 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə gəlməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X6 göndərdiyi xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X3 barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN № ******* saylı protokola əsasən inzibati xəta haqqında işə baxılması üçün xx.xx.2023-cü il tarixdə saat 15:00-da, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə gəlməsi xahiş edilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, verilmiş şikayət qismən təmin olunmalı və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 05 sentyabr 2023-cü il tarixli MN ******* saylı qərarı ləğv edilməli, inzibati xəta haqqında işə yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsə həmin protokolun tərtib olunma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydadpa məlumat verilməmiş, qeyd olunan inzibati xətanın X8 tərəfindən törədilməsini təsdiqləyən kifayət qədər sübut işə əlavə olunmamışdır. İnzibati xəta haqqında tərtib olunmuş protokol qanunvericiliyin tələblərinə uyğun deyildir. X5 həqiqətən də vəzifəli şəxs olması, qeyd olunmuş istixanının idarə edilməsi, həmin istixananını onun mülkiyyətində və ya icarəsində olmasını təsdiqləyən sənədlər protokola əlavə olunmamışdır.Eyni zamanda istixananın yaxınlığında qalaqlanmış tullantıların yandırılması halı barəsində inzibati protokol tərtib olunmuş şəxsə aid olub olmamasını müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş hüquqları pozulmuşdur. Qeyd olunan maddədə göstərilir ki, 61.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır: 61.1.1. inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; 61.1.2. izahat vermək; 61.1.3. sübutlar təqdim etmək; 61.1.4. vəsatət və etirazlar vermək; 61.1.5. işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; 61.1.6. inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; 61.1.7. ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək; 61.1.8. inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq; 61.1.9. yol hərəkəti qaydaları əleyhinə törədilən inzibati xəta, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq. 61.2. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə edə bilər. 61.3. İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. 61.4. İnzibati xəta haqqında işə baxarkən hakim, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakını məcburi hesab edə bilər. 61.5. İnzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. 61.6. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən işin hallarının müzakirəsi yetkinlik yaşına çatmayanlara mənfi təsir göstərə biləcəyi hallarda, onlar müvəqqəti olaraq işdə iştirakdan kənarlaşdırılırlar. Eyni zamanda sənədlərdən aydın olmuşdur ki, X8 barəsində protokol tərtib olunarkən Azərbaycan Respublikası İXM-nın 100-cu maddəsinin tələblərinə əməl olunmamışdır. 100.1-ci maddədə qeyd olunmuşdur ki, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 100.2. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. 100.5. Protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 134.1-ci maddəsində qeyd olunmuşdur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. 134.2. Şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsində qeyd olunmuşdur ki, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. 135.2. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs), barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdıran qərarı yalnız bununla əlaqədar zərər çəkmiş şəxsin, bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsin şikayəti və ya prokurorun protesti olduqda qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsində qeyd olunmuşdur ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106,109, 134 və 135-ci maddələrini rəhbər tutaraq,məhkəmə Qəraraaldı: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 05 sentyabr 2023-cü il tarixli MN ******* saylı qərarı ləğv edilsin, inzibati xəta haqqında işə yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ağarza Səmədov
Məhkəmə qərarları › İş №3(057)-65/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-65/2024
14.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver