Məhkəmə qərarları › İş №3(057)-650/2023

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-650/2023

20.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-650/2023 20.07.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1991-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanda yaşayan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan RPŞ-nin olan inzibati xəta haqqında protokola baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Salyan RPŞ-dən məhkəməyə daxil olmuş 19 iyul 2023-cü il tarixli MN № 1655055/706 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 12 iyun 2023-cü il tarixdə saat 13 radələrində Salyan rayonu Noxudlu kəndində yerləşən kafedə qumar oynunda iştirak etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, 10 noyabr 2022-ci il tarixdə Salyan rayonu 1-ci Varlı kəndində yerləşən kafedə qardaşı, qohumları Şeyda, Cümşüd, Ruslan və Orxan ilə birlikdə yemək yemək üçün həmin kafeyə getmişlər. Həmin kafedə puldan qumar oynamışlar. Qumar oynayan zaman polis əməkdaşları kafeyə daxil olmuşlar. Törətdiyi əmələ görə peşmandır. Salyan RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X1 qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi barədə 22 iyun 2023-cü il tarixli qərarından görünür ki, toplanmış materil üzrə əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilərək, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nın 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi əlamətləri olduğundan onun barəsində həmin maddə ilə inzibati qaydada tənbeh tədbirləri görülməsi üçün qərar RPŞ-nin İTB-yə göndərilmişdir. Salyan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Cəmil Cəfərov tərəfindən araşdırmaya təqdim edilmiş 2 ədəd 5 manatlıq və 22 ədəd 1 manatlıq olmaqla ümumilikdə 32 manat nağd pul əskinasları, həmçinin 36 ədəd oyun kartları faktiki hallar təsdiq edilən sübut əhəmiyyətinə malik olduğundan material üzrə maddi sübut kimi tanınaraq və saxlanılması üçün Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Beləliklə, inzibai xəta hadisəsi barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatını və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Ona görə də, Şəxs Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə - oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.4.2-ci maddəsinin tələbinə əsasən dövriyyədən çıxarılmış əşyalar müvafiq müəssisələrə və ya idarələrə verilməlidir, yaxud məhv edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə əsasən işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, Şəxs inzibati xətanı törətməsi faktının təsdiq olunması qənaətinə gəlməklə, inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsi, məsuliyyətini yüngülləşdirən və ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq, məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Maddi sübut kimi tanınmış oyun ləvazimatı 36 ədəd oyun kartlar məhv edilməli və qumara qoyulmuş pul 32 manat müsadirə edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nın 525-ci maddəsi ilə təqsirli bilinib, qumara qoyulmuş pul 32 manat müsadirə edilməklə ona 3.000 (üç min) manat miqdarında inzibati cərimə tətbiq edilsin. Maddi sübut kimi tanınmış oyun ləvazimatı 36 ədəd oyun kartları məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar