Məhkəmə qərarları › İş №3(057)-650/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-650/2025

12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-650/2025 12.06.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Salyan Rayon Polis Şöbəsinin sahə rəisi X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Kürdəmir şəhəri A.Səhhət küçəsi ev 26-da qeydiyyatda olmaqla faktiki olaraq Salyan rayonu Seydan kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə Salyan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Salyan rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Salyan rayonu Seydan kəndində şəxsi istehlak miqdarında təmiz çəkisi 2,73 qram olan kustar üsulla hazrlanmış narkotik vasitə qurudulmuş marixauna əldə edib saxlayaraq daşımışdır. Həmin faktla bağlı Salyan RPŞ-nin sahə rəisi X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə MN 2196577/288 saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün 12 iyun 2025-ci il tarixdə Salyan rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Salyan Rayon Polis Şöbəsinin sahə rəisi X6 izahatında göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə Salyan rayonu Seydan kəndi ərazisində narkotik vasitələrin qanunsuz dövriuyyəsi ilə məşğul olub, üzərindən 2,73 qram qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları qəbul etməmiş, barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Şəxs inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Salyan RPŞ-nin İB-nin CAB-nin axtarış üzrə baş əməliyyat müvəkkili polis baş leytenantı X7 tərəfindən tərtib edilmiş 10 iyun 2025-ci il tarixli axtarışda olan şəxsin saxlanılması barədə protokoldan görünür ki, Salyan RPŞ-nin İstintaq Bölməsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməklə xx.xx.2025-ci il tarixdən Salyan RPŞ-nin İB tərəfindən axtarışa elan olunmuş, xx.xx.1980-cı ildə Kürdəmir rayonunda anadan olmuş və Kürdəmir rayonu Abbas Səhhət küçəsi, ev 26-da qeydiyatda olan və barəsində Salyan RPŞ-də xx.xx.2025-ci il tarixdə 720133 nömrəli axtarış işi açılmış Şəxs xx.xx.2025-ci il tarixdə saat 19:00 radələrində Salyan RPŞ-nın əməkdaşları tərəfindən Salyan rayonu Seydan kənd ərazisində yaşadığı evin qarşısında saxlanılaraq, saat 19:25də Salyan RPŞ-ə gətrilmişdir. Salyan RPŞ-nin müstəntiqi polis mayoru İlqar İsmayılovun 12 iyun 2025-ci il tarixli raportundan görünür ki,Salyan RPŞ-nin İstintaq Bölməsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsilə inzibati tənbeh tədbirinin görülməsi haqqında qəbul edilmiş qərarın icra edilməsi üçün adiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs 2025-ci il aprelin 23-də Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar və ona elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan etmək mümkün olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, onun Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsi ilə ittiham elan etmək mümkün olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, onun Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün qəbul edilmiş qərarın surəti Salyan RPŞ-nin X2 göndərilsin. Mövcud Qanunvericilikdə çətənə (kannabis) toxumlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti nəzərdə tutulmadığından həmin xüsusat üzrə Şəxs barəsində cinayət təqibinin başlanılması rədd edilmiş,onun öz müdafiəsi üçün gətirdiyi dəlillər özünü müdafiə xarakterli olduğundan törətdiyi cinayət əməlinə görə məsuliyyətə cəlb olunmaqdan boyun qaçırmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi daşımaqla toplanmış mötəbər sübutlarla təkzib edildiyindən və cinayət işinin materiallarına uyğun olmadığından əsassız hesab edilərək tənqidi yanaşılmaqla bütünlüklə rədd edilmiş, X4 əməlində hər-hansı cinayətin tərkib əlamətləri müəyyən edilmədiyindən barəsində cinayət işinin balanılması rədd edilmiş, Şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 13 ədəd cəmi 64,74 qram çəkidə çətənə (kannabis) bitkilərin və 2,71 qram narkotik vasitə qurudulmuş marixuananın cinayət işi üzrə maddi sübut kimi qiymətləndirilib saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınmış,Məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizasının rəyləri, baxış və götürmə protokolları, ifadələr və protokollar, şəxsin üzərində və yaşadığı ünavanda keçirilmiş baxış və götürməni əks etdirən 02 ədəd CD disk iş üzrə sübut növü kimi qiymətləndirilsin və cinayət işinə əlavə olunmuş, şübhəli şəxs qismində tutularkən X3 üzərindən aşkar edilərək götürülmüş “Samsung” markalı mobil telefon iş üçün sübut əhəmiyyətinə malik olmadığından özünə qaytarılmışdır.Qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Salyan rayon prokuroruna göndərilmişdir. “Cinayət törətməkdə şübhəli şəxsi tutulma haqqında” 22 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs şübhəli şəxs qismində 22 aprel 2025-ci il tarixdə saat 00:40 dəqiqədə Salyan RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması üçün barəsində axtarış elan edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbirinin şərtlərini pozduğuna və istintaqdan yayındığına görə barəsində axtarış elan edilməklə,Salyan RPŞnin MSY-nə təhvil verilməsi qərara alınmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin Lənkəran şəhər X1 X9 Yoxlamanın xx.xx.2025-ci il tarixli 322 № saylı rəyinə əsasən Şəxs KANNABİNDİLƏRİN qəbulundan yaranan Aslılıq SİNDROMU (Narkomaniya xəstəliyi” aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülmüşdür. Məhkəmə-bioloji ekspertizasının 22 aprel 2025-ci il tarixli, 18/329 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “..Şəxs yaşadığ evdən..13 ədəd ..” sözləri və imzalar olan polietilen torbada 13 ədəd, yaş vəziyyətdə şəmiz çəkisi - 65,Oqram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. 2) Tədqiqata təqdim olunmuş üzərində: “...Şəxsr üzərindən..” sözləri və imzalar olan kağız paketdə 01 ədəd polietilen torbada təmiz çəkis - 2,73qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.Tədqiqata təqdim edilmiş 13 ədəd çətənə bitkiləri və marixuana orqanoleptil əlamətlərinə və tərkiblərinə görə eyni tərkiblidirlər. Aqronomun rəyinə əsasən təqdim olunmuş 13 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 37.1-ci maddəsinə əsasən, inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. 37.4-cü maddəsinə əsasən, şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 115.2-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda vurulmuş maddi zərərin ödənilməsi, həmçinin inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxsə məcburi müalicənin təyin edilməsi məsələləri hakim tərəfindən həll edilir. 206-cı maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq cərimə tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır inzibati tənbehin, yəni inzibati həbs növündə inzibati tənbehin təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda, o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş tənbeh ədalətli olmamaqla işin hallarına və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin şəxsiyyətinə uyğun olmaz, inzibati tənbehin məqsədləri təmin edilə bilməz. Həmçinin, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 37.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Salyan RPŞ-də saxlanılan qalıq çəkisi 2,71 qram narkotik vasitə olan qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Salyan RPŞ-də saxlanılan qalıq çəkisi 2,71 qram narkotik vasitə olan qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar