Məhkəmə qərarları › İş №3(057)-653/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-653/2024

29.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-653/2024 29.07.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, Şəxs MMC-nin nümayəndəsi X3 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olan inzibati xəta haqqında protokola baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Salyan rayonu, Arbatan kəndi, ev 1 ünvanında qeydiyyatda olan Şəxs MMC ünvanına 94319191 nömrəli nəqliyyat vasitəsi ilə daxil olmuş yüklərin **********1390 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli Gömrük Bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edildiyi, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilmişdir. Həmin faktla bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC -nin barəsində Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsi ilə 04 iyul 2024-cü il tarixli 00100-01655/24 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X8 tərəflərindən verilmiş etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Şəxs MMC-də gömrük işləri üzrə mütəxəssis vəzifəsində işləyir. Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş protokolla razı deyildir. Məhkəməyə təqdim olunmuş sənədlərlə tanış olmuşdur. Araşdırmaya dəvət olunmamışlar, dəvət olunmuş olsaydılar sübut edə bilərdilər ki, Şəxs MMC-nin ünvanına gələn yüklərə öncədən **********5665 sorğu nömrəli, xx.xx.2024-cü il tarixdə saat 18:22:31-də X10 Bəyannaməsi Tərtib edilmiş və DGK-nin məlumatlandırılmışdır. Həmin bəyannamə X5 aktivdir. Ona görə də, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş protokol əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş, lakin həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmiş və işə onun iştirakı olmadan baxılması barədə məhkəməyə vəsatət təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxs Şəxs MMC-nin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdırıb işdə olan sübutlara qiymət verərək belə qənaətə gəlir ki, Şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Belə ki, iş materiallarında olan Bakı Baş Gömrük İdarəsinin Sənəd Dövriyyəsi Şöbəsindən daxil olmuş 3-33-1100/012/013335 nömrəli, xx.xx.2024-cü il tarixli raportda qeyd olunmuşdur ki, Şəxs MMC-nin ünvanına 94319191 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş yük üçün Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. İş materiallarında olan Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursundan “dəmiryolu ilə daşınan mallara” dair çıxarışdan görünür ki, 94319191 nömrəli nəqliyyat vasitəsi ilə Şəxs MMC-nin ünvanına göndərilən mallar xx.xx.2024-cü il tarixdə saat 02:18 radələrində “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmişdir. İş materiallarında olan 04 iyul 2024-cü il tarixli, 00100-01655/24 saylı inzibati xəta haqqında protokolda Salyan rayonu, Arbatan kəndi, ev 1 ünvanında qeydiyyatda olan Şəxs MMC ünvanına 94319191 nömrəli nəqliyyat vasitəsi ilə daxil olmuş yüklərin **********1390 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli Gömrük Bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edildiyi, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilmədiyi qeyd olunmuşdur. İş materiallarında olan 04 iyul 2024-cü il tarixli, 00100/01483 saylı qərardaddan görünür ki, Şəxs MMC barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və digər materiallar baxılması üçün aidiyyəti üzrə Salyan Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə olunmuş Şəxs MMC elektron kabinet vasitəsilə məhkəməyə etiraz ərizəsi təqdim etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş protokola əsasən, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsinin tələblərinə əsasən cərimə edilməsi ilə bağlı məhkəməyə müraciət edilmişdir. Yazıb sizə bildirmək istəyirik ki, Şəxs MMC-nin cərimə edilməsi ilə bağlı Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsinə əsasən tərtib edilən protokol tamamilə əsassızdır. Belə ki, X6 görünür ki, Şəxs MMC-nin ünvanına X7 Co.LTD şirkətindən gələn yüklərə öncədən **********5665 sorğu nömrəli, xx.xx.2024-cü il tarixdə saat 18:22:31-də X10 Bəyannaməsi Tərtib edilmiş və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi bu barədə məlumatlandırmaq **********1390 sorğu nömrəli gömrük bəyannaməsinin 31-ci qrafasında müvafiq qeyd aparılmışdır. Hal-hazırda da sözü gedən **********5665 sorğu nömrəli, xx.xx.2024-cü il tarixdə X10 Bəyannaməsi həmin X5 aktivdir. Sözü gedən **********5665 sorğu nömrəli, xx.xx.2024-cü il tarixdə X10 X2 protokolda göstərilmiş xx.xx.2024-cü il tarixdə saat 02:18 radələrində “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postundan keçərək Azərbaycan Respublikası Gömrük ərazisinə gətirilməzdən və qeydiyyata alınmasından öncə tərtib edilmişdir. Ona görədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş protokol əsaslı hesab edilə bilməz. Qeyd olunanlara əsasən tərtib edilmiş protokola etiraz edərək, təmin edilməməsini xahiş etmişdir”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.11-ci maddəsinə əsasən gömrük bəyannaməsi - malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir. İXM-in 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Qeyd edilən maddənin dispoziyasından göründüyü kimi, qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə inzibati məsuliyyət müəyyən edilir. Məhkəmə qeyd edir ki, Şəxs MMC tərəfindən qısa idxal bəyannaməsi tərtib edilmişdir. Bu fakt məhkəməyə təqdim edilmiş X10 Bəyannaməsinin surəti ilə öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə, Şəxs MMC tərəfindən mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilməməsi kimi hərəkətlərə yol verilməməsi qənaətinə gəlir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən idarənin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində Şəxs MMC tərəfindən “malların gömrük ərazisinə gətirilməzdən əvvəl mallara dair gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi verilməməsi” faktına görə araşdırma aparıldığı həmin araşdırmada Şəxs MMC-nin nümayəndəsinin xx.xx.2024-cü il tarixdə, saat 10:00-da iştirakına dair məktub tərtib olunsa da, həmin məktubun barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə göndərilməsi öz təsdiqini tapmır. Bundan başqa, Şəxs MMC-nin ünvanına X4 Co.LTD şirkətindən gələn yüklərə dair “X10 bəyannaməsi” xx.xx.2024-cü il tarixdə, saat 18:22:31-də tərtib edilmiş və bu barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi məlumatlandırılmışdır. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilməməsi kimi hərəkətlər edilmədiyindən onun İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati məsuliyyəti istisna edilir. Bu baxımdan Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Bu səbəbdən Şəxs MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 125 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə 04 iyul 2024-cü il tarixli 00100-01655/24 saylı inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar