Məhkəmə qərarları › İş №3(057)-654/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-654/2025

24.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-654/2025 24.06.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Yüzbaşıyev Ramil Vahid oğlunun katibliyi, “X6 İstehsalat Kommersiya” Şirkətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqdim edilmiş inzibati xəta haqqında № 00100-01544/25, EP № ******* saylı, 04 iyun 2025-ci il tarixli protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, AZ5200, Salyan rayonu, Salyan şəhəri, Qalalı ünvanında qeydiyyatda olan “X7” İstehsalat Kommersiya Şirkəti (VÖEN:**********) tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixli **********3550 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən malların Azərbaycan Respublikası gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsinin verilib-verilməməsini müəyyən etməkdən ötrü Gömrük Xidmətinin “X1 sistemi” informasiya resursuna baxış keçirilmişdir. Baxış zamanı “X6 İstehsalat Kommersiya” şirkəti tərəfindən Bakı Baş Gömrük İdarəsində xx.xx.2025-ci il tarixli **********3550 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların 50ER127/50ZB126 dövlət nömrə nişanlı nəqliyyat vasitələri ilə xx.xx.2025-ci il tarixdə saat 05:41-də Mazımqara gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi, gətirilmiş mallara dair tərtib edilməli olan qısa idxal bəyanaməsinin gömrük orqanına təqdim edilməməsi müəyyən edilmişdir. Həmin faktla bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat- İstintaq Baş İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı X5 tərəfindən “X6 İstehsalat Kommersiya” şirkətinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 485.2-ci maddəsi ilə № 00100-01544/25, EP № ******* saylı, 04 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X6 İstehsalat Kommersiya” şirkətinin nümayəndəsi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin nümayəndələr məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmiş, həmçinin işə onların iştirakları olmadan baxılması barədə məhkəməyə vəsatət təqdim etməmişdirlər. İXM-in 64.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X6 İstehsalat Kommersiya” şirkətinin nümayəndəsinin və Gömrük Komitəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hüquqi şəxs “X6 İstehsalat Kommersiya” şirkəti tərəfindən İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirildiyindən hüquqi şəxs “X6 İstehsalat Kommersiya” şirkəti həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, iş materiallarında olan qaimənin surətindən görünür ki, X6 İstehsalat Kommersiya” şirkəti tərəfindən Bakı Baş Gömrük İdarəsində xx.xx.2025-ci il tarixli **********3550 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar 50ER127/50ZB126 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2025-ci il tarixdə saat 05:41-də Mazımqara gömrük postundan keçməklə Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin inspektoru X3 xx.xx.2025-ci il tarixli raportundan görünür ki, xx.xx.2025-cü il tarixdə “X6 İstehsalat Kommersiya” şirkəti tərəfindən AİFA ANALİTİK LABORATUVAR-dan 50ZB126 olan nəqliyyat vasitəsilə idxal edilmiş avadanlıqlara dair Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən olunmuş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilməsinə dair gömrük xidmətinin VAİS-də məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. İXM-nin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Həmçinin X7” İstehsalat Kommersiya Şirkətinin etibarnamə üzrə nümayəndəsi X2 izahatında qısa idxal bəyannaməsinin verilməməsinin səbəbini ixracatçı şirkət tərəfindən mallara dair müvafiq sənədlərin vaxtında göndərilməməsi ilə izah etmiş, bununla da, müvafiq şirkət tərəfindən qısa idxal bəyannaməsinin verilməməsini etiraf etmişdir. Lakin inzibati təhbehdən boyun qaçırmaq məqsədi ilə bəyannamənin verilməməsini yuxarıda qeyd edilmiş dəlillə əsaslandırmışdır. Bundan başqa X2 inzibati xəta haqqında işin materialları ilə tanış olma barədə tərtib olunmuş protokola imza edərək heç bir vəsatətinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-33-cü maddələrinə əsasən inzibati xəta üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, “X6 İstehsalat Kommersiya” şirkəti tərəfindən “ALFA ANALİTİK LABORATUVAR” dan mallar idxal olunmuş, lakin həmin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Bununla da, həmin hüquqi şəxs tərəfindən İXM-in 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Odur ki, həmin hüquqi şəxs həmin inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan maddələrini, işin hallarını, inzibati xətanın xarakterini və hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən İXM-in 31.3-cü maddəsi ilə nəzərdə tutulmuş digər halları nəzərə alaraq hesab edir ki, hüquqi şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: “X6 İstehsalat Kommersiya” Şirkəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şahəddin Kələntərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar