Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-655/2024 12.07.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1995-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Salyan rayonu, Arbatan kəndində qeydiyyatda olmaqla, Salyan şəhəri, B.Talıblı küçəsi, ev 10-da yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan RPŞ-nin olan inzibati xəta haqqında protokola baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Salyan RPŞ-dən məhkəməyə daxil olmuş 12 iyul 2024-cü il tarixli MN № 1988252/831 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Salyan rayonu Bayraq meydanı ərazisində Zərərçəkmiş şəxs məxsus KİO RİO markalı avtomobilin arxa şüşəsini sındıraraq ona 200 (iki yüz) manat ziyan vurmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Bakı şəhərindən Salyan rayonuna gələrkən Ələt-Astara magistralının 57-ci km-də olan zaman avtomaşınların güzgüləri bir birinə dəymişdir. Həmin avtomaşının surücüsü avtomobilini saxlamamış və o, avtomaşının arxası ilə sürmüç və onu saxlatdırmışdır. Həmin şəxs ona dəymiş ziyanı ödəyəcəyini demişdir. Lakin həmin şəxs pulu ödəməmişdir. Avtomaşının sürücüsünün Salyan şəhər sakini Nicat olması ona məlum olmuşdur. Bu barədə Salyan rayon polis şöbəsinə məlumat vermişdir. 18 iyun 2024-cü il tarixdə o, Salyan şəhərində Bayraq meydanın yaxınılığında Nicatla mübahisəsi olmuş və əlindəki güzgü ilə vurub Nicatın avtomaşının arxa şüşəsini sındırmışdır. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, ** BP *** dövlət qeydiyyat nişanlı avtomaşın ona məxsusdur. 10 gün bundan əvvəl Bakı şəhərinə gedən zaman Salyan rayonu Ələt-Astara magistralının təxminən 57-ci km-də olan zaman qarşıdan gələn avtomaşın ilə idarə etdiyi avtomaşının güzgüləri bir birinə dəymişdir. Sonradan həmin maşının Salyan şəhər sakini Coşğun adlı şəxsə məxsus olmasını bilmiışdır. Bir neçə gün onunla danışmışlar. Lakin razılaşa bilməmişlər. Coşğun həmin toqquşma barəsində DİN-in “102” Xidməti-Zəng Mərkəzi sisteminə məlumat vermişdir. Bu barədə Salyan RPŞ-nın DYPBdə araşdırılma aparılmışdır. 18 iyun 2024-cü il tarixdə Bakı şəhərinə gedən zaman avtomaşında tək, Salyan dairəsində dayanmışdır. Həmin zaman Coşğun adlı şəxs ona yaxınlaşmış və qırılmış güzgüsünün pulunu istəmişdir. Lakin o, Coşğuna əhəmiyyət verməmişdir. Ona qarşı nalayiq ifadələr işlətməyə başlamışdır. O, oradan maşına minib uzaqlaşmışdır. Coşğun adlı şəxs özünə məxsus olan avtomaşınla arxası ilə gəlib, Salyan rayonu Bayraq meydanının yaxınlığında onu saxlatdırmışdır. Onu avtomaşından aşağı enmiş, həmin zaman Coşqun adlı şəxs ona məxsus olan Kia Rio markalı avtomaşının arxa şüşəsini sındırmışdır. Hazırda tələbi Coşğunun ona dəymiş ziyanı ödəməsidir. İş materiallarında olan Salyan rayon PŞ-nin TQ-nun təhqiqatçısı, polis baş leytenantı X1 cinayət işinin başlanmasının rədd edilməsi barədə 28 iyun 2024-cü il tarixli qərarının surətindən görünür ki, Salyan şəhəri 20 Yanvar küçəsi ev 20-də yaşayan Zərərçəkmiş şəxs 18 iyun 2024-cü il tarixdə Salyan rayon polis şöbəsinə müraciət edərək, Salyan rayonu Bayraq meydanı yaxınlığında Coşğun adlı şəxs ilə mübahisə edən zaman Coşğun adlı şəxsin ona məxsus olan Kia Rio markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa şüşəsini sındırmasını bildirilmişdir.Toplanmış material üzrə cinayət işinin başlanılması əməllərində cinayət tərkibi olmadığından rədd edilmişdir. Beləliklə, inzibati xəta hadisəsinin olması və cinayət işinin başlanmasının rədd edilməsi barədə 28 iyun 2024-cü il tarixli qərarla, 12 iyul 2024-cü il tarixli MN № 1988252/831 nömrəli inzibati xəta haqqında protokola və protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Şəxs hərəkətində Azərbaycan Resrublikası İXM-nin 232-1-ci maddəsinin tərkibi var və o, həmin inzibati xətaların törədilməsində təqsirli bilinməlidir. Azərbaycan Resrublikası İXM-nin 232-1-ci madəsinə əsasən əmlakı qəsdən məhv etmə və ya zədələmə Özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Qeyd: Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə əsasən işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, Şəxs inzibati xətanı törətməsi faktının təsdiq olunması qənaətinə gəlməklə, inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsi, məsuliyyətini yüngülləşdirən və ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq, məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş, inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilinib, ona inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğdə yəni, 200 (iki yüz) manat miqdarında cərimə inzibati tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №3(057)-655/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-655/2024
12.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver