Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-656/2024 15.07.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.2003-cü il də Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Salyan şəhəri, 20 Yanvar küçəsi, ev 16-də qeydiyyatda olmaqla yaşayan, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 334.3-cü maddələrinin tələblərinin pozulması ilə əlaqədar Salyan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs sürücülük vəsiqəsi olmadan sərxoş halda xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində Salyan şəhəri, 20 Yanvar küçəsində, «Vaz-21074” markalı, **-BX-*** dövlət nömrə nişanlı avtomaşını idarə edərkən idarə etməni itirmiş, avtomobil yolun kənarında olan qaz borusuna dəyərək, aşmış və yolun kənarında olan kolluq əraziyə düşmüşdür. Hadisə zamanı avtomobilin qabaq sağ oturacağında sərnişin kimi əyləşmiş Zərərçəkmiş şəxs xəsarət almaqla avtomobilə maddi ziyan dəymişdir. Bununla əlaqədar aparılmış araşdırma nəticəsində Salyan RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenanyı Fuad Mirzəzadənin cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı əsasında Salyan RPŞ-nin DYPB-nin DAM polis baş leytenantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 334.3-cü maddələri ilə xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, iş materialları ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində Salyan şəhəri, 20 Yanvar küçəsində, dostu Zərərçəkmiş şəxs ilə birlikdə 4 ədəd spirtli içki olan “Go” pivəsi içmişlər. Sonra Fəridin atasına məxsus «Vaz-21074” markalı, **-BX-*** dövlət nömrə nişanlı avtomaşını Salyan şəhəri, 20 Yanvar küçəsində idarə etmişdir. Həmin vaxt Fərid sərnişin kimi avtomobili qabaq sağ oturacağında əyləşmişdir. Hərəkətdə olan zaman idarə etməni itirmiş, avtomobil yolun kənarında olan qaz turbasına dəyərək, aşmış və yolun kənarında olan kolluq əraziyə düşmüşdür. Hadisə zamanı Zərərçəkmiş şəxs xəsarət almışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində Salyan şəhəri, 20 Yanvar küçəsində, dostu Zərərçəkmiş şəxs ilə birlikdə 4 ədəd spirtli içki olan “Go” pivəsi içmişlər. Sonra atasına məxsus «Vaz-21074” markalı, **-BX-*** dövlət nömrə nişanlı avtomaşını idarə etməsi üçün Ceyhuna vermişdir. Özü isə qabaq sağ oturacaqda sərnişin kimi əyləşmişdir. Ceyhun avtomobili Salyan şəhəri, 20 Yanvar küçəsində idarə etmişdir. Hərəkətdə olan zaman Ceyhun idarə etməni itirmiş, avtomobil yolun kənarında olan qaz turbasına dəyərək, aşmış və yolun kənarında olan kolluq əraziyə düşmüşdür. Hadisə zamanı yüngül xəsarət almaqla avtomobilə maddi ziyan dəymişdir. Ceyhundan şikayətçi deyil, ancaq avtomobilə dəymiş ziyanı ödəməsini istəyir. İş materiallarında olan Salyan RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenanyı Fuad Mirzəzadənin cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın sürətindən görünür ki, Şəxs və Zərərçəkmiş şəxs əməllərində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.1 və 334.3cü maddələri və Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 336.1-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın sürəti Salyan RPŞ-nin DYPB-nə göndərilmişdir. İş materiallarında görünür ki, xx.xx.2024-cü il tarixli, 259 saylı “Canlı şəxsin Ekspirtizası” rəyinə əsasən Şəxs və Zərərçəkmiş şəxs hər ikisi hadisə zamani sağlamlığlarının qısa müddətə pozulmasına səbəb olan yündül zərərvurmaya aid xəsarət almişlar. İş materiallarında görünür ki, Salyan RPŞ-nin DYPB-nin Alcovizor-Jupiter X markalı sərxoşluq hallarının bütün növlərini təyin edən alkotesterdən alınmış alınmış talona əsasən xx.xx.2024-cü il tarixdə Şəxs yüngül dərəcəli sərxoş olması müəyyən edilmişdir. İş materiallarında görünür ki, “İnam-93” kiçik müəssisəsinin xx.xx.2024-cü il tarixli, 97 nömrəli Ziyan aktından görünür ki, xx.xx.2024-cü il tarixdə törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində «Vaz-21074” markalı, **-BX-*** dövlət nömrə nişanlı avtomobilə 5800 manat naddi ziyan dəymişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam təsdiq olunur. Şəxs həmin inzibati xətanın törədilməsində təqsirlidir. X1 barəsində tərtib olunmuş protokolda Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya baxılması məhkəmənin səlahiyyətinə aid olmadığından həmin maddələr üzrə qərar qəbul olunması mümkün deyildir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə əsasən inzibati xətanın xarakterini, Şəxs təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən hallar kimi özünün etirafını, törətdiyi əməlindən səmimi peşimançılıq hissi keçirməsini və məsuliyyətini ağırlaşdıran halların olmaması kimi halları nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Həmin Məcəllənin 150.11-ci maddəsinə əsasən Şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinərək, barəsində 800 (səkkiz yüz) manat məbləğində cərimə tətbiq edilsin. Şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №3(057)-656/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-656/2024
15.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver