Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-659/2024 16.07.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Aqil qızının iştirakları ilə xx.xx.1994-cü ildə Salyan rayonu, Arbatan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, 3 azyaşlı uşağı olan, işsiz, Salyan rayonu, Arbatan kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya Şöbəsindən daxil olan 16 iyul 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən tərtib edilmiş 16 iyul 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar 16 iyul 2024-cü il tarixdə Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Salyan Rayon Məhkəməsinin 16(057)- 15/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs uşaqla ünsiyyət hüququnu X1 təmin etmir. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 protokolu müdafiə edərək göstərdi ki, Salyan Rayon Məhkəməsinin 16(057)- 15/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi xx.xx.2024-cü il tarixdə icra məmuru Coşqun İsmayılovun icraatına daxil olmuşdur. Daha sonra icra hərəkətlərinə başlanılmışdır. xx.xx.2024-cü il tarixdə Şəxs İcra və Probasiya Şöbəsində izahatı alınmış və məhkəmə qərarında qeyd olunan tələb tərəfindən icra edilmədiyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə veriləcəyi ona izah edilmişdir. İzahatı alınan zaman icra sənədi barədə məlumatı olduğunu, icra sənədini icra etməməsinin səbəbinin uşaqların ataları ilə görüşmək istəməməsi olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, 3 azyaşlı uşağı var. Hazırda işləmir. İcra və Probasiya Şöbəsinin iş üzrə icraata başlamaq haqqında qərarı 02 iyul 2024-cü il tarixdə almışdır. İcra məmurunun çağırışlarında iştirak etmişdir. Uşaqları ataları ilə görüşməsi üçün iki dəfə gətirmişdir. Birinci dəfə görüş salyan şəhərinə istrahət parkında olmuşdur. Həmin vaxt tələbkar uşaqlarına onun barəsində xoş olmayan sözlər dediyi üçün uşaqları görüşməkdən imtina etmişdir. İkinci dəfə ünsiyyət İcra şöbəsində olmuşdur, icra məmurunun otağında akt tərtib edildiyi vaxtı tələbkar otaqdan çıxıb getmişdir. Bu barədə akt tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs göstərdi ki, uşaqla ünsiyyət tələbinə dair mülki iş İcra Hakimiyyətinin Qəyyyumluq və Himayəçilik Komissiyasından rəy alınması üçün göndərilmişdir. 2 həftədən artıqdır ki, uşaqları ilə görüşə bilmir. Şəxs uşaqları görüşə gətirdiyini desə də, bu yalandır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Salyan Rayon Məhkəməsinin 16(057)-15/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Zərərçəkmiş şəxs xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X7 ilə hər həftənin şənbə günü saat 15:00-dan saat 18:00-dək hazırkı mübahisə üzrə Salyan Rayon Məhkəməsinin qətnaməsi icra olunana qədər ünsiyyətdə olmaq hüququ təmin edilməsi Şəxs Adil qızına və digər şəxslərə (ailə üzvlərinə) həmin hüququn həyata keçirilməsinə maneçilik törədilməsinə yönəlmiş hərəkətlər qadağan edilməsi qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə borclunun ünvanına göndərilmişdir. İş materiallarında olan Şəxs tərəfindən Salyan rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış ərizənin ksero surətindən görünür ki, “Salyan Rayon Məhkəməsinin 16(057)- 15/2024, xx.xx.2024-cü il qərardadı ilə Zərərçəkmiş şəxs xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X7 ilə hər həftənin şənbə günü saat 15:00-dan saat 18:00-dək hazırkı mübahisə üzrə Salyan Rayon Məhkəməsinin qətnaməsi icra olunana qədər ünsiyyətdə olmaq hüququ təmin edilsin, Şəxs Adil qızına və digər şəxslərə (ailə üzvlərinə) həmin hüququn həyata keçirilməsinə maneçilik törədilməsinə yönəlmiş hərəkətlər qadağan edilsin. Ərizə qalan hissədə təmin edilməsi qərara alınmışdır. Nəzərinizə çatırıram ki, Salyan Rayon Məhkəməsinin 16(057)-9/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı icra edildiyi vaxt Zərərçəkmiş şəxs Salyan rayon İcra şöbəsinə ərizə ilə müraciət edərək uşaqlarla görüşmək istəmədiyini bildirmişdir və həmin ərizə icra işinə əlavə edilmişdir. Qeyd olunmalıdır ki, uşaqlar ataları Zərərçəkmiş şəxslə görüşmək istəmirlər, belə ki, xx.xx.2024-cü il tarixli qərardad icra edilən zaman o, nalayiq ifadələr işlətmişdir və nəticədə uşaqlar dəfələrlə stress keçirərək qorxmuşlar, psixikalarına mənfi təsir göstərmişdir. Daim spirtli içkilər qəbul edir. Uşaqlar həmişə ona nifrət ediblər. Uşaqlar artıq hər şeyi başa düşürlər, onunla görüşmək ünsiyyətdə olmaq istəmirlər. Ümumiyyətlə üz-üzə gəlmək istəmirlər. xx.xx.2024-cü il tarixli qərardad icra edildiyi zaman Zərərçəkmiş şəxs Əlverdi oğlu ilə görüşdükdən sonra onlar rahat yata bilmirlər, dərslərinə hazırlaşa bilmirlər və bu halı qəbul edə bilmirlər. Həmçinin qərardadın icra edilməməsi ilə bağlı tərəfinizdən barəmdə təsir forması olaraq polis orqanlarına müraciət edilmişdir. Lakin bu iş polis orqanlarına aid olmadığı üçün tədbir görülməmişdir. Bildiriəm ki, mənə təsir edərək uşaqların Salyan rayon parkına gətirilməsi barədə mənə ərizə yazdırmışdınız, bu hal qeyri qanuni və əsassızdır. Qərardadda uşaqlarla ünsiyyət hüququ verilməsi qət edilmişdir. Şəxsi vəsaitimlə uşaqları Salyan rayonu, Arbatan kəndindən hər hansı bir əraziyə gətirilməsi nəzərə tutulmamışdır. Bu tərəfinizdən ciddi qanun pozuntusudur. Salyan Rayon Məhkəməsinin qərardadı ilə ilkin aliment ödənilməsi qət edilmişdir, lakin icra edilmir. Uşaqlar əvvəllər də təzyiqlərlə üzləşdiklərindən ümumiyyətlə görüşmək, ünsiyyətdə olmaq istəmirlər və zorla onların görüşə aparılması, daha da pis təsir göstərəcəkdir”. Məhkəmə, icra işinin materiallarını tədqiq edərək barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi halların mövcud olmadığı barədə nəticəyə gəlir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”. Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinə əsasən, “icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir”. Məhkəmə hesab edir ki, icra məmuru hazırki icra sənədinin icrası ilə bağlı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan bütün mümkün icra tədbirlərini yerinə yetirmədən, borclunun icra sənədinin icra edilməsi üçün tələbin üzrsüz səbəbdən icra etməməsi barədə nəticəyə gəlmiş və əsassız olaraq onun inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borclu icra məmurunun müəyyən etdiyi vaxtda ünsiyyət üçün uşaqları xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X5 müəyyən edilmiş yerə aparmış və bu barədə aktda qeyd var. Məhkəmə iclasında fikri öyrənilən X4 anası tərəfindən atası onların ünsiyyətdə olmasına heç bir qadağa qoyulmadığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlumdur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Lakin məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi. Yəni, əgər borclu icranı könüllü şəkildə icra etmir və ya icra etməkdən boyun qaçırırsa yuxarıda sadalanan hərəkətlər icraçı tərəfindən məhkəmənin qətnaməsinin icrası üçün edilə bilər. İXM-in 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclu Şəxsnun hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə araşdırılan sübutları qiymətləndirərək hesab edir ki, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi öz təsdiqini tapmadığından, yəni inzibati xəta tərkibi olmadığından Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 61, 114, 115 və 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından Salyan Rayon Məhkəməsinin 16(057)-15/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı inzibati xəta haqqında başlanmış iş üzrə icraata xitam verilsin. Qərardan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-659/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-659/2024
16.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver