Məhkəmə qərarları › İş №3(057)-66/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-66/2024

13.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-66/2024 13.12.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Rəşad oğlunun iştirakları ilə xx.xx.1998-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, sübay, işsiz, Salyan şəhəri, A.Hüseynov küçəsi, ev 2 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, X11 küçəsi, məhəllə 500, giriş 507, mənzil 62 ünvanında kirayədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya şöbəsindən daxil olan 01 fevral 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsinə əsasən tərtib edilmiş 01 fevral 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar 01 fevral 2024-cü il tarixdə Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, borclu Şəxs Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli icra sənədləri göstərilən tələbləri icra etməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 göstərmişdir ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-2699/2023 saylı icra vərəqəsi üzrə 3220 manat aliment borcu qalmışdır. Digər icra vərəqələri üzrə ödəniş etməmişdir. Zərərçəkmiş şəxs1 aliment borcunu tələb edir. Borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq çağırışlara gəlməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs göstərdi ki, Salyan RPŞ-nə saat 16:00-da gətirilmişdir. İcra sənədləri üzrə borcunu ödəməmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 3220 manat aliment borcu vardır. İnzibati xəta haqqında protokola, iş materiallarında olan digər sübutlara məcmu şəklində qiymət verərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri olması tam sübuta yetirilir. Belə ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 16(002)-68/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, 07 avqust 2023-cü il tarixdən başlayaraq Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan 2(002)-2699/2023 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənə qədər, iddia təmin edildikdə isə məhkəmə aktının icrasına qədər, 05 may 2021-ci il təvəllüdlü X1 üçün hər ay 220 manat məbləğində müvəqqəti alimentin cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməsi qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə borcluya təqdim edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-2699/2023 saylı icra vərəqəsindən görünür ki, Şəxs ilə Zərərçəkmiş şəxs1 arasında xx.xx.2020-ci il tarixdə 3 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsində 1967 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2021-ci il təvəllüdlü X2 iddiaçı Zərərçəkmiş şəxs1 ilə qalması, xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Şəxs Zərərçəkmiş şəxs1 xeyrinə hər ay 220 manat sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə borcluya təqdim edilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(057)- 1908/2021 saylı icra vərəqəsindən görünür ki, Şəxs xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********99141 olan X14 8 markalı telefon üçün 601.2 manat ödənilməmiş hissə, 60 manat cərimə, xx.xx.2020-ci il tarixli müaviləsinə əsasən, İMEİ Kodu **********07056 olan Samsung Galaxy A10 markalı telefon üçün 379.8 manat ödənilməmiş hissə, 37 manat cərimə, ümumilikdə 1078 manat pul, 30.78 manat ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə borcluya təqdim edilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(057)- 2009/2022 saylı icra vərəqəsindən görünür ki, Şəxs 1550 manat və dövlət rüsumu kimi ödənilmiş 35.50 manat tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə borcluya təqdim edilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(057)- 785/2023 saylı icra vərəqəsindən görünür ki, cavabdehlər X10 və Şəxs 4614 manat məbləğində vəsait, 66.14 manat dövlət rüsumu, 0.40 manat bank xidməti xərci tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə borcluya təqdim edilmişdir. İş materiallarında olan Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Coşqun İsmayılovun xx.xx.2023-cü il tarixli qərarının ksero surətindən görünür ki, borclu xx.xx.1998-ci ildə ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Şəxs xx.xx.2024-cü il tarixli izahatının ksero surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli icra sənədinə əsasən ondan cəmi 1108.78 manat pulun alınaraq "xxxx" MMC-nin xeyrinə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli icra sənədinə əsasən 400 manat cərimə pulunun dövlətə ödənilməsi, Salyan Rayon Məhkəməsinin 21 oktyabr 2023-cü il tarixində icra sənədinə əsasən 1585.50 manat pulun alınaraq "xxxx" MMC-yə ödənilməsi və Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ondan cəmi 4680.54 manat pulun alınaraq "xxxx" ASC-yə ödənilməsi qərara alınmışdır. Bugün Salyan rayon İcra və Probasiya Şöbəsində barəsində olan məhkəmə qərarlarının icrasının tam qaydada təmin etmək ondan tələb olunmuşdur.Əks halda barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə veriləcəyi barədə xəbərdar edilmişdir. Barəsində olan məhkəmə qərarlarından imtina etmir.Alimenti ödəyəcəkdir. 400 manat ödəmişdir. Digərlərindən xəbəri olmamışdır. Sığortaya olan borcundan xəbəri olmamışdır. Araşdırılmasını xahiş edir. Məhkəmə qərarlarının icrasından imtina edəcəyi halda cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarında olan 01.02.24-cü il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, X4 tərəfindən Zərərçəkmiş şəxs1 hesabına 307.80 manat ödəniş edilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 3(057)-66/2024 saylı, 15 fevral 2024-cü il tarixli qərarından görünür ki, xx.xx.1998-ci il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Salyan şəhəri, A.Hüseynov küçəsi, ev 2 ünvanında qeydiyyatda olan və yaşayan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Əliyev X6 Rayon Məhkəməsinə gətirilməsi və Şəxs şəxsiyyəti məhkəməyə təqdim edilənədək iş üzrə icraat dayandırılması qərara alınmışdır. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 3(057)-66/2024 saylı, xx.xx.2024cü il tarixli qərardan görünür ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar inzibati xəta haqqında iş üzrə icraat təzələnmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli Şəxs izahatından görünür ki, icra sənədləri barədə xəbərdardır. İcra sənədi üzrə tələbi bu günədək tam şəkildə icra etməməsinin səbəbi heç bir yerdə işləməməsidir. İcra sənədi üzrə bu günədək 300 manat ödəniş etmişdir. 3220 manat aliment borcu vardır. İcra məmurununun çağırışları barədə heç bir məlumatı olmamışdır. Sənədləri olmadığı üçün heç bir yerdə işə düzələ bilmir. Adına olan digər icra sənədləri barədə də, məlumatlıdır. İcra sənədləri üzrə heç bir ödəniş etməmişdir. İcra sənədləri üzrə borclarını tam şəkildə sənədlərini düzəldib işlədikdən sonra ödəyəcəkdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”. Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, “icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir”. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. İcra sənədinin icra olunmamasını nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada aşağı həddə inzibati həbs tənbeh tətbiq etməklə İXM-in 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, borclu borcunu ödəmir. Onun barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi səmərəsiz olacaqdır. Ona görə də, onun barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. İXM-in 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, zərər çəkmiş şəxslərin şikayətçi olmalarını, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini qeyd edib, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli Şəxs faktiki məhdudlaşdırıldığı vaxtdan yəni, 13 dekabr 2024-cü il tarixdən saat 16:00-dan hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və İXM-in 40, 43, 48-51, 61, 114, 115 və 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 12 (on iki) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlanmanın əvvəli 13 dekabr 2024-cü il tarixdə, saat 16:00-dan hesablansın, inzibati həbsin sonu 25 dekabr 2024-cü il, saat 16:00 hesab edilsin. Əliyev X6 RPŞ tərəfindən müəyyən edilən yerdə mühafizə altında inzibati həbsdə saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi və ya inzibati həbsdə saxlandığı yer vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar